15-07-2019, 12:00 Oxunub: 3 890

Nə həci, həci düşmüsünüz , qələtinizi edin mənim ayaq yolum sizlərin evinin zalından təmizdir

Nə həci, həci düşmüsünüz , qələtinizi edin mənim ayaq yolum sizlərin evinin zalından təmizdir


Müğənni Şəbnəm Tovuzlu ötən gün sosial şəbəkə hesabında Azərbaycan xalqını təhqir edərək, yenə də "gül" vurub. Bu dəfə o daha da irəli gedərək, sosial şəbəkə istifadəçilərini açıq şəkildə təhqir edib, aşağılayıb:

“Nə Həci Həci düşmüsünüz? Ailənin öz yeri var, mən özüm bu qədər toylara, tədbirlərə gedirəm. Qazancım yoxdur ki, yazırlar Həcinin hesabına yaşayırsan? Ay millət, bunu görən yoxdur? İnsanlarımızın bəziləri xaindir. Tovuzda da gözəl günüm, həyatım olub. Həci qədər daş düşsün əzizlərinin başına ki, sənin kimi murdarlar yapışıb Həcidən. Ay xəstə, mən hər zaman sənətimlə pul qazanan, gözəl yaşayan ifaçı olmuşam. Ayaq yolumuz sənin evinin zalından məsləhətlidir. Qələtini et. Bu millət ağlaşmağa öyrəşib. Olanını da gizlədir, yoxdur, yenə ver deməyi bilir. Şükür hamı da gözəl yaşayır. Acından ölən vayfayın pulunu haradan alır?”.


Axı bu cür küçə davranışı nümayiş etdirən "şou-biznes" quşlarına kim ixtiyar verib ki, insanları aşağılasın?! Bu xalqın pulu hesabına ortaya çıxan, sonra isə ona yüksəkdən aşağı baxan Şəbnəm kimi adamların özünə "Tovuzlu" ləqəbi götürməsi belə təhqir hesab olunmalıdır. Necə ki, insanlarımız onu belə görürlər. Bəlkə də Şəbnəm kimi adamlara limitsiz efir ixtiyarının verilməsi onları bu cür təkəbbürlü olmağa sövq edir. Məşhur el məsəlində deyildiyi kimi, Şəbnəm də qınından çıxıb qınını bəyənmir.
Nə həci, həci düşmüsünüz , qələtinizi edin mənim ayaq yolum sizlərin evinin zalından təmizdir


Nə həci, həci düşmüsünüz , qələtinizi edin mənim ayaq yolum sizlərin evinin zalından təmizdir
Axı nə üçün Azərbaycan cəmiyyətini Şəbnəm Tovuzlunun altpaltarları, bahalı avtomobilləri və "ərləri" maraqlandırmalıdır? Hər şeydən kasad olan Şəbnəm Tovuzlu Azərbaycan xalqına hansı keyfiyyətləri ilə örnək ola bilər? Normalda bu cür adamlar "çərçivələrdə" saxlanılmalıdır ki, Azərbaycanın milli və əxlaqi dəyərlərinə bulaşmasın. Onlara sponsorluq edən şəxslərlə bağlı da tədbirlər görülməlidir. Təkcə Şəbnəmə xərclənən milyonlar hesabına Tovuzda nə qədər sosial problemlərin həllinə nail olmaq olar. Nəticədə həm xalqımız irəli gedər, həm də "Şəbnəmin Hacısı" özünə rəhmət qazanar.


Qeyd edək ki, Şəbnəm Tovuzlunun efirlərdən əri kimi tez-tez gündəmə gətirdiyi iş adamı ilə bağlı internetdə kiçik araşdırma aparmışıq. 


Araşdırma zamanı məlum olub ki, Bakı Şəhər İcra Hakimiyyətində “tenderlər kralı” kimi tanınan Ramazan Mirzəyevin Şəbnəm Tovuzluya gizli sponsorluq etməsi iddia olunur. Bu barədə "Yenicag.az" və "obyektiv.info" xəbər saytları məlumat yayıb. 


Məlumatda iddia olunur ki, ölkə mediasında Şəbnəm Tovuzlunun həm sponsoru, həm də uşağının atası kimi ad çıxaran "Hacı" ləqəbli iş adamı paytaxt Bakıda tikinti biznesi və digər sahələrlə məşğul olan “Məmmədoğullar” MMC-nin sahibi Ramazan Mirzəyevdir. Əslən Masallı rayonundan olan Ramazan Mirzəyev Bakı Şəhər İcra Hakimiyyətində “tenderlər kralı” kimi tanınır. Belə ki, uzun müddətdir paytaxt meriyasının keçirdiyi bütün tenderlərin qalibi məhz Ramazan Mirzəyevin şirkətləri olub.

Nə həci, həci düşmüsünüz , qələtinizi edin mənim ayaq yolum sizlərin evinin zalından təmizdir
Məlumatda o da qeyd edilir ki, Ramazan Mirzəyev Şəbnəm Tovuzluya paytaxtda dəbdəbəli mənzil almaqla bərabər, həm də ona gizli şəkildə sponsorluq edir. Ramazan Mirzəyevin müğənni üçün 80 minlik avtomobil aldığı və övladı üçün bank hesabı açdırdığı da gəzən söz söhbətlər arasındadır.

Nə həci, həci düşmüsünüz , qələtinizi edin mənim ayaq yolum sizlərin evinin zalından təmizdir


"Şəbnəm Tovuzlu uzun müddətdir uşağının atasını və sponsorunun kimliyini mediadan gizlədirdi. Müğənni özü də açıqlamalarında dəfələrlə bildirib ki, uşağının atası ölkənin biznes sahəsində tanınmış bir iş adamıdır, hacıdır və ailəsi olmasına baxmayaraq onunla dini kəbin kəsdirib", - deyə həmin məlumatda bildirilir.


Əslində, saytlarda yazılanları Şəbnəm Tovuzlu 2016-cı ildə sevgilisi ilə bağlı verdiyi müsahibəsində də etiraf edir.


Müğənni “Həyat tərzi” verilişində bildirib ki o, Hacı adlı şəxslə kəbindədir:


“Mətbuatda mənə layiq olmayan bir şayiəni dərc etdilər. Bütün bunlar isə reklam, oxucu kütləsi toplamaq üçün edildi. Sosial şəbəkədə yazırlar ki, Şəbnəm xanım ailə dağıdır. Mən heç kimin ailəsini dağıtmıram. Bunu hər kəs bilsin. Yoldaşımı şou-biznes nümayəndələri tanıyır. Yəni o özünü reklam etməyi sevmir. Həyat yoldaşım insanlara niyə maraqlı olmalıdır ki? Uşağımın atası yanımdadır. Mən boşanmış insanla ailə qurmuşam. O insan məndən 1 il əvvəl ayrılıb. Ailə dağıtmıram, şəxsi ailəmdir. Birinci ailəm alınmayıb. Düz gəlmədi, ayrıldıq. Bu insanda məni tanımadan bir il qabaq boşanıb. O demək deyil ki, boşanıb, ailəsinə baxmamalıdır. Övladlarına çox gözəl baxır. Biz normal şəkildə ailə qurmuşuq. Toyumuz olmayıb, amma ağsaqqalların iştirakı ilə kiçik qonaqlıq etmişik. Kəbinimiz var”. 


Nərminə Əlizadə
Şəbnəm Tovuzlu bu dəfə də qrammatika biliyini nümayiş etdirdi — Səhvlərlə dolu STATUS Şəbnəm Tovuzlu bu dəfə də qrammatika biliyini nümayiş etdirdi — Səhvlərlə dolu STATUS Medeniyyet “Nə qədər cahil millətimiz var” – Şəbnəm “Nə qədər cahil millətimiz var” – Şəbnəm Medeniyyet “Onlar acından ölür, mən 1 toydan 6-7 min qazanıram” – Şəbnəm Tovuzlu “Onlar acından ölür, mən 1 toydan 6-7 min qazanıram” – Şəbnəm Tovuzlu Medeniyyet Nadir Azərbaycan xalqını təhqir etdi Nadir Azərbaycan xalqını təhqir etdi Medeniyyet Şəhid qızı Azərbaycan xalqını təhqir etdi: Millətimiz alçaq və səviyyəsizdir Şəhid qızı Azərbaycan xalqını təhqir etdi: Millətimiz alçaq və səviyyəsizdir Maraqli