BAKININ DAHA BİR TƏHSİL MÜƏSSİSƏSİNDƏ İNTİHAR MÜHİTİ FORMALAŞIB - VİDEO
Gundem / Sosial / Dunya / Video
Oxunub: 2 717
16 apr 2019 | 13:33
BAKININ DAHA BİR TƏHSİL MÜƏSSİSƏSİNDƏ İNTİHAR MÜHİTİ FORMALAŞIB - VİDEO












Məlum olduğu kimi, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci (r) sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihara cəhd etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Bakı şəhər prokurorluğunda yaradılmış istintaq qrupuna tapşırılıb, E.Hacıyevanın təhsil aldığı məktəb və sinifin rəhbərliyi, habelə digər şahidlər müəyyən edilərək dindirilmiş, müxtəlif növ ekspertizalar təyin edilib. Hazırda cinayət işi üzrə Elina Hacıyevanın ölümünün səbəbi və müddəti, təcili tibbi yardım xidmətinə vaxtında müraciət olunub-olunmaması, E.Hacıyevaya həkim briqadası tərəfindən yerində və xəstəxanada lazımi tibbi yardımın göstərilib-göstərilməməsi, müayinə və müalicənin diaqnoza uyğun qaydada aparılıb-aparılmaması, onun xəstəxanaya gec çatdırılması ilə ölümü arasında səbəbli əlaqənin olub-olmaması və sair əhəmiyyət kəsb edən halların aydınlaşdırılması üçün komisyon məhkəmə-tibb ekspertizası təyin edilib.

Baş Prokurorluq tərəfindən həmçinin kütləvi informasiya vasitələrinə və sadalanan pozuntulara yol verən şəxslərə, o cümlədən sosial şəbəkə istifadəçilərinə mövcud qanunların tələblərinə riayət etmələrinə dair xəbərdarlıq olunub ki, E.Hacıyevanın özü, ailəsi və yaxın ətrafı ilə bağlı qeyri-dəqiq, düzgünlüyü yoxlanılmadan paylaşılmış, cinayət işi üzrə həqiqətə uyğun olmayan, istintaq sirri təşkil etməklə, konfidensial informasiya hesab olunan məlumatların yayılmasının və digər istənilən qanunazidd hərəkətlərin qarşısının alınması üçün monitorinq həyata keçirilərək bu cür hərəkətlərə yol verən şəxslər barəsində ən ciddi məsuliyyət tədbirlərinin görülməsi təmin ediləcək.

13Aprel 2019 - cu il tarixdə isə təhsil naziri Ceyhun Bayramov Bakı şəhərinin 162 nömrəli tam orta məktəbin şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı mətbuat konfransı keçirib. Konfransda hadisə ilə əlaqədar aparılan xidməti araşdırmanın nəticələrinin açıqlanmalı idi. Lakin ölkənin bir nömrəli gündəminə çevrilən hadisə ilə bağlı konfransa məhdud sayda media nümayəndəsi çağırılıb. Əvvəlcədən Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehovun müəyyənləşdirdiyi siyahıda adları olmayanlar isə konfransa buraxılmayıb.

Təəssüf ki, Təhsil Nazirliyinin jurnalistlərə bu cür ayrı-seçkiliklə yanaşması ilə məktəblərdə arzuolunmaz halların, intihar kimi faciələrin qarşısını almaq üçün KİV-in köməyindən yararlanmaq mümkün deyildir. Amma tərəqqipərvər KİV olan "Azerinfo.az" şagirdlərin psixologiyasının təhdidə məruz qaldığı təhsil müəssisələrini göstərməyi özünə borc bilir.



12 saylı Peşə Liseyində baş alıb gedən qanunsuzluqlar barədə saytımızda gedən "Ağacı şagirdin belində sındırma" fənni təlim etdirilir -12 saylı peşə liseyində nələr baş verir" sərlövhəli məqalə internetdə yayılandan sonra müəllimlərdən biri və təhsil müəssisəsi rəhbərinin təhqiramiz ifadələri arxasınca işətdiyi şagirdlərdən Müslümzadə Poladın bibisi Zülfiyyə Müslümova redaksiyamızın qonağı olmuşlar.

"Mənim övladım yoxdu, dializ xəstəsi olan əlil qardaşımın oğlu Poladı mən saxlamışam, anası vəfat edəndən sonra ona mən qayğı göstərmişəm, - deyir Zülfiyyə xanım. - Direktor əvəzi Şahin Bəylərov və "zauç" Poladı nadinclikdə suçlayandan sonra məktəbə gedib məsələni ayırd etmək qərarına gəldim. Öyrəndim ki, Poladı polisə vermək istəyirlər. İlk dəfə getdiyimdə Şahin Bəylərovu yerində tapmadım. Sonra yenə gedib xahiş etdim ki, hələlik polisi işi qatmasınlar, ertəsi gün anamı İrana həkimə aparmaq istəyirəm, bir həftəyə qayıdacağam, gedim-gəlim, ayırd edərik. Gör, işin nə yeridir ki, Şahin Bəylərov səhəri gün Oktay Allahverdiyevi evimə göndəribmiş ki, gəlsin görsün həqiqətən mən İrana getmişəm-ya yox. Poladın yeganə günahı budur ki, oxuduğu qrupun təlim ustası Oktay Allahverdiyev sinif rəhbəri Nahibə müəllimənin ünvanına söyüş işlədəndə şahid olub".



Zülfiyyə xanım deyir ki, Polad və sinif yoldaşları indi elə yaş dövründədirlər ki, şəxsiyyət kimi formalaşmalarının ilkin, həm də mühüm mərhələsidir, ona görə də müəllim kimi qəbul etdikləri özlərindən yaşlı, yetkin insanlardan təhqir eşitsələr, həzm etməyə bilərlər, ölçü götürülmədiyini görüncə isə, özbaşına nəsə etməyə, yaxud özlərinə nəsə etməyə çalışa bilərlər: "Uşağı polislə hədələyirlər, az qala məktəbin yarısına təqdimat yazdırıblar ki, Poladın işi polisə düşsün. Mən ona ürək-dirək vermişəm ki, oğul, qorxma, atan 20, mən də 17 il polisdə işləmişik, qoy o adamlar qorxsunlar ki, günahkardırlar. Mən məktəbə gedəndə direktor Şahin Bəylərov və direktor müavini Şəlalə Əsədova Poladla heç bir qərəzçilik etmədiklərini deyirlər. Amma mən aralanan kimi Nahibə müəllimənin üstünə düşürlər ki, bəs o uşağı niyə müdafiə edirsən..."



Söhbətə qoşulan mənbə deyir: "Mənə irad tuturlar ki, sən Poladı niyə nümunəvi şagirdlər arasına qatıb muzeylərə ekskursiyaya aparmısan, onun da ayağı yer tutub. Şahin Bəylərov məndən soruşur ki, niyə şagirdlərin sənə münasibəti yaxşıdı, Oktaya isə pis. Mən də deyirəm ki, onu Oktay Allahverdiyevin özündən soruşun. Acgözlüklərinin dərəcəsinə baxın: Sabiq direktor Eynulla müəllimin aldığı inventarı, kompyuter dəstlərini aparır, yerinə xarabını qoyurlar. Keçən il rəhbəri olduğum 307-ci qrupun şagirdlərindən biri müsabiqədə mükafat olaraq qiyməti 800 manat olan "Acer" noutbuku qazanmışdı. Şahin Bəylərov ondan ötrü uşağın valideynindən 300 manat istədi. Valideyn də imtina elədi, dedi ki, evdə uşağın noutbuku var, lazım deyil. Şahin də götürüb apardı. Bülletenlərlə maxinasiyalar aparılır. Aysel Əlizadə adlı müəllimə ilboyu işə gəlmir. Komissiya gələndə Şahin Bəylərov mələyə dönür, rəfdə saxladığı Quran kitabını gətirir ortaya ki, and içməyə hazırdı. Elə bil, başqa vaxt vulqar ifadələr işlədən adam bu deyil".



