Təhsil Nazirliyi Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Tənzilə Şıxıyevanı hansı “xidmətləri”nə görə mükafatlandırıb?
Gundem
Oxunub: 5 424
6 may 2015 | 12:54
Bu günlərdə Təhsil Naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Tənzilə Şıxıyeva və Şuşa Musiqi Kollecinin direktoru Eldar Əliyev "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı" ilə təltif olunması haqqında məlumat eşitdik. Qəribədir ki, bu məqam heç kəsin diqqətini cəlb etmədi. Təhsil nazirinin müavini Firudin Qurbanov hər iki orta ixtisas təhsili müəssisəsinin zəngin inkişaf yolu keçdiyini bildirdiyi halda, müvafiq sahələr üzrə kadr hazırlığı baxımından mühüm uğurlar qazandığını vurğulayıb və tədrisin təşkilində əldə etdikləri nailiyyətlərə və səmərəli fəaliyyətlərinə görə, müəssisə rəhbərlərinə təşəkkürünü belə bildirib. Bu hələ harasıdır? ölkə təhsilinin inkişafındakı xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Tənzilə Şıxıyeva 2005-ci ildə "Tərəqqi" medalı ilə təltif edilib, 2011-ci ildə "Əməkdar müəllim" fəxri adı alıb.

Nə deyək, bu sevindirici haldır. Amma əgər həqiqi dürüst fəaliyyətə görə verilibsə, bu olduqca təqdirə layiq bir haldır. Hətta bütün müəllimlərə örnək olacaq bir müəllimlik yoludur. Amma əfsuslar olsun ki, Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Tənzilə Şıxıyeva haqqında bunu söyləmək mümkün olmayacaq. Əgər xatırlayırsınızsa, bir müddət əvvəl fəxri fərmanla təltif edilən həmən Tənzilə Şıxıyevanın rəhbərlik etdiyi Ağdaş rayon Dövlət Humanitar Kollecində baş verən ciddi qanun pozuntularına dair redaksiyamıza şikayət məktubları belə daxil olmuşdu. Həmin məktublarda isə kollecin direktoru Tənzilə Şıxıyevanın fəaliyyətinin rayon ictimaiyyəti tərəfindən qeyri-qənaətbəxş kimi qiymətləndirildiyi göstərilirdi. Daha doğrusu, daxil olan məlumatlarda bildirilirdi ki, Tənzilə xanımın kollecdə tətbiq etdiyi qaydalar sözü gedən kollecdə təhsil alan tələbələr və xüsusən də, onların valideynləri tərəfindən ciddi narazılıqla qarşılanırdı. Məlumatlarda xüsusi olaraq, vurğulanır ki, Tənzilə Şıxıyeva illik tədris dövrünün hər növbəti mərhələsini ilk növbədə məhz özünün maddi maraqlarının təminatı baxımından dəyərləndirib.

Daxil olan məlumatlarda bildirilirdi ki, kollec daxilində ixtisas dəyişmək arzusunda olan gənclər direktorun növbəti maxinasiyasının qurbanı olublar. Belə ki, tələbələrin bu istəyini həyata keçirəcəyini vəd etmiş T.Şıxıyeva bunun müqabilində onlardan rüşvət olaraq, müəyyən məbləğlərdə pul alıb. Hətta Təhsil Nazirliyinin mütəxəssislərinin gəldiyi ümumi rəyə görə, tədris müəssisələri daxilində fakültələrarası transferlər məqsədəuyğun hesab olunmamışdı. Nəzərə almaq lazımdır ki, belə transferlər rüşvətxorluğun çiçəklənməsinə şərait yaradır. Bu səbəbdən də, Ağdaş rayon Dövlət Humanitar Kollecində əlavə gərginliklər yaşanmaqdadır. Bir dəfə də, valideynlər öz pullarını geri tələb etmişdilər. Tənzilə xanımın qurduğu sistemdə isə maliyyə vəsaitlərinin hərəkəti yalnız bir istiqamətdə olduğundan “pullar geri qaytarılmır” üsul idarəsini tətbiq edərək, pulları geri verməkdən imtina etmişdi. Bununla yanaşı kollec direktorunun yol verdiyi özbaşnalıqlar və qanun pozuntuları bir çox hallarda hətta Təhsil Nazirliyinin diqqətindən elə yayınıb ki, bu gün təhsil naziri həmin kollec rəhbərini fəaliyyətindən dolayı fəxri fərmanla təltif edib.
Qeyd edək ki, T.Şıxıyeva tərəfindən bu günə qədər qanunsuz tələbə qəbullarının reallaşdırılması faktı kollec direktorunun “əməliyyat sistemini” yüksək səviyyədə təkmilləşdirməyin də öhdəsindən məharətlə gəlib. Əlbəttə, Tənzilə xanımın fəaliyyəti sadəcə bu maxinasiyalarla kifayətlənməyib. Saxta diplom və arayışların verilməsi kimi hallar da, T.Şıxıyevanın xüsusi bacarığı hesab edilə bilər. Bizə təqdim olunan məlumatlar arasında sessiya imtahanlarının vaxtı yaxınlaşdıqca kollecdə hökm sürən abu-hava əsil əmtəə birjasını xatırlatması, Tənzilə xanımın xüsusi bayramı olub. Əslində bu təhsil müəssisəsinə Tənzilə Şıxıyevanın rəhbərliyi müddətində imtahanların nəticələri əməlli-başlı qiymət alveri predmetinə çevrilmişdi. Bütün bunlar isə əlbəttə ki, ölkənin ümumilikdə təhsil sisteminə, bir vətəndaş kimi hələ tam formalaşmamış gənc nəslin təlim-tərbiyyəsinə və psixologiyasına olduqca mənfi təsir vurub. Hər şeyin biliklə yox, para ilə ölçülməsini gənc nəslə təbliğ edən “müəllim”in, bu gün fəxri fərmanla təltif olunması bütün müəllimliyə edilmiş böyük hörmətsizlik deyilmi?

Tənzilə Şıxıyeva gələcək nəslə mənəvi və maddi ziyan vurmaqla yanaşı, xidmət etdiyi dövlətə də, xainlik etməsi gözlərdən qaçmamalıdır. Etibarlı mənbənin verdiyi məlumata görə, kollecin təmiri üçün dövlət tərəfindən mütəmadi olaraq, kifayət qədər vəsait ayrılsa da, Tənzilə xanımın göstərişi ilə təmir işləri valideynlərin və müəllimlərin vəsaitləri hesabına həyata keçirilib. Görülən işlərdən sonra isə binanın nə xarici, nə də daxili quruluş və görkəmində heç bir diqqətəlayiq dəyişikliklər nəzərə çarpmayıb. Səthi, kosmetik tədbirlərin real dəyəri də, smeta sənədlərində göstərilən məbləğlərdən bir neçə dəfə az olub. Bütün bunlarsa kollecin rəhbərliyi tərəfindən dövlət vəsaitinin mənimsənildiyinə dəlalət edir.

İndi Təhsil Nazirliyinə sual olunur, Tənzilə Şıxıyeva bu kimi fəaliyyətlərindən dolayımı fəxri fərmanla, tərəqqi medalı ilə mükafatlandırılıb? Ədalət budurmu? Bu cür “müəllimlik”mi örnək olmalıdır? Təhsil Nazirliyi heç bir halda bunları bilmədiyini iddia edə bilməz. Çünki fəxri fərman hər müəllimə verilmədiyi üçün, mükafata layiq görülmüş müəllimin fəaliyyəti istiqamətində xüsusi araşdırma aparılması gərəkir. Buradan da belə qənaətə gəlmək olar ki, ya təhsil nazirliyi başdansovudu iş görür, ya da, sadəcə bu kimi faktları görməzdən gəlir...







Gülçin
Bu gün, 17:25
Hikmət Hacıyev: "Sülh heç vaxt olmadığı qədər yaxındır, lakin buna mane olurlar"
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)