Yevlaxda Raqub müəllimin “üçbucaq” oyunları
Gundem / Bolge
Oxunub: 1 717
16 may 2015 | 15:05
Yevlaxda Raqub müəllimin “üçbucaq” oyunları


















Uzun illərdir ki, rəhbərlik etdiyi təhsil şöbəsini rüşvətxorluq girdabına sürükləyən cənab Raqub müəllimi, yaxın vaxtlarda nələr gözləyə bilər?

Mirzəyev soyadı ilə tanınan və Yevlax şəhər təhsil şöbəsinə rəhbərlik edən Raqub Mirzəyevin adı, artıq respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s görə tanıyıb, hüsnü-rəğbətini bəsləsinlər. Amma, Mirzəyev soyadı ilə tanınan Yevlax şəhər təhsil şöbəsinin müdiri vəzifəsini daşıyan Raqub Mirzəyevin adı çəkiləndə isə, hər kəs onu təhsilimizin qənimi hesab etməkdən belə çəkinmirlər.

Belə bir yanaşma nədən, hansı səbəblərdən qaynaqlanır, niyə təhsil şöbəsinin şefinə qarşı belə bir ictimai münasibət formalaşır? Ümumiyyətlə, belə bir sualların əmələ gəlməsinə səbəb nədir, yaxud da nələrdir? Odur ki, bütün bunlar haqda lazımi məlumatları əldə etmək üçün, heç də vaxt itirməyə dəyməz. Sadəcə olaraq, şəhərin bir neçə təhsil ocaqlarına baş çəkmək kifayət edər ki, cənab Raqub müəllimi nədən təhsilimizin qənimi hesab edirlər, yanaşmasına aydınlıq gətirə bilək. Çünki, informasiya mərkəzimizi məlumatlandıran mənbə bildirir ki, R.Mirzəyev neçə illərdir ki, daşıdığı vəzifəsinə sahib olub və ötən müddət ərzində o, Yevlaxda təhsilimizə elə bir zərbələr vurub ki, həmin zərbələrin izini hələ uzun müddət silmək mümkün olmayacaq.

Raqub müəllimin həyata keçirdiyi idarəçiliyin mahiyyəti haqda məlumatları informasiya mərkəzimizə təqdim edən mənbə bildirir ki, o, hər il dərs günü başlamazdan əvvəl, məktəb direktorlarının iştirakı ilə “məşvərəti-məclis” keçirir və onlara lazımi tapşırıqlarını da verir. Keçirilən görüşlərdə təhsilə dair bir sıra məsələlər müzakirəyə çıxarılsa da, əsas müzakirə mövzusu şöbə müdirinin maraqlarının təmin olunmasına yönəldilir. Və belə bir halın varlığı da, çox keçmir ki, müəyyən söz-söhbətlərin əmələ gəlməsi ilə nəticələnir.

Bundan əlavə, rayonun təhsil ocaqlarında direktor vəzifəsini daşıyanların tam əksəriyyəti, Raqub müəllimə bağlı məktəb direktorlarıdırlar. O, belə bir addımlarını atarkən zamanında yüz ölçüb bir də biçib. Yəni, əvvəlcədən götür-qoy edib ki, hər təhsil ocağına rəhbər təyin olunan şəxs, mütləq ona bağlı şəxs olmalıdır. Çünki, müəyyən maxinasiyaları, saysız-hesabsız qanunsuzluq əməllərini və.s ört-basdır etmək üçün, o, zamanında qərarlaşdırdığı addımlarını atıb. Bu gün də nəticə göz önündədir. Məsələn, informasiya mərkəzimizi məlumatlandıran mənbə bildirir ki, dərs günü başlamazdan əvvəl, Yevlağın təhsil ocaqlarında dərs saatları, rəhbərliyin maraqları çərçivəsində bölünür. Elə ki, dərs gününün başlamasından bir qədər vaxt keçir, bu zaman şəhərin əksər məktəblərində yuxarı sinif şagirdlərinin əksəriyyətini siniflərdə tapmaq mümkün olmur. Çünki, onların valideyinləri əvvəlcədən şöbə müdiri və məktəb direktorları ilə “dil tapa” bilirlər. Və bundan sonra müəyyən “haqq-hesab”ın müqabilində, övladlarının repititor yanına getmələri üçün ümumi razılıq da əldə edirlər. Əldə etdiyimiz məlumatlara görə belə bir razılaşma, hər valideyinə il ərzində orta hesabla min manata başa gəlir. Sözsüz ki, əldə olunan gəlirlər məktəb direktorları ilə şöbə müdiri arasında, əvvəlcədən razılaşdırılmış şərtlər daxilində bölünür.