Zülfiyyə xanım bizə audio-videomaterial da təqdim etdi. Vaxtilə təlim ustası Oktay Allahverdiyevlə şagird Elvin Xəlilov arasında baş vermiş və "Xəzər-Xəbər" proqramında müəllimin xeyrinə olan şərhlərin müşayiəti ilə dumanlı şəkildə təqdim olunmuş videogörüntünün aydın təsvirini birlikdə izlədik. Aşkar göründü ki, Oktay Allahverdiyev şagirdi vurur. Bundan başqa, şıkayətçilərin redaksiyaya diskdə verdikləri audioqeydlərdə şagirdlərin öz aralarında O.Allahverdiyevin N.Orucovanın arxasınca necə söydüyünü müzakirə etdikləri, söyüşü eşitmiş şagirdin o sözləri dilə gətirməyə belə utandığını deməsi aydın eşidilir. Digər audio-yazıda O.Allahverdiyevin şagirdlərə özlərini "yaxşı aparacaqları" təqdirdə ilin sonunda "qayıb"larını siləcəyini vəd etdiyi məlum olur.



Öz müşahidələrimizdən və digər etibarlı mənbələrdən öyrənmişik ki, əvvəlki direktorların vaxtında liseyin tokar, dülgər, maşın təmiri sexləri əaliyyət göstərir və fayda verirmiş. İndi onlardan 1 manat da olsun rəsmi hesaba maliyyə vəsaiti daxil olmur. Şahin Bəylərov sükan arxasına keçəndən sonra icarəçilərə elə qiymət oxuyub ki, sexləri götürən olmayıb. Üç vəzifə aparan Fərhad Hacıyev axşamlar və istirahət günləri sex işlədir. Əvvəllər hərbi hazırlıq dərsləri keçirilən, sonradan Ş.Bəylərov tərəfindən parçalanaraq ləğv olunmuş tir (atıcılıq ) sektoru və idman zalı yaxınlıqda yaşayan Teymur adlı başqa məktəbin müəlliminə və digər repetitorlara abituriyent hazırlığı üçün icarəyə verilib. Büdcədənkənar vəsaitin necə xərclənməsi şəffa deyildir. Liseydə maliyyə yoxlamasının aparılmasına ciddi ehtiyac vardır.



Mövzunu qapatmasaq da, hələlik bu məqaləni Nahibə müəllimənin təhsil naziri cənab Ceyhun Bayramova müraciəti ilə yekunlaşdırmaq istəyirik:

"Bir təhsil müəssisəsində adı "Müəllim" olub, əməldə bu adı doğrultmayan, etikadan xəbərsizlərin fəaliyyət göstərməsi, hətta məktəbə rəhbərlik etməsi nə dərəcədə doğrudur? Şagirlərə oyun qurub onların bir şəxsiyyət kimi yetişməsinə pis nümunə olanlar məktəb adına və müəllim adına bir ləkədir. Burada rəhbərlik dediyi sözləri danır, ancaq şagirdlər əsl həqiqəti bilirlər. Çünki hadisələrin şaahidi və iştirakçılarıdırlar. Şahinin oyunlarından məktəbin divarları da az qala haray çəkir - "bizi xilas edin!" Öyünərək "6-7 direktoru mən yola salmışam" deyən bu şəxs nə zaman toxunulmazlıq statusu alıb? Məktəbin mənəviyyatı təmiz, əqidəsi saf, şagirdlərin gələcəyini korlamayan, şüurlarını zənginləşdirən rəhbərə çox ehtiyacı var. Yoxsa, küçələrdə mitinqə çıxan gənclərin sayı çoxalacaq. Yəqin ki, ümid etdiyinmiz cənab nazir xalqın balalarının taleyinə biganə qalmaz, məktəbi özəlləşdirib hamını qorxu içində saxlayan bu şəxsin barəsində tədbir görülər".


BAKININ DAHA BİR TƏHSİL MÜƏSSİSƏSİNDƏ İNTİHAR MÜHİTİ FORMALAŞIB - VİDEO
BAKININ DAHA BİR TƏHSİL MÜƏSSİSƏSİNDƏ İNTİHAR MÜHİTİ FORMALAŞIB - VİDEO
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”