“Seiman” şirkətinin pendiri-yağı və diğər məhsulları təhlükəlidirmi?
Statistikaya görə ölkəyə ildə 60 milyon manatlıq süd, süd məhsulları, bal və s. gətirilir. Əgər həmin məbləğin hamısı quru südə verilsə idi belə, süd ekvivalentində məhsulun litri 15 qəpiyə düşərdi. Amma reallıqda belə deyil, idxalın tərkibində hazır süd məhsulları - yoqurt, xama, pendir və s. də var ki, idxal südün qiyməti daha aşağı düşür. Amma bərpa edilmiş südün litrinin qiyməti 15 qəpiyə düşdükdə belə, bu, MDB məkanının ən ucuz quru süd məhsulundan belə ucuzdur, dünya bazarında isə qiymətlər daha yüksəkdir. Nəzəri cəhətdən 1 kiloqram quru süddən 10 litr bərpa edilmiş süd əldə edilir ki, MDB bazarında ən ucuz quru südün kiloqramı 2 dollardan, yəni 1,6 manatdan aşağı deyil. Belə çıxır ki, Azərbaycan süd emalı zavodlarının əsasən, Rusiya və Ukraynadan gətirdiyi quru süd xammalı daha ucuz məhsullardan ibarətdir. Rusiyanın “NTV” və “Ren TV” telekanallarının apardıqları laboratoryia araşdırmalarına görə, bu ölkədə belə aşağı qiymətə tapılan quru südün tərkibində həcmi və saxlama müddətini artıran müxtəlif cür qatışıqlar var. Bu cür qatışıqların sırasında antibiotiklər, süd yağlarını əvəz edən transizomer piy turşuları, soya zülalları, nitratlar və soda, bəzən də zəy yer alır. Antibiotiklər və nitratlar inəklərin qidalanmasının və müalicəsinin, həmçinin laboratiroiya analizlərinin düzgün aparılmamasının nəticəsi olsa da, transizomer piy turşuları və soya zülaları bilərəkdən qiyməti aşağı salmaq üçün qatılır. Soda və zəy çəki artarmaqla yanaşı həm də südün uzun müddət saxlanmasına xidmət edir. Südə qarışmış soya zülalları qadınlara o qədər də pis təsir etməsə də, kişilərin nəsilartırma qabiliyyətini aşağı salır. Alimlər məsələnin soyanın tərkibində qadın hormonlarına çox yaxın izoflenlərin çoxluğu ilə izah edirlər. Quru südə əlavə edilən soya zülallarının gen dəyişikliyinə uğraması da mümkündür. Rusiya və Ukrayna quru südlərində ən çox təsadüf edilən zərərli qatışıq isə transizomer yağ turşularıdır. Transizomer yağ turşuları əsasən, palma yağından alınır və süd zülalları ilə rahat qarışır. Adətən bu yağ turşularını kərə yağı çıxarılmış südlərdən alınmış quru tozları “zənginləşdirmək” üçün vururlar. Xama, yoqurt və dondurma istehsalında bu cür zənginləşdirmə daha dərin səviyyədə aparılır və yağlılıq 15 - 30% səviyyəsinə qaldırılır.
Azerinfo.az bildirir ki, bizdə istehsal olunan pendir və yağ məhsullarının tərkibində kərə yağı demək olar ki , yoxdur. Məsələn Mehdiabbaddakı “Seiman” müsisəsində istehsal olunan məhsiulların əsas tərkibi palma yağıdır.
Bu yağın özəlliyi ondadır ki, ərimə temperaturu 39 dərəcədir və bədən temperaturundan yuxarı olması üzündə həzm prosesində çətinlik yaradır və soyuq məhsullarda istifadə edilməsi xərçəngə səbəb ola bilir.
Məsələnin ən qorxulu tərəfi bizim istehsalçıların şimal qonşularımızdan bu cür “gəlirli” texnologiyaları əxz etməsidir. Bizim süd emalı zavodları artıq çox müasirdir və ən incə texnologiyaları tətbiq etməyə qadirdirlər ki, bunlara baxanda 2000-ci illərin əvvəllərində quru südə marqarin qatmaqla pul qazanan “həkim-dietoloq”un əməllərinə şükür etmək olar. Hökumət təmsilçiləri, ilk növbədə, bu sahədə keyfiyyətə və ekoloji təmizliyə cavabdeh olan qurumlar - İqtisadi İnkişaf Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu məsələyə xüsusi diqqət yetirməlidirlər.
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Dünən, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO
Dünən, 11:36
MN: Azərbaycan Ordusu Ermənistanın kvadrokopterini zərərsizləşdirib - FOTO
Dünən, 11:14
Azərbaycan XİN Fransaya cavab verib
Dünən, 10:59
“Atam heç bir xəstəlikdən əziyyət çəkmirdi” - Tural Rəcəbli
Dünən, 10:48
Əsgəran avtomobil yolunun inşasına start verilib
Dünən, 10:40
İlham Əliyev Kayrat Sarıbayı qəbul edib
Dünən, 10:35
Hadı Rəcəblinin müəllimlər, sosial şəbəkələr, gəlinlər haqda dedikləri gündəm olmuşdu...
Dünən, 10:27
Sərhədlərin bağlı saxlanmasında İran nüansı... - AÇIQLAMA
Dünən, 10:06
Azərbaycan QHT-si Narkotiklər üzrə Vyana QHT Komitəsinə üzv qəbul edildi
Dünən, 09:55
Aytən Səfərovanın maşını aşdı, xəstəxanadadır - VİDEO
Dünən, 09:37
Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bəlli olub
Dünən, 09:18
Fransa səfiri Azərbaycandan geri çağırıldı
Dünən, 09:10
Hadı Rəcəbli vəfat edib - YENİLƏNİB - AÇIQLAMA
Dünən, 09:00
KİV: Rusiya sülhməramlıları Azərbaycanı tərk edir: TAM VƏ BİRDƏFƏLİK - VİDEO
16-04-2024, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
16-04-2024, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
16-04-2024, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
16-04-2024, 14:34
Akademik Zərifə Əliyeva
16-04-2024, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
16-04-2024, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”