Nazir Ağdamın xanım təhsil şefini və müavini Farid Muradovu yoxladır - Təcili/MTN işi
Gundem / Dunya / Bolge
Oxunub: 2 536
29 apr 2019 | 19:30
Nazir Ağdamın xanım təhsil şefini və müavini Farid Muradovu yoxladır - Təcili/MTN işi














Son günlər qalmaqallı xəbərlərlə medianın gündəminə gələn Ağdam rayon təhsil şöbəsinin fəaliyyəti Təhsil Nazirliyinin diqqətini çəkib.

Cahan.info-ya rayondan gələn məlumatlarda iddia edilir ki, nazirlik Ağdam təhsil şöbəsində yoxlamalara başlayıb.

Təhsil şöbəsi müdiri Mətanət Misirxanovanın fəaliyyəti, rayondakı məktəblərin tədris səviyyəsi, nizam-intizam qaydaları araşdırılır.

Ağdam təhsil şöbəsinin qeyri-qanuni yığımlara başlaması, yeyintilərə yol verməsi barədə mətbuatda dolaşan iddialar nazirlik tərəfindən təftiş edilir.

Xüsusən də rəsmi əmri verilməyən təhsil şöbəsi müdirinin müavini Farid Muradov barəsində yayılan məlumatlar da yoxlanılır.

Nazirlik Bakıda 162 saylı məktəbdə baş verən intihardan sonra təhsil sektorunda nəzarəti gücləndirir.

Xüsusən də təhsil şöbələrinin müdirləri, məktəb direktorları ilə bağlı şikayətlərə, mətbuatda gedən məlumatlara diqqət edilir, araşdırılır.

Belə iddialar var ki, M.Misirxanova Ağdam təhsil şöbəsində bazar açıb, məktəblərdən pul yığır, direktorları sıxışdırır, müavini Farid Muradovu da qabağa verərək bir sıra işləri onun əli ilə həyata keçirir.

Ağdamdan gələn xəbərlərdə deyilir ki, M.Misirxanovanın "sağ əli" missiyasını yerinə yetirən F.Muradov məktəblərin, texnikumların, peşə liseylərinin başına bəla olub.

Onun gəldiyi gündən Ağdam təhsili ilə əlaqəli adamlar erməni ilə sərhəddə olduqlarını unudublar.

İddialara görə, F.Muradov məktəb direktorlarına "gün verib, işıq vermir". Onlardan rüşvət tələbi, əsassız pul yığımı, müəllimlərdən bu vəsaitlərin alınması ciddi narazılıq yaratmaqdadır.

Nazirlik tərəfindən yoxlamaların necə qurtaracağını zaman göstərəcək. Lakin nazir Ceyhun Bayramov M.Misirxanova barədə komissiyadan real hesabat və dosye tələb edəcək. Bundan sonra Ağdam təhsil şöbəsinin xanım müdirinin postundakı aqibətinə aydınlıq gələcək.

Ağdam Təhsil Şöbəsi müdiri Mətanət Misirxanovanın adı bu dəfə MTN işi üzrə məhkəmədə keçir.

Cahan.info xəbər verir ki, Ağdam təhsilində biabırçı olaylar yenə davam edir. Bundan əlavə, məktəb direktoru olmaq üçün keçirilən müsabiqədə kim Mətanət Misirxanova ilə anlaşıbsa, o da qalib olub.

Baxça müdiri Mətanət Misirxanovanın Ağdam Rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsinə təyin edilməsindən sonra vəziyyət rəzalətə çevrilib.

Rüşvət əvvəl bir idisə, indi beşə qalxıb. Bu sahədə kifayət qədər səriştəsi olmayan xanım Misirxanova, Təhsil Şöbəsini bazar qaydaları ilə idarə edir.

Təhsil şöbəsi ilə bağlı sensasion faktların üstü açılıb, M.Misirxanova barəsində ifşaedici məqamlar yer alıb.

Təqsirləndirilən Ağdamın Yüzbaşı kənd məktəbinin riyaziyyat müəllimi Vüsal Əliyevin anası Hüsürə Əliyeva criminal.az-a bildirib ki, hər şey oğlu Vüsalın işlədiyi məktəbdəki özbaşınalıqla bağlı yazdığı şikayətlərdən başlayıb:

Hələ oğlunun həbsindən əvvəl Yüzbaşı kənd orta məktəbindən şikayətlər etsələr də, Təhsil Nazirliyinin Tərtər Regional İdarəsində ört-basdır edilib.

Onun fikrincə, regional şöbə öz vəzifəsinin öhdəsinən vaxdında gəlsəydi, Ağdam təhsilində qanunsuzluqlar belə baş alıb getməzdi:

“Ağdam Təhsil Şöbəsinə 2015-ci ilin noyabr ayının 16-da müdir təyin edilmiş Misirxanova Mətanət həmin vəzifəyə gətiriləndən sonra Ağdam təhsili bərbad vəziyyətə düşməyə başladı.

Təhsil naziri Ceyhun Bayramovun imzası ilə 19.03.2018-ci il tarixli K-251 nömrəli əmrdə də Ağdam təhsilinin Mətanət Misirxanova tərəfindən bərbad vəziyyətdə salınması göstərilib.

Yazıda adı keçən bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb