Cavid Qurbanov “Topaz”la Demet hayında: dəmiryolçular qəpik-quruşa möhtac...
Gundem / Siyaset / Dunya
Oxunub: 2 279
12 apr 2019 | 15:18
Cavid Qurbanov “Topaz”la Demet hayında: dəmiryolçular qəpik-quruşa möhtac...















“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovu ölkənin milyonçu məmurlarından biri hesab etmək olar.

Onun oliqarxlığını təsdiqləyən faktlardan birincisi paytaxtın Albalı massivindəki dəbdəbəli bağ evi və həyətində maşın kolleksiyası olmasıdır.

Cahan.info xəbər verir ki, C.Qurbanovun milyonlara sahiblənməsini isbat edən ikinci fakt “Topaz” biznesinə girişməsidir. Sonuncu nümunələrdən biri isə qardaşının türkiyəli pop ulduzu Demet Akalını 120 minə Bakıya gətirmələridir.

Qurbanovların məmur maaşından kənar qazandıqları milyonları Demet Akalınlara, bahalı lüks maşınlara xərcləmələri cəmiyyətdə birmənalı qarşılanmır. Bu pulları məmurların necə əldə etdikləri sual doğurur.

Əhalinin kredit borclarını ödəyə bilmədiyi, işsizlikdən və az maaşdan əziyyət çəkdiyi dövrdə C.Qurbanov bukmeyker kontorlarından qazanır, türk müğənniyə 120 min xərcləyir. Bu da cəmiyyətdə qıcıq yaradır.

Dəmiryolçuların, bələdçilərin, maşinistlərin qəpik-quruş maaşla dolandığı ölkədə QSC sədri C.Qurbanov maşın kolleksiyasına sahiblənir.

Bundan qabaq isə onun 60 illik yubileyində tort kəsiləndə eyni tarixdə Böyük Kəsik istiqamətində qəza olmuş, qatarların hərəkəti dayanmışdı.

Baş dəmiryolçu bu günə qədər dəmiryolçuların sosial şəraitinin yaxşılaşması üçün bir addım atmayıb. Əvəzində “Topaz”la varlanan müavinləri var.

“TOPAZ” mərc oyunlarına qeyri-rəsmi Cavid Qurbanovun müavini Vüsal Aslanov nəzarət edir. QSC sədri öz müavininə bu işləri daha yaxşı bildiyi və vaxtı ilə “Azərinteltek” QSC-nin İdarə heyətinin üzvü olması ilə əlaqədar futbol-mərc oyunlarından cavabdeh təyin edib.

V.Aslanov 2010-2014 illərdə futbol-mərc oyunlarına nəzarət edən “Azərinteltek” QSC-nin idarə heyətinin üzvü olub.

Cavid Qurbanovun müavini Vüsal Aslanov hər gün bir neçə dəfə “Azərinteltek” QSC-nin baş ofisinə gələrək işlərin hansı yerdə olmasını yoxlayır.

“TOPAZ” şirkətinin maliyyə məsələlərində Vusal Aslanovun yardımçısı “Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə İdarəsinin müdir müavini Vəsilə Abdulovadır.

Bu günlərdə jurnalist Eynulla Fətullayev “Azərbaycan Dəmir Yolları” QSC sədri, deputat Cavid Qurbanovu ifşa etmişdi.

“Mən Özbəkistandakı sürət qatarlarından və Azərbaycan dəmiryolları sistemindəki bərbad vəziyyətdən yazmışdım. Bundan sonra nə başladı?

“Dəmir Yolları” QSC rəhbəri Cavid Qurbanov düyməni basdı və mənə dəmiryolçuların məktubları axışdı.

Guya Cavid olmasaydı biz “Stolıpin vaqonları”na qayıdardıq. Buna görə də sağ olsun! Nə deyirəm, əgər belədirsə, daha irəli gedək!

Məlum olur ki, Azərbaycanda ən iri metal satıcısı Cavid Qurbanovdur. Arana enmiş bu dağlı hər gün öz adamları və fırıldaqçı şirkətlər vasitəsilə min tonlarla metal satır”_deyə bildirmişdi.

Soruşacaqsız ki, bu metal hardandı? Cavab verirəm - dəmiryolu relslərini sökürlər, elektrik və digər qatarları balansdan silirlər. Bax bununla məşğul olur bizim Cavid. Sürət qatarları? Bizə nəyə lazımdı qatarlar? Pul ver!"

Azərbaycan Dəmir Yolları” QSC-nin tərkibində olan “Təsərrüfat İdarəsi” MMC-də bir sıra qanun pozuntuları aşkarlanmışdı.

Bundan əlavə, tikintisinə 10 ildən çox vaxt gedən, 1 milyard dollardan artıq vəsait xərclənən Bakı-Tiflis-Qars dəmiryol xəttinın açılış mərasimi ötən il həyata keçirilsə də, yol, istismara hələ də tam hazır deyil.

Baxmayaraq ki, Cavid Qurbanov açılış ərəfəsində ötən ilin yayından Bakı-Tiflis-Qars dəmiryol xətti ilə hətta sərnişindaşımalarının həyata keçiriləcəyini deyirdi.

C.Qurbanovun bu günlərdə yayımlanan müsahibəsindən aydın olur ki, yolla yükdaşımalar aparılsa da, sərnişindaşımaya başlamaq gələn ildən tez mümkün olmayacaq. Hətta bəzi iddialara görə, sərnişindaşıma 2020-ci ildən tez həyata keçirilməyəcək.

Bunun səbəbi isə 3 il əvvəl C.Qurbanovun adlarını çəkmək istəmədiyi “bəzi adamların səhlənkarlığı üzündən” sərnişin vaqonlarının alınmasına dair sifarişin vaxtında icra olunmamasıdır.

Elyar Muradov, Rəhman Babaşov, Hikmət Quliyev özbaşınalıqlar edib, QSC sədrinin birbaşa xəbəri var. Bu qrupun qanunsuz əməllərindən əldə olunan gəlirlərdən QSC sədrinə pay çatır.

Adıkeçən bütün tərəfləri dinləməyə hazırıq.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO