25-03-2019, 23:28 Oxunub: 1 073

“Yeni Həyat”dan şikayət: Prezident ailəsinin adından istifadə edən şirkət əslində kimindir?

“Yeni Həyat”dan şikayət: Prezident ailəsinin adından istifadə edən şirkət əslində kimindir?

“Yeni Həyat Şirkətlər Qrupu”nun rəhbəri Babək Babayev öz qanunsuz fəaliyyətində Prezident ailəsinin adından istifadə edir”.

“Hürriyyət” qəzeti xəbər verir ki, bu iddialar vətəndaş Sübhan Zayıdovun ölkə başçısına ünvanladığı teleqramdandır.

Surətləri I Vitse-prezident Mehriban Əliyevaya, Prezident köməkçisi Fuad Ələsgərova, Ədliyə naziri Fikrət Məmmədova, Ali Məhkəmənin sədri Ramiz Rzayevə və digər yetkililərə göndərilən teleqramda sözügedən şirkətlər qrupunun onun mülkiyyətində olan 5 hektar ərazini necə ələ keçirdiyindən bəhs edən S. Zayıdov, bunu dövlət imicimizə, ölkə rəhbərinin fəaliyyətinə kölgə saldığına inanır və üz tutduğu ünvanlardan üzləşdiyi haqsızlığın qarşısının alınamasını xahiş edir.

Teleqramda deyilir:



“AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV CƏNABLARINA

AZƏRBAYCAN RESPUBLİKASININ I VİTSE-PREZİDENTİ MEHRİBAN XANIM ƏLİYEVAYA

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENT ADMİNİSTRASİYASININ HÜQUQ MÜHAFİZƏ ORQANLARI İLƏ İŞ VƏ HƏRBİ MƏSƏLƏLƏR ÜZRƏ ŞÖBƏ MÜDİRİ, PREZİDENT KÖMƏKÇİSİ FUAD ƏLƏSGƏROVA

MƏHKƏMƏ HÜQUQ ŞURASININ SƏDRİ, ƏDLİYYƏ NAZİRİ FİKRƏT MƏMMƏDOVA

AZƏRBAYCAN RESPUBLİKASININ ALİ MƏHKƏMƏNİN SƏDRİ RAMİZ RZAYEVƏ

AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ PROKURORU CƏNAB ZAKİR QARALOVA

AZƏRBAYCAN RESPUBLİKASININ DAXİLİ İŞLƏR NAZİRİ CƏNAB RAMİL USUBOVA

AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİ İNKİŞAF NAZİRİ CƏNAB ŞAHİN MUSTAFAYEVƏ

PREZİDENT YANINDA APELLYASİYA ŞURASININ SƏDRİ CƏNAB ELDAR NURİYEVƏ





CƏNAB PREZİDENT,

DƏYƏRLİ ZAMANINIZI ALMAĞIMIN SƏBƏBİ ƏN ELEMENTAR İNSAN HAQLARINDAN SAYILAN MÜLKİYYƏT HÜQUQUMUN POZULMASIDIR. HÜQUQ MÜHAFİZƏ ORQANLARINDAN TUTMUŞ ƏN MÜXTƏLİF İNSTANSİYA MƏHKƏMƏLƏRİNƏ QƏDƏR ETDİYİM MÜRACİƏTLƏRİM HEÇ BİR NƏTİCƏ VERMİR. MƏCBUR OLUB SON ÜMİD YERİ KİMİ SİZƏ ÜZ TUTURAM. ÜMİDVARAM Kİ, MƏNİM HAQQ SƏSİMƏ SƏS VERƏCƏK, POZULAN HÜQUQUMUN BƏRPASINA ÇALIŞACAQSINIZ.

QARŞILAŞDIĞIM PROBLEMİN QISA MƏZMUNU BELƏDİR: 2004-CÜ İLDƏ “MƏRMƏR” ACS-DƏN ALDIĞIM 5 HA. ƏRAZİ 10 İLDƏN SONRA MƏNDƏN XƏBƏRSİZ “YENİ HƏYAT ŞİRKƏTLƏR QRUPU” MMC-YƏ AİD BİR TÖRƏMƏ ŞİRKƏTƏ SATILMIŞDIR. ƏMLAK MƏSƏLƏLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ VƏ DİGƏR ÖZBAŞINA MƏMURLAR TƏRƏFİNDƏN KOBUD ŞƏKİLDƏ POZULAN HÜQUQLARIM HƏLƏ DƏ ÖZ ƏDALƏTLİ HƏLLİNİ GÖZLƏYİR. ƏN PİS CƏHƏT İSƏ ONDAN İBARƏTDİR Kİ, “YENİ HƏYAT ŞİRKƏTLƏR QRUPU”-NUN RƏHBƏRİ BABƏK BABAYEV ÖZ QANUNSUZ FƏALİYYƏTİNDƏ PREZİDENT AİLƏSİNİN ADINDAN İSTİFADƏ EDİR. BÜTÜN BU MƏKRLİ MƏQSƏDİN SİZİN FƏALİYYƏTİNİZƏ VƏ DÖVLƏTİMİZİN İMİCİNƏ KÖLGƏ SALDIĞINI NƏZƏRƏ ALIB MÜLKİYYƏT HÜQUQUMUN AQİBƏTİLƏ MARAQLANACAĞINIZA İNANIRAM.

HÖRMƏTLƏ: SÜBHAN ZAYİDOV”



Problemin kökü: Rafiq Cəlilovun dövlətdən 10 qat artıq qazanmaq istəyi

Qeyd edək ki, S.Zayıdovun 15 il əvvəl “Mərmər” ASC-dən aldığı, Bakı şəhəri, Xətai royanu, Əhmədli yaşayış sahəsi, Zığ şosesi 5/1 ünvanında yerləşən sözügedən 5 hektarlıq ərazi bütün hüquqi prosedurlardan keçməsinə baxmayaraq, Əmlak Məsələləri üzrə Dövlət Komitəsində əngəllə üzləşmiş, iddiaçının bildirdiyinə görə, özəlləşdirilməsi Komitənin sədr müavini Rafiq Cəlilovun dövlət rüsumundan 10 qat artıq rüşvət istəməsi nəticəsində baş tutmamışdır. Üzərindən 10 keçəndən sonra həmin ərazi mülkiyyətçinin razılığı alınmadan “Yeni Həyat Şirkətlər Qrupu”nun törəmə şirkəti “Baxçasaray” MTK-nın adına rəsmiləşdirilmişdir. Araşdırmalarımız nəticəsində məlum olmuşdur ki, adı “Baxçasaray” MTK-nın rəhbəri kimi rəsmiləşdirilən Baxşıyev Akif Barat oğlu Babək Babayevə yad biri deyil, onun yeznəsi imiş. Yeznə-qayının birlikdə özgə əmlakını özününküləşdirmə əməliyyatlardan “Yeni Həyat Şirkətlət Qrupu”nun ərazidə tikinti işinə başlamasından sonra xəbər tutan S.Zayıdov dəfələrlə Babək Babayevlə görüşsə də, onu öz mülkiyyət hüququna hörmətlə yanaşmağa dəvət edə bilməmişdir. Mülkiyyətin əsl sahibinin tələblərinə saymazyanalıqla cavab verən Babək Babayev nəyin bahasına olursa olsun, haqsız mövqeyindən geri çəkilməyəcəyini şikayətçinin nəzərinə çatdırmış, “kimə şikayət edirsən et” deyərək, özünü ölkənin əsl sahibi kimi aparmışdır.

“Əmlak Komitəsi”nin səhlənkarlığı nəticəsində əmlakı qanunsuz yolla əlindən alınan S.Zayıdovla B.Babayev arasında böyüyən mübahisə məhkəmə salonlarına daşınmışdır. Maraqlıdır ki, mülkiyyətin ilk sahibinin əlindəki bütün hüquqi sənədlər də məhkəmlərdə işə yaramamış, həm Xətai rayon, həm də Bakı Apellyasiya Məhkəkəmələrinin qərarı əsl mülkiyyətçinin əleyhinə verilmişdir.

“Yeni Həyat”ın əsrarəngiz gücü

“Yeni Həyat Şirkətlər Qrupu”nun bu qəti qələbəsində Babək Babayevin arxasındakı qüvvələrin mühüm rolu olduğu bildirilir. Bəs, “Yeni Həyat” hüququ elə zəlil gününə salan bu gücünü hardan alır?

İnformasiya qaynağımızın iddiasına görə, Babək Babayev hər kəsə özünü Prezidentin qızı Arzu Əliyevanın adamı, “Yeni Həyat”ı isə “ailənin şirkəti” kimi təqdim etsə də, əslində onun arxasında sabiq Vergilər naziri Fazil Məmmədov dayanırmış: “Fazil Məmmədovun himayəsindən istifadə edən “Yeni Həyat” indiyə qədər xeyli insana fırıldaq gəlib və bu özbaşınalıqda həmişə Prezident ailəsinin adından istifadə edib. Məhz bu səbəbdən bir çox iş adamları Babək Babayevin qanunsuz fəaliyyətinə susmaq məcburiyyətində qalıb. Görünür, Azərbaycan məhkəmələrini də ədalətsiz qərar verməyə vadar edən də məhz sabiq Vergilər nazirinin əsrarəngiz gücü olmuşdur”.

Məsələylə bağlı mövqeyini soruşduğumuz bəzi ekspertlər də vətəndaşın başına gətirilmiş bu oyunlarda Prezident ailəsinin əli olacağı fikrini yaxına buraxmırlar. Onların fikrincə, Prezident ailəsinə məxsus şirkətlər iqtisadi münasibətdə olduqları tərəflərin razılığını mütləq alır və halallaşırlar. “Yeni Həyat”-ın mülkiyyət sahibləriylə hesablaşmayaraq, işi “Əmlak Komitəsi”ndə qanuna zidd üsullarla həll etməsi, tərz etibarilə bu kriteriyalara uyğun gəlmədiyindən məlum ailənin adından mərkli niyyətlə istifadə edildiyi ortadadır.

“El bizim, sirr bizim” çərçivəsi

Tərəflər arasındakı mülkiyyət çəkişmələri hazırda Ali Məhkəmənin icraatındadır. Aprel ayının 2-də son məhkəmə instansiyasında müzakirəyə çıxarılması gözlənilən məsələnin necə həll ediləcəyi bilinmir. Bu instansiyadan da rədd cavabı alan şikayətçinin Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməkdən başa çarəsi qalmır. Bəs, şikayətçi bu hüququndan istifadə edəcəkmi?

Əməkdaşımızın suallarını cavablandıran şikayətçi problemin bu həddədək uzanacağına inanmır, Azərbaycan məhkəmə sisteminin, o cümlədən Ali Məhkəmənin sədri Ramiz Rzayevin işə ədalətli baxıb obyektiv hüquqi qiymət verəcəyini, beləcə, mülkiyyət hüququnun bərpa ediləcəyini düşünür. Onda bu inamı yaranmasının əsas səbəbi isə ölkə başçısının Novruz bayramı təbrikində Azərbaycan xalqına hüquq-məhkəmə sistemində islahatlara başlayacağı vədiylə bağlıdır. Zayıdovun fikrincə, islahatlar ərəfəsində Ali Məhkəmə açıq-aşkar insan hüquqları pozuntusuna gedə bilməz, əks halda Prezidentin qəzəbiylə üzləşər:

“Biz də məsələnin böyüməsində və ölkə sərhədlərimizdən kənara çıxmasında maraqlı deyilik. Xüsusilə, Azərbaycanın döst və düşmənlərinin marıqda gözlədiyi indiki şəraitdə dövlətimizin üzərində toz qondurmaq istəmirik. Buna görə də məsələnin “el bizim, sirr bizim” çərçivəsində həll olunacağına inanırıq. Ümidvarıq ki, Azərbaycan rəhbərliyi, o cümlədən Ali Məhkəmə də bu məsələdə ən azı bizim qədər maraqlıdır. Azərbaycanda bir sıra islahatlara start verəcəyini elan edən rəsmi iradənin də ən elemantar insan haqlarından sayılan mülkiyyət hüququmuzun bərpasına çalışacağına inanırıq. Ən azı ona görə ki, xarici və yerli investisiyalara qapılarını açan Azərbaycan iqtisadiyyatı ilk işə mülkiyyət hüququna hörmətlə başlamalıdır. Yalnız bu zaman qeyri-neft sektorumuza ciddi yatırımlar qoyuluşuna ümid edə bilərik”.

Vətəndaşın bu ümidlərinin nə dərəcədə doğrulub-doğrulmayacağı bir neçə gündən sonra bəlli olacaq. Necə deyərlər, yaşayarıq, görərik.

“Hürriyyət”
ANONS! ANONS! "BİZİM EV" MƏNZİL-TIKINTI KOOPERATİVİ PREZİDENTİ BELƏ SAYA SALMIR Sosial / Dunya / Video BU GÜN AZƏRBAYCANDA PREZİDENT SEÇKİLƏRİ GÜNÜDÜR BU GÜN AZƏRBAYCANDA PREZİDENT SEÇKİLƏRİ GÜNÜDÜR Siyaset "Qarabağ bizim milli qürurumuzdur, onu həmişə müdafiə edəcəyik" - ERMƏNİSTANIN YENİ PREZİDENTİ Dunya PREZİDENTİMİZ qalib gəldi PREZİDENTİMİZ qalib gəldi Siyaset PREZİDENTİ devirmək istəyən iş adamı və generallar tutuldu PREZİDENTİ devirmək istəyən iş adamı və generallar tutuldu Dunya