Azərbaycandakı qeyri-islam təmayüllü dini qurumların rəhbərləri prezident İlham Əliyevə müraciət ünvanlayıb
Gundem
Oxunub: 1 194
6 in 2015 | 15:05
Azərbaycandakı qeyri-islam təmayüllü dini qurumların rəhbərləri Azərbaycan respublikasının prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, müraciətdə Azərbaycanda yaşayan yəhudi, xristian və digər dinlərə mənsub müxtəlif dini qurumların rəhbərləri ölkə başçısının qayğısı nəticəsində qeyri-islam təmayüllü dini icmalara dövlət büdcəsindən maliyyə yardımı göstərilməsinə görə prezident İ. Əliyevə təşəkkürünü bildirib: "Biz, Azərbaycanda yaşayan yəhudi, xristian və digər dinlərə mənsub müxtəlif dini qurumların rəhbərləri Zati-Alinizin qayğısı nəticəsində qeyri-islam təmayüllü dini icmalara dövlət büdcəsindən maliyyə yardımı göstərilməsinə görə Sizə sonsuz təşəkkürümüzü bildirir, vahid vətənimiz olan doğma Azərbaycanımızın tərəqqisi və firavan günlərə qovuşması naminə həyata keçirdiyiniz möhtəşəm işlərdə böyük uğurlar, möhkəm cansağlığı, uzun ömür arzulayırıq".
Müraciətdə dini qurumlara dövlət büdcəsindən maddi yardım göstərilməsinin artıq bir ənənə halını aldığı vurğulanıb: "Biz bunu təqdir etməklə yanaşı, həm də dövlət-din münasibətlərinin tənzimlənməsində Azərbaycana xas xüsusiyyət kimi qiymətləndiririk. Hesab edirik ki, beynəlxalq ictimaiyyət və dünyəvi dövlətlər dini qurumlarla münasibətdə bu yanaşmanı nümunə kimi qəbul etməlidirlər. Bu gün Azərbaycan Sizin bacarıqlı və fədakar rəhbərliyiniz altında Ulu Öndər Heydər Əliyevin yolu ilə inamla və sürətlə irəliləyir, ölkəmizin xoşbəxt gələcəyinin təməli daha da möhkəmlənir. Sizin apardığınız siyasətin uğurunu təmin edən ən önəmli cəhət Ümummilli Liderimizin alternativsiz siyasi xəttinə sonsuz sədaqətiniz və Azərbaycan xalqının ölkəmizdə yaşayan müxtəlif millətlərin və dinlərin mənsublarının inam və etimadını qazanmağınız, xalqa arxalanmağınızdır".
Müraciətdə qeyd olunub ki, prezident İ. Əliyev dini, milli mənsubiyyətinə fərq qoymadan bütün ölkə vətəndaşlarının ən ümdə hüququ sayılan din və vicdan azadlığının etibarlı təminatçısıdır: "Siz hər bir azərbaycanlının prezidenti kimi dini, milli mənsubiyyətinə fərq qoymadan bütün ölkə vətəndaşlarının ən ümdə hüququ sayılan din və vicdan azadlığının etibarlı təminatçısısınız".
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO