Əhmədzadənin intim görüntülərlə şantaj olunan işçisi killer sifariş edib?-VİDEOİTTİHAM
Gundem / Sosial / Dunya / Video
Oxunub: 6 103
5 avq 2019 | 13:38
Əhmədzadənin intim görüntülərlə şantaj olunan işçisi killer sifariş edib?-VİDEOİTTİHAM


Ötən il Elşən Cabbarov adlı sahibkarın Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi Bulat Ağabəyovu intim görüntüləri ilə şantaj edərək külli miqdarda pul tələb etməkdə ittiham olunması haqda xəbərlər yayıldı.

Azerinfo.az xəbər veriri ki, bundan az əvvəl Cabbarovun iş ortağı Məhhəmməd Cəfərli həbs olunmuşdu.



Saytlar yazırdı ki, Elşən Cabbarov Bulat Ağabəyovun "hərəkətlərini" gizli kamera ilə lentə alaraq onu yayıb biabır etməmək müqabilində bir ilə yaxın müddətdə ondan hər ay 7 min manat pul almaqda şübhəli bilinib.

Eyni zamanda Elşən Cabbarov onu ifşa etməmək müqabilində Bulat Ağabəyovla 60 min manat, B. Ağabəyovun göstərişi ilə sürücüsü Azər Hüseynovla isə 50 min manat məbləğində borc müqaviləsini öz xeyrinə notarial qaydada təsdiq etdirib.

Azerinfo.az xəbər veriri ki, Bundan başqa, Elşən Cabbarov Salyan rayonu, Bəydili kənd sakini Vüqar Gülüşova qarşı da 220 min manata yaxın dələduzluq törətməkdə şübhəli bilinib.

Elşən Cabbarov Salyan rayonunda ən imkanlı ticarətçilərdən sayılıb.

İstintaq orqanı tərəfindən Elşən Cabbarovun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.



Korrupsiya.org bildirir ki, bu iş indiyədək davam edir. Və cinayət hadisəsinin yeni detalları üzə çıxıb.

Cinayət işində adı keçən şəxslərdən biri də Əsədov Təbriz Fərəc oğludur. Hazırda ona qarşı AR.CM-nin 296.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Azerinfo.az xəbər veriri ki, Təbriz Əsədov deyir ki, ötən ilin bu vaxtı həmkəndlisi Vüqar Gülüşov onunla görüşüb. Elşən Cabbarov adlı sahibkarı aradan götürmək üçün 60 min manat vəd edib. Söhbət əsnasında bildirib ki, qətli Bulat Ağabəyov sifariş verir.

Təbriz sifarişi yerinə yetirəcəyinə söz versə də etmir, Üstəlik bu xəbəri öldürməli olduğu Elşən Cabbarova çatdırır.

Söhbət Bakıda “50 qəpik” çayxanasında olur. Elşən Cabbarov dərhal 102 xidmətinə məlumat verir. Onlar Xətai Rayon 37-ci Poliş Şöbəsinə aparılır. Təbriz orda izahatını verir.

Əsədov iddia edir ki, bir neçə gün sonra Xətai Polis İdarəsinin müstəntiqi Araz Məhərrəmov Salyana gəlib. Onu və Vüqar Gülüşovu “Şahdağ” restoranında görüşdürüb. Oda Gülüşov yalvarıb ki, ərizədə yazdıqlarının yalan olduğunu desin. Yoxsa onu tutacaqlar.

Bundan sonra Əsədov ifadəsini dəyişir, yalan dediyini yazır. Lakin Bakıda izahat yazıb rayona qayıtdıqdan sonra valideynləri onu danlayır.Deyirlər ki, düzünü yazmalı idin. Yenidən birinci izahatı ilə bağlı müxtəlif instansiyalara məktublar yazırlar.

Azerinfo.az xəbər veriri ki, Lakin deməyinə görə məktublara məhəl qoyulmur, onun birinci izahatı üzə çıxmır. Hazırda elə onu Cabbarovla və Cəfərli ilə qabaqcadan əlbir olan şəxs kimi ittaham irəli sürülüb.

Onun dediyinə görə Ağabəyovdan pillar alınanda, şantaj edilən epizodlarda olmayıb. Günahı yoxdur.

Cinayət işinin materiallarından görünür ki, bu işdə Bünyatova Elza Adil qızı və Qədirova Şüşəxanım Fəxrəddin qızına qarşı da AR.CM-nin 182.2.1 və 182.2.4 (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər) ittihamlar irəli sürülüb.

Əsədov deyir ki, Bulat Ağabəyov qızlarla iş yerində əyləncə təşkil edib. Sonra qızlar həmin intim görüntüləri Cabbarova ötürüblər. Şantaj olunan Ağabəyovdan pullar o vasitə ilə alınıb.

Maraqlidir ki, Salyanda Ağabəyovu Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin kürvəsi , yaxın adamı kimi tanıyırlar. 20 ildən çoxdur vəzifə daşıyan bu şəxsin iş yerində belə görüntülərinin yayılması sadəcə biabırçılıqdır. Şantajçılara verilən pulların mənbəyi hardandır?

Azerinfo.az xəbər veriri ki, Məsələ ilə bağlı Bulat Ağabəyovun özü ilə danışdıq. O qısa olaraq bildirdi ki, kimin cinayət törədib-törətmədiyini istintaq və məhkəmə müəyyən edəcək.

Məsələni diqqətdə saxlayacağıq.

Bu gün, 17:25
Hikmət Hacıyev: "Sülh heç vaxt olmadığı qədər yaxındır, lakin buna mane olurlar"
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)