Kasıbsansa, gəlməginən "roddom"a... - Burada rüşvət boğaza qədərdir
Gundem / Sosial / Dunya
Oxunub: 1 543
28 mar 2019 | 23:16
Kasıbsansa, gəlməginən "roddom"a... - Burada rüşvət boğaza qədərdir














Azərbaycan səhiyyə sistemində ən acınacaqlı hallardan biri də doğum evləri ilə bağlıdır. Vəziyyətin kritik həddə çatdığı səhiyyə ocaqlarından biri də paytaxtın Sabunçu rayonu ərazisində yerləşən 2 saylı doğum evidir. Burda baş verən özbaşınalıqlar və baş həkim Mehriban Abbasquliyevanın vəzifəsindən başqa məqsədləri üçün istifadə etməsi barədə mətbuatda dəfələrlə yazılıb.
Mətləbə keçməmişdən öncə qeyd edək ki, Mehriban Abbasquliyeva həm də Yeni Azərbaycan Partiyasının (YAP) Sabunçu rayon təşkilatının sədridir. Məsələ ilə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı üzə çıxan məlumatlarda göztərilir ki, Mehriban Abbasquliyevanın qılıncının arxası də kəsir, qabağı da: “Baş həkim YAP-ın Sabunçu rayon təşkilatının sədri olmasından necə lazımdırsa istifadə edir. Bu adamın arxasında kim dayanıb bilmirəm, amma özündən çox arxayındır. Sabunçu rayonunda əsas söz sahiblərindən biridir. 2 saylı doğum evi bərbad haldadır, işçilər baş həkimin fəaliyyətindən qətiyyən razı deyil. Yayılan söz-söhbətlərə görə, Səhiyyə Nazirliyi doğum evini bağlamaq istəyir. Hələlik bununla bağlı konkret addımlar atılmır. Səhiyyə Nazirliyinin komissiyaları əvvəllər doğum evində mövcud olan nöqsanları görürdü. Son dövrlər doğum evinin fəaliyyətini yoxlamağa gələn nazirlik rəsmiləri baş həkimin otağında oturub müəyyən söhbətlər edəndən sonra çıxıb gedirlər”.
Sözügedən tibb müəsisəsində baş verənlərlə bağlı cumhuriyyet.az-a danışan mənbənin sözlərinə görə “İstoriya”lar cırılır. 2 saylı doğum evi dövlətin balansında olduğuna görə “istoriya”ları Səhiyyə Nazirliyi verməlidir amma Sabunçu rayon 2 saylı doğum evinin rəhbəri isə guya “istoriya”ları çap etdirir. Səhiyyə müəssisəsinin özünün mətbəəsi var, “istoriyalar”ın çapı üçün hər ay bütün işçilərdən 18-20 manat arası pul yığılır: “Səhiyyə Nazirliyi 2 saylı doğum evinə mütəmadi olaraq sabun, yuyucu toz, karandaş, pozan və digər dəvtərxana ləvazimatları göndərir. Ancaq bunların heç biri doğum evinin işləri üçün, yəni təyinatı üzrə istifadə olunmur. Həmin avadanlıqların hansı marketlərə getdiyi bilinmir”. Mənbənin bildirdiyinə görə, müxtəlif neqativ işlərlə məşğul olan baş həkim əldə etdiyi gəlirlər hesabına özünə biznes qurub: “Onun Sabunçu rayonu ərazisində pərdə, uşaq geyimləri, ofis ləvazimatları və məişət əşyaları satılan dükanları var. Mehriban xanım Sabunçu rayonundan kənara çıxmır. YAP-ın rayon təşkilatının sədri olduğundan bütün biznes işlərini Sabunçu ərazisində qurub. Heç kim ona “gözün üstə qaşın var” deyə bilmir.
Mehriban Abasquliyeva xəstəxanaya şəxsi biznesi kimi nəzarət edir. Belə ki, ana olmaq istəyən qadınlar birbaşa ya özləri, yada yaxınları Mehriban xanımın qəbulunda olmalıdır. Danışıqlar müsbət nəticələnəcəyi təqdirdə xəstəyə təcili yardım göstərilir. Bu günlərdə(adı şərtdir) 2 saylı Doğum Evində övlad dünyaya gətirən qadın bir daha ana olmaq istəmədiyini bildirir. Onun cumhuriyyet.az-a dediyinə görə, Mehriban xanımın tələbləri olduqca yüksək səviyyədədir. Elə bu səbəbdən orda yatan xəstələr mütləq imkanlı olmalıdır. Əks təqdirdə müraciət edən xəstələr acı hallarla qarşılaşır. Digər bir məlumatda isə bildirilir ki, baş həkimin müavini Xanımqız Paşayevanın rolu pulyığmadan ibarətdir. Maraqlısı budur ki, 2 saylı Doğum Evində açılan “bazar” Səhiyyə Nazirliyi tərəfindən təbbi qarşılanır. Sanki doğum evləri gəlirli obiyekt kimi istifadəyə verilib. Bir daha nəzərinizə çatdıraq ki, 2 saylı Doğum evi Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1987-ci ildə tikilib və istifadəyə verilmişdir. Doğum evi fəaliyyətə başladığı gündən qadınlara doğuşayardım xidməti göstərməlidir. Lakin təəsüflər olsun ki, 120 çarpayıdan ibarət olan xəstəxanada böyük narazılıqlar yaranıb.
Sosial şəbəkədə kütləvi yayılan video görüntülərin subutu onu deməyə əsas verir ki, Mehriban Abasquliyevanın rəhbərlik etdiyi 2 saylı doğum evində heç bir qanun işləmir. Vətəndaşların yaydıqları videoda açıq-aydın görünür ki, ilk növbədə xəstələri mülayim şəkildə qəbul edənlər daha sonra rüşvətin pik həddini sınaqdan keçirməkdədirlər.
Belə ki, paylaşılan video kadrlarda xəstələrə bağlı qapı arxasında göstərilən xidmətdən dərhal sonra, xidmət haqqı tələb edilməkdədirlər. Qanunsuzluğun tuğyan etdiyi 2 saylı doğum evində hamilə qadınların övladının cinsiyyətinin deyilməsi nazirlik tərəfindən qadağa edilməsinə baxmayaraq rüşvət qarşılığında yüksək xidmət adı altında qanunu tapdamaq 2 saylı Doğum Evinin əməkdaşları üçün adı hal hesab edilməkdədir. ”Pul ver, uşağın cinsiyyətini deyim” deyərkən gün ərzində yüksək məbləğlər toplanmaqdadır. Maraqlıdır ki, Səhiyyə Nazirliyi yayılan görüntülərə münasibət bildirməyib..
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO