Azərbaycan kimlə dost olmalıdaczır? Qərblə, Rusiya ilə yoxsa... - Bizim təhlil
Gundem / Siyaset
Oxunub: 1 362
6 may 2015 | 16:54
Azərbaycan kimlə dost olmalıdaczır? Qərblə, Rusiya ilə yoxsa... - Bizim təhlil

















Azərbaycanda Rusiyadan narazı olan siyasi qüvvələrin sayı kifayət qədərdi. Azərbaycan vətəndaşı Rusiyadan təhlükə görür. Bu anlaşılandır. Qonşularına münasibətdə Kreml aqressiyaları ilə fərqlənir. Bu isə qarşı tərəfi müdafiə pozası seçməyə vadar edir.

Lakin münasibətlərdə dəyişiklik olmasa, Qərbi və Azərbaycanı uzun illər davam edə biləcək “soyuq müharibə” gözləyir. Bu isə nə bizə, nə ruslara, nə də ki dünyaya lazım deyil. Qərb Azərbaycanın Rusiya ilə düşmənçilik aparmasında maraqlı deyil. Əgər Bakı öz maraqlarını nəzərə almadan, yalnız Moskvaya qarşı olan diplomatiya həyata keçirərsə, Qərb ölkəmizi şimal qonşusu ilə meydanda təkbaşına buraxa bilər.

Bu baxımdan, Azərbaycanın strateji maraqları nəzərə alınmaqla Rusiya ilə münasibətlərin normalaşdırılması vacibdir. Bütövlükdə ruslarıı düşmən obrazında görmək siyasi liderlər üçün naşılıq olardı. Azərbaycan Rusiyanın imperiya təfəkkürünə qarşıdır. Lakin unutmaq olmaz ki, bu ölkədə hələ də tam məhv olmayan bir ziyalı təbəqəsi və liberal-demokratik partiyalar mövcuddur.
Düzdür, bu gün Kreml qonşularına, o cümlədən Azərbaycana alçaldıcı şərtlər irəli sürür.

Digər tərəfdən, əlində “nüvə silahı” olan bir ölkə ilə “müharibə” aparmaq da məntiqə ziddir. Putin SSRİ-ni hər hansı bir formada bərpa etməyə cəhd göstərəcəyini bəyan edib. Avrasiya İttifaqı da bu planın tərkib hissəsidir. Lakin Moskvanın irəli sürdüyü istənilən birlik formatları MDB -nin təkrarı olacaq və qısa bir zamanda perspektivsiz olduğu dərk olunacaq. Bu baxımdan, Putnin adıçəkilən layihəsindən “xoxan” düzəltməyə də ehtiyac yoxdur.
Rusiya ilə münasibətlərin qurulması zamanı bu amillər nəzərə alınmalıdır. Rusiya artıq imperiyanı bərpa edəcək gücdə deyil, rəhbərlərinin bəyanatları isə daxili publikaya yönəlmiş jestlərdən başqa bir nəsnə deyil. Bu isə Azərbaycan siyasətçilərinə manevr etmək imkanı yaradır.

Bakı daima Qərbə doğru reveranslar edib. Bakı-Tiflis-Ceyhan kəməri layihəsini reallaşdırıb. Lakin Qərb Dağlıq Qarabağ münaqişəsinin həlli üçün gözlənilən dəstəyi Azərbaycana verməyib. Ruslar erməni separatçılarını silahlandırdığı bir zamanda, ABŞ erməniləri maliyyələşdirib, ABŞ Konqresi tərəfindən qəbul edilən bədnam 907-ci düzəliş sayəsində Azərbaycan uzun müddət bu ölkənin yardımlarından məhrum oldu, Amerika, digər Qərb dövlətləri təcavüzkar Ermənistana heç bir əməli təzyiq göstərmədi və münaqişə həll edilməmiş qaldı. Orta statistik azərbaycanlıda belə fikir yaranır, Qərb Qarabağ məsələsində Azərbaycana heç bir əməli kömək etmir, Rusiya və İran kimi qonşularla təhlükəli oyuna girib ölkənin zəngin neft ehtiyatlarının üzünü Qərbə çevirmək nəyə lazım idi? Qərb Rusiyanın forpostu olan Ermənistanı müdafiə edir, Azərbaycanı yalnız enerji məsələlərində xatırlayır və Bakını vassal kimi görmək istəyir. Bakı supergüclərin maraqlarının toqquşduğu bir müstəvidə öz maraqlarını qorumaq zorundadır.
Prinsip etibarilə, sıravi Azərbaycan vətəndaşı üçün Qərb və Rusiya eyni dərədə etibarsız müttəfiq kimi tanınır. Sadəcə olaraq, Rusiya daha aqresiv tonlarla çıxış edir.

Digər tərəfdən, dünyada cərəyan edən islamafobiya fonunda Qərb Azərbaycanın inanclı insanları tərəfindən daha çox qınağa məruz qalır. Dünyanın supergücləri bölgəni bölüşdürmək arzusunda olduqları bir zamanda yeganə ümid yeri qardaş Türkiyədir. Qərblə əməkdaşlıq fonunda Ankara ilə eyni mövqedən çıxış etmək zamanın tələbidir.

Avropa.info-nun ekspert qrupu
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!