Yevlax təhsilində yaşanan ab-havanın varlığı onu söyləməyə əsas verir ki, bəli rəhbərliyin yarıtmaz idarəçiliyi, ümumi vəziyyətin belə bir həddə gəlib çatmasına səbəb olan əsas amildir. Diqqəti cəlb edən hal odur ki, şəhər icra hakimiyyətinin başçısı da, əmələ gələn vəziyyət haqda kifayət qədər məlumatlı olmasına baxmayaraq, o da vaxtında qabaqlayıcı addımlarını atmır. Məsələn məlumatlı mənbə bildirir ki, bu il şəhər təhsil şöbəsinin məktəblərində çalışan müəllimlərdən bəziləri, məktəb üzü belə görmədilər. Yəni, dərsə gəlməyən müəllimlərin dərs saatlarını şöbə müdiri məktəb direktorlarına həvalə etdi. Məsələn, belə bir olaylar daha çox şəhərin Düzdağ kənd orta məktəbində baş verdi. Amma əmək haqqı məsələsinə gəlincə isə, rəhbərlik zərrə qədər də güzəştə getmir. Hələ bunlar azmış kimi, Ulu Öndərin 92 illiyi ilə bağlı hər şagirddən şəkillər üçün 2 manat, təmir pulu adı ilə isə 3 manat pulun toplanılması da, artıq R.Mirzəyevin iştahasını cilovlaya bilmədiyini sübut edir. Yəni o, il ərzində əldə etdiyi gəlirlərlə nəfsini cəmləşdirə bilmədiyindən, yaranmış fürsətdən yararlanmağı sanki özünə şərəf bilir. Və belə bir “müdrik” qərarını da verir. Hansı ki, o, şöbə müdiri olaraq Ulu Öndərin həyat və fəaliyyətinin öyrənilməsi, araşdırılması və.s istiqamətində tapşırıq verməli olduğu halda, məktəbli şagirdlərdən pul toplanması yöndə qərarını açıqlayır. Belə bir addımların atılması da, artıq başqa mətləblərdən xəbər verir.

Artıq dövr dəyişib, zaman yeniləşib. Yəni, sabiq nazirin idarəçiliyi, bu gün yeni təfəkkürə, yeni idarəçilik üslubuna söykənən cənab Mikayil Cabbarovun idarəçiliyi ilə əvəzlənib. Rəhbərliyin dəyişdiyi ilk vaxtlarda, əmələ gələn ab-hava əksəriyyətdə belə bir fikir formalaşdırmışdı ki, Yevlax şəhər təhsil şöbəsində şöbə müdirliyi vəzifəsi, heç də Raqub müəllimə düşərli olmayacaq. Hər kəsdə belə bir cür düşüncə tərzinin formalaşmasına səbəb o idi ki, Azərbaycanın təhsil sistemində sanki qara ləkə hesab olunan Mirzəyev faktorun varlığı, Yevlax şəhərinin təhsilinə yalnız bədbəxtçilik və üzqaraldan əməllərdən başqa nəsə nəsib etməyib.

Sevindirici hal da o oldu ki, cənab M.Cabbarov təyinatının ilk günlərindən müəyyən addımlarını atmağa başladı. Yəni, yerlərdən ünvanlanan şikayətlərin araşdırılması, baş verən qanunsuzluqların aşkara çıxarılması, işinin öhdəsindən gələ bilməyən rəhbər şəxslərin dəqiqləşdirilməsi və.s, onlardan bəzilərinin vəzifələri ilə vidalaşmaları istiqamətində lazımi addımlarını atması, hər kəsə yeni bir ümid verdi. Belə olan halda inanırıq ki, yaxın vaxtlarda “yola salınacaq” vəzifə sahiblərindən biri də, cənab Raqub Mirzəyev olacaq. Həmin günün reallaşacağını tək biz yox, Yevlax şəhər təhsilində əvəzsiz xidməti olanlar da səbirsizliklə gözləyirlər. İnanırıq ki, Raqub müəllimin şöbə müdirliyindən “yola salınması” Yevlax şəhərinin təhsilinə yeni bir nəfəs verəcək. Bu hər kəsin istəyi, həm də zamanın tələbidir.

P.S. Növbəti açıqlamamızda şəhərin Tanırqullar, Qaraoğlan, Malbinəso, Qoyunbinəsi, Xaldan və.s kənd orta məktəblərində yaşanan problemlərdən, əmələ gələn qanunsuzluqlardan ətraflı bəhs edəcəyik. Odur ki, bizi izləməyə unutmayın.

Sadalanan problemlərin varlığı ilə əlaqədar, qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