8-07-2019, 13:47 Oxunub: 481

BAKIDAKI "TÜRK HAMAMI"NDA YALNIZ SU ŞƏFFAFDIR-FAK

BAKIDAKI "TÜRK HAMAMI"NDA YALNIZ SU ŞƏFFAFDIR-FAK

Türk mədəniyyətində çox əhəmiyyətli bir yeri olan hamam sağlamlığınız üçün çox faydalıdır. Hamamda isti hava və buxarın təsiri ilə bədəninizdə məsamələri dolduran bütün çirklər yumşalar, beləcə həm dəriniz ölü dəridən təmizlənər, həm də daha çox oksigen alar. Hamam, əzələ gərginliklərini və ağrılarını aradan qaldırar, məhdud oynaqları açar, limfa sistemi təmizliyini və qan dövranını artırar, dərinin gənc və təzə qalmasını təmin edər.

Bakıda müxtəlif mədəniyyətlərə məxsus, giriş qiymətləri 12-14 manat arasında dəyişən hamamlara həm yerli sakinlərin, həm də turistlərin marağı böyükdür. Belə hamamlarda masaj, kisə və bu kimi xidmətər də göstərilir ki, bunların da qiyməti 10-30 manat civarındadır.

Həkimlər hamamların insan orqanizmi üçün faydalı olduğunu söyləyir, amma ürək-damar sistemində xəstəliyi olanların hamamdan istifadə edərkən diqqətli olmağa çağırır. Bu hal onlarda narahatlığı bir az da artıra bilər. İçkili insanların hamama girməsi isə ümumiyyətlə tövsiyə olunmur.

Orta və daha yuxarı yaşlı nəslin nümayəndələri xatırlayarlar, 1976-cı ildən başlayaraq SSRİ-də hər Yeni İl axşamı “Qəribə təsadüf və ya həmişə təmizlikdə” filminin nümayişi ənənəyə çevrilib. Hər il təkrar nümayiş olunmasına baxmayaraq, milyonlarla insan filmi böyük həvəslə seyr ediblər. Filmin ərsəyə gəlməsində yaddaqalan məqamlar və ortaya çıxan problemlər də az olmayıb.

Film hazır olduqdan sonra müzakirələr zamanı “sərxoşluğun təbliği” adı ilə ciddi tənqidə məruz qalıb. Bu məsələdə filmin müəlliflərini Dövlət Teleradio Komitəsinin sədri Lapin müdafiə edib: “Məgər dövlət məmurları hamama gedəndə içki içmirlər? Burada heç bir qəbahət yoxdur...” Bununla da ilk təhlükə sovuşub.

Lakin, SSRİ-nin buxovlarından azad olan Azərbaycanda spirtli içki qadağan olunmasa da, onun hamamda istifadəsinin sağlamlığa mənfi təsiri ilə bağlı tövsiyələr vardır. Bu tövsiyələrə əməl etməyən hamamlardan biri də paytaxtın Nəsimi rayonu, Alı Mustafayev küçəsi - 35 ünvanda yerləşən “Türk hamamı”dır. Burada müştərilərə ağır xörəklər, araq, pivə kimi sərt içkilər təklif olunur. Özü də məhz çimilən sektorda. Məlum olduğu kimi, hamamda yaranan nəmli və rütubətli şəraitə görə oranı nə qədər təmizləsək də, istənilən təmizliyi əldə etmək çətin olur. Bu nöqteyi-nəzərdən müştəri məmnunluğunu təmin etmək naminə birbaşa hamamın özündə xörək verilməsi gigiyena baxımından yolverilməzdir. Çünki, xörəyin üzərinə mütləq bakteriya və mikroblar qonur.

Bundan başqa, burada vaxt məhdudiyyəti tətbiq olunur. Yəni, müştəri 10-12 manat giriş haqqı ödəyir. Xeyli hissəsini soyunub-geyinməyə sərf etdiyi 2 saatdan sonra hamamdan istifadə edəcəyi vaxta görə ondan əlavə haqq tələb olunur. Halbuki başqa hamamlarda belə məhdudiyyət yoxdur. Bununla belə, "Türk hamamı"nda müştəriyə heç bir çek verilmir.

Bu hamamda 4 masajçı və 3 kisəçi var. Masajçının xidmət haqqı 24 manat, kisəçininki 13 manatdır. Hamam sahibi əmək müqaviləsi bağlamadan çalışdırdığı bu işçilərin qazancına şərikdir. Onlara sərf etdikləri sabun, kisə və məlhəmləri də hamamçı özü satır, bazar qiymətindən yuxarı.

"Əsli ilə doğrudur"
Azerinfo.az
Bakının məşhur hamamında yanğın – Ölən var Bakının məşhur hamamında yanğın – Ölən var Hadise Bakıda qətl: Masajçı qadına evində zorakılıq edildi və öldürüldü Bakıda qətl: Masajçı qadına evində zorakılıq edildi və öldürüldü Kriminal Qüdrət Şükürov qadın hamamını satışa çıxardı Qüdrət Şükürov qadın hamamını satışa çıxardı Sosial “Azturkwood Mebel” müştəriyə necə kələk gəlir... - GİLEY “Azturkwood Mebel” müştəriyə necə kələk gəlir... - GİLEY Sosial Masaj salonunda qalmaqal — Müştəri masajçı qadını döydü Masaj salonunda qalmaqal — Müştəri masajçı qadını döydü Hadise