Dünya
18-05-2015, 14:15 Oxunub: 1 057
İlham Əliyev: Bizim səylərimiz olmasa, dünyada vəziyyət daha pis olacaq - YENİLƏNİB

“Donorlardan asılı deyilik, ianələr, yardımlar gözləmirik”
“Çox sevinirik ki, gənclərimiz vətənpərvərdir. Vətənpərvərlik həm də ölkələr arasında münasibətləri möhkəmləndirir. Öz ölkənə, dininə hörmət başqa ölkələrə və dinlərə hörməti də ehtiva edir”.
Azerinfo.az xəbər verir ki, APA-nın məlumatına görə, bu sözləri Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı təəssüflə bildirib ki, bu gün dünyada neofaşist hərəkatlar yaranır:
“Beynəlxalq ictimaiyyət bu məsələni ciddi şəkildə nəzərdən keçirməlidir. Biz birgə səylərlə bu döyüşdən qalib çıxa bilərik. Ona görə də mədəniyyətlərarası dialoq çox əhəmiyyətlidir. Bakı bu məsələlərin müzakirəsində çox mühüm bir məkandır”.
Prezident qeyd edib ki, 23 ildə Azərbaycanda güclü, inkişaf etmiş dövlət qurulub:
“Bakı memarlıq, tarixi abidələrlə zəngindir, onlarla tanış ola bitlərsiniz. Ancaq müstəqillik baxımından ölkəmiz gəncdir. Qısa müddətdə aparılan işlər bizim inkişafımızı müəyyən etdi. Əgər siz cəmiyyətin dəstəyinə nail olursunuzsa, bu işlər uğurlu olur. Azərbaycanın təşəbbüsləri regional əməkdaşlığı gücləndirir”.
İlham Əliyev deyib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm rol oynayır:
“Biz əslində tarixi İpək Yolunu bərpa edir, mühüm dəmir yolunu tikirik. Tarixi İpək Yolu məhz Azərbaycan ərazisindən keçirdi”.
Dövlət başçısı bildirib ki, Azərbaycanın bütün layihələri sosial inkişafa, xalqlar arasında əməkdaşlığın inkişafına yönəlib:
“Bizim səylərimiz beynəlxalq ictimaiyyət tərəfindən də dəyərləndirilir. Sevindirici haldır ki, Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib. Həmin 155 dövlətin hamısı ilə fəal əlaqəmiz olmasa da, müstəqillik dövründə gördüyümüz işlər ölkəmizə müsbət münasibəti əsaslandırdı”.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan siyasi və iqtisadi islahatlara sadiqdir:
“Anladıq ki, enerji resursları davamlı inkişaf üçün yetərli olmayacaq. Ona görə də azadlıqlar diqqət mərkəzimizdədir. Bu gün Azərbaycanda bütün fundamental azadlıqlar təmin olunur, din azadlığı var. Bu, bizim inkişafımız üçün əsasdır”.
Dövlət başçısı Azərbaycanın iqtisadi müstəqilliyinin olduğunu da diqqətə çatdırıb:
“Donorlardan asılı deyilik, ianələr, yardımlar gözləmirik. Azərbaycanın enerji təhlükəsizliyini təmin etmişik, indi də başqa ölkələrin enerji təhlükəsizliyinə töhfə veririk”.
Prezident bildirib ki, Azərbaycanda işsizlik və yoxsulluq 5 faiz civarındadır:
“Ölkəmiz rəqabətə davamlılıq baxımından 38-ci yerdədir. Biz müxtəlif layihələrə başlamışıq. Humanitar sahə də diqqət mərkəzindədir. Hər il Bakıda humanitar forum, dini liderlərin sammitini keçiririk”.
11:16
“Çox şadam ki, bu gün III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Bakıda öz işinə başlayır. Bu, yaxşı ənənədir, üçüncü dəfədir ki, bu dialoqu keçiririk. Yüzdən artıq ölkənin təmsilçisi buradadır. Bu, müzakirələrin əhəmiyyətini göstərir”.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, bu sözləri Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan mədəniyyətlərarası dialoqda mühüm rol oynayır və çalışır ki, ölkələri, xalqları bir araya gətirsin:
“Azərbaycan Avropa və Asiya arasında yerləşir, bu da Azərbaycanın mədəni müxtəlifliyində rol oynayıb. Etnik və müxtəlif dinlərin təmsilçiləri həmişə Azərbaycanda tolerant şəkildə yaşayıb. Tarixi irsimiz mədəni müxtəlifliyə yanaşmanı ortaya qoyur. Şamaxıda ən qədim məscidlərdən biri, Şəkidə alban kilsəsi, Abşeronda atəşpərəstlərin məbədi yerləşir. Bu gün Azərbaycanda müxtəlif etnik qrupların nümayəndələri yaşayır və inkişafımıza töhfə verir. Biz beynəlxalq tədbirləri ona görə keçiririk ki, multikulturalizm ənənələrini təbliğ edək”.
Prezident bu gün dünyada baş verən hadisələrin narahatlıq doğurduğunu söyləyib:
“Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması bu sahədə bir addım oldu. Multikulturalizmin alternativi yoxdur. Bu baxımdan vətəndaş cəmiyyəti qurumlarının, qeyri-hökumət təşkilatlarının rolu artır. Bəzi hallarda dini ədavət bilərəkdən inkişaf etdirilir və yayılır. İctimai rəyə təsir göstərən insanların öhdəliyi artır, biz multikulturalizm ənənələrini inkişaf etdirməliyik.
Multikulturalizmin müsbət ənənələri var və Azərbaycan onlardan biridir. Bizim bu səylərimiz olmasa, dünyada vəziyyət daha pis olacaq. Azərbaycan kimi ölkələrin dünyada oynadığı rol müsbətdir. Bunun alternativi islamofobiya, antisemitizm ola bilər və bunlar tarixdə insanlar üçün böyük faciələrlə nəticələnib. Multikulturalizm Bakı prosesinin əsasını təşkil edir. 100-dən çox ölkənin təmsilçisinin iştirakı göstərir ki, biz mədəni müxtəlifliyi təmin edəcəyik”.
XƏBƏR LENTİ
23:39 | Goranboya görün, kim rəhbərlik edir... - İTTİHAM 22:50 | "Nə vaxt gedirəm məni yola verirlər" - GİLEY 22:22 | “Azəriqaz” rəsmi izahat verməlidir - ETİRAZ 21:45 | Bir ayağı olmayan Qarabağ Qazisi belə şəraitdə yaşayır... - "Şəhidlik daha gözəldir..." 21:18 | Kontakt Home və deputat Elnur Allahverdiyev haqda şok gizlinlər: - İTTİHAM 20:54 | Yardımlı səhiyyəsində də durum BƏRBADDIR... - "Neçə-neçə rayon sakini baş həkimin bu tələsinə düşüb" 20:23 | Əlində “dəlilik kağızı“ olan müəllim 2 ildən sonra işə bərpa edildi - İLGİNC 19:47 | "Azəriqaz" elə Əkbər Hacıyevin dövründəki kimi işləyir... - FAKT BUDUR! 19:21 | "Əgər mənim ciyərimin biri götürülübsə, mən necə sağlamam?!" - NARAZILIQ! 18:51 | "İslahatlar prosesini fərqli şəkildə təqdim etməyə cəhd göstərirlər" - Mehdiyevdən sərt bəyanat 18:17 | Fransa səhvini anladı: Makron Əliyevə əl uzatdı - GƏLİŞMƏ 17:45 | “Rusiya sülhməramlıları Qarabağ mövzusu ilə məşğul olmalıdır, bizim sərhəd məsələmizlə yox” - ETİRAZ 17:22 | Aşqabadla anlaşdıq, Tehranla nə edək? - TƏHLİL 16:45 | İrəvanın revanş arzusu basdırılır - TƏHLİL 16:17 | “1-2 milyona mülk tikdirirlər, amma 35 manat verib detektor quraşdırmağa xəsislik edirlər” - PROBLEM