"Mənim torpaq sahəmdən əl çəksinlər..." - GİLEY
Gundem / Bolge
Oxunub: 2 331
17 avq 2019 | 18:55
"Mənim torpaq sahəmdən əl çəksinlər..." - GİLEY

DSMF-nın Gədəbəy rayon şöbəsinin müdiri Elsun Xudaverdiyev saxta sənədlərlə vətənaşların evlərini ələ keçirir, - bunu Anews.az-a Gədəbəy rayon Saratovka kənd sakini Yazgül Əmiraslanova öz şikayətində bildirib.

Əmiraslanova deyir ki, Saratovka kəndində yaşayan bir rusdan ev və həyətyanı torpaq sahəsi alıb. Həmin evdə himayəsində olan yaşlı anası, epilepsiya xəstəsi olan uşaqı ilə yaşayır. Ailənin ehtiyaclı olmasına baxmayaraq həm vəzifə, həm də pul baxımından geniş imkanı olan ata-oğul Xudaverdiyevlər onun torpağını əlindən almaq istəyir. "Bunlar mənə qədər bir neçə rusun evini və torpağını müxtəlif yollarla ələ keçiriblər. İndi də mənim torpaq sahəmə öz adlarına saxta sənədlər çıxarmaqla sahiblənmək istəyirlər. Lakin həmin torpaq sahəsinə dair mənim hər cür sənədlərim var”, - Əmiraslanova vurğulayır.

Xanımın sözlərinə görə, vətəndaşların evlərini Xudaverdiyevlər saxta sənədlər düzəltmək yolu ilə ələ keçirir.

" Elsun Xudaverdiyev Saratovka kəndində əvvəl icra nümayəndəsi işləyib və o zamanlar düzəltdikləri saxta sənədlərə əsasən iddia edirlər ki, guya 1996-ci ildə Torpaq İslahat Komissiyası Gədəbəydə torpaq bölgüsü aparan zaman həmin ərazini onlara verib. Halbuki, həmin ailə 2002-ci ilə kimi Gəncə şəhərində yaşayıb və orda qeydiyyatda olublar. "Bu məsələ ilə bağlı evlərinə getmişəm. Atası Cahangir Xudaverdiyevdən xahiş edirəm ki, mənim torpaq sahəmdən əl çəksinlər. Əks təqdirdə prezidentə müraciət edəcəm. Cahangir Xudaverdiyev o qədər özünə arxayındır ki, hətta mənimlə söhbətdə prezidenti təhqir edir, məni isə hədələdi”, - deyə xanım əlavə edir.

Məsələ ilə bağlı DSMF-nın Gədəbəy rayon şöbəsinin müdiri Elsun Xudaverdiyev ilə də əlaqə saxladıq. O, deyilənləri təkzib etdi. Atasının prezidenti təhqir etməsini inkar etdi və kənddə xeyriyyə ilə məşğul olduğunu söylədi.

Əmiraslanovanın sözlərinə görə, Elsun Xudaverdiyevin atası prezidenti söyərkən onun səsini yazıb və orada həmin şəxsin dövlət başçısının ünvanına "ptrezident ölsün" deyə fikirlər səsləndirdiyi aydın eşidilir.

Əmək və Əhalinin Sosial Müdfiəsi Nazirliyindən isə bildirdilər ki, məsələ daxili araşdırmadadır və yaxın zamanlarda nəticəsi açıqlanacaq.

Qeyd edək ki, Əmiraslanovanın sözlərinə görə, onda Xüdaverdiyevin atasının ölkə prezidentinə xitabən "prezident ölsün" ifadəsini işlətdiyi audio yazı var. Düşünürük ki, Sosial müdafiə Nazirliyi və o cümlədən hüquq mühafizə orqanları bu faktı araşdıracaqlar. Bu məsələni diqqətdə saxlayacağıq.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO