Yevlax təhsilində həyacan təbili çalınır
Gundem / Bolge
Oxunub: 2 360
9 iy 2015 | 19:25
Yevlax təhsilində həyacan təbili çalınır
















Raqub Mirzəyevlə Qoca Səmədovun qurduğu işbirliyi, yəqin ki, Yevlax təhsilini “ağgünə” çıxaracaq

Təhsillə bağlı problemlər daim diqqətimizi cəlb etdiyindən, həmişə çalışmışıq ki, əmələ gələn problemlərin varlığını ictimailəşdirək və problemlərin əmələ gəlməsinə səbəbkar olan vəzifə sahiblərinin əməllərini də ifşa edək. Düzdür, bu gün təhsilimizin problemləri çoxluq təşkil edir və onların əmələ gəlməsi səbəbləri də, çox zaman əksəriyyətin müzakirə etdiyi məsələlərdən birinə çevrilir. Yevlax təhsili ilə bağlı müzakirələr aparıldıqda isə, tam əksəriyyət belə bir düşüncəyə sahib olur ki, Raqub müəllimin şöbə müdirliyi vəzifəsini daşıması, hələ bundan sonra da Yevlax təhsilinə üzqaraldan əməllər bəxş edəcək. Çünki, əldə etdiyimiz məlumatlara görə o, bu ilin tədris-buraxılış ilində də, Yevlax təhsilini elə bir qaydalarla idarə etdi ki, gəl görəsən. Yəni təhsilin inkişafı, problemlərinin aradan qaldırılması qaldı bir yana, Raqub Mirzəyevlə Qoca Səmədovun qurduğu işbirliyi, şəhər təhsilində mütləqi-hakim oldu.

Ümumiyyətlə, Yevlax təhsilində yaşananları eşitdikcə dəhşətə gəlirik. Məsələn, bu ilin tədris-buraxılış ilində şəhər 10 nömrəti tam orta məktəbdə 3 şagirdin adı dərs cədvəlində getsə də, onlardan heç biri tamamilə məktəb üzü görməyiblər. Həmin şagirdlərdən biri 9-cu sinif, ikisi isə 11-ci sinif şagirdləri olublar. Yenə həmin məktəbin 9-cu sinfində 8-10 nəfər, 11-ci sinfində isə 7-8 nəfər elə şagirdlər olublar ki, onlar məktəbdə olduqca az görünüblər. Aşağı siniflərdə məsələn, 3b, 6b siniflərində də belə bir hallar yaşanıb. Daxil olan məlumatlarda o da bildirilir ki, məktəbdə elə siniflər olub ki, müəllimlər ümumiyyətlə dərs keçməyiblər və bu yolla ayrılan vəsaitlər rəhbərlik tərəfindən “həzmi-rabedən” keçirilib.

Şəhər 5 saylı məktəbdə yaşanan olay da, bu gün müzakirə olunan mövzulardandır. Verilən məlumatda bildirilir ki, hələ bir müddət bundan əvvəl məktəb rəhbərliyi ixtisasca tarix müəlliməsindən əmək haqqının tamamilə ona çatdırılmasını tələb edir. Amma, xanım müəllimə belə bir tələblə razı olmur və uzun-uzadı mübahisədən sonra, o, özünü asmaq zorunda qalır. Şükürlər olsun ki, xanım müəllimənin atdığı addım bilinir və qarşısı da vaxtında alınır. Nəticədə heç bir bədbəxt hadisə baş vermir.

Təhsil ocaqlarından birində çalışan və yaşanan olaylar barədə məlumatları bizimlə bölüşən mənbə bildirir ki, Raqub Mirzəyev şəhər icra hakimiyyətinin başçısı Qoca Səmədovun tapşırığı əsasında, müəllimlərin əmək haqqlarına “qənim” kəsilir və hər məktəb direktoruna konkret “toskı” qoyur. Məsələn, 10 nömrəli məktəbin rəhbərinə 10 000 manat, 7 nömrəli məktəbin rəhbərinə 10 000 manat, 3 nömrəli məktəbin rəhbərinə isə 13 000 manat haqq qoyur. Verilən məlumatda o da bildirilir ki, şöbə müdiri bütün müəllimlərin bir aylıq əmək haqlarını tamamilə əllərindən alır. Şəhər 2 saylı məktəbdə də, bu il müxtəlif adlar adı altında 10 manat, 20 manat pullar yığıldı. 3 nömrəli məktəbdə yaşananlar isə daha faciəlidir. Çünki, məktəbdə direktor vəzifəsini daşıyan Sevda xanım, şəhər icra hakimiyyətinin başçısı Qoca Səmədovun əmisioğlunun həyat yoldaşıdır. Belə bir qohumluq əlaqəsinin nəticəsidir ki, həmin təhsil ocağında yaşananların həddi-hüdudu yoxdur.

Diqqəti cəlb edən olayların çoxu Raqub Mirzəyevin adı ilə bağlı olduğundan, məcburuq ki, bəzi olayların yenidən müzakirəsinə qayıdaq. Məsələn, mənbə onu da bildirir ki, şöbə müdirinin daha çox qazancı, təhsil ocaqlarına avadanlıqlar almaq məqsədilə büdcədən ayrılan vəsaitlərin ələ keçirilməsi zamanı baş verir. Düzdür ayrılan vəsaitlər mənimsənilir, amma təkbaşına yox.

Çünki, ortada Qoca Səmədov faktoru var. Onun şəhərin rəhbəri olduğundan bir sözünün iki olmaması imkan verir ki, təhsillə bağlı ayrılan vəsaitlərin çoxunu da ələ keçirə bilsin. Əslində bu belə də olur və o, daşıdığı vəzifəsinin təsirindən istifadə edərək Raqub Mirzəyevə istədiyi şərti qəbul etdirir. Məlumatlı mənbə bildirir ki, təhsillə bağlı külli miqdarda büdcə vəsaitləri mənimsənildikdən sonra, əslində əsl qara günlər də elə həmin andan başlayır. Elə ki, Təhsil Nazirliyi tərəfindən yoxlamalar aparılır və ayrılan vəsaitlərin təyinatı araşdırılır. Bu zaman təhsilin şefi ilə bərabər, rayon rəhbərliyi də nazirlik əməkdaşlarının müəyyən yollarla “yola” salınmalarına nail ola bilirlər və həmin andan da müəllimlərin banklardan kredit götürmələri gündəliyə çıxarılır. Yəni, bankların rayon şöbələrinə şəhər rəhbərliyi tərəfindən şifahi tapşırıq verilir ki, təhsil ocaqlarında çalışanların kredit pul götürmələrinə imkan daxilində maneə yaradılmasın. Və belə bir tapşırıqdan sonra, məktəb direktorları tabeçiliyində çalışanları vadar edir ki, “gedin kreditə pul götürün”. Düzdür kreditə pul götürülür, amma onu götürən xərcləmir, çatdırılır təhsil şefinə, o da ünvanı üzrə çatdırır. Axı, mənimsənilən və gəlib-gedən yoxlamalara xərclənən vəsaitlərin yeri doldurulmalıdır.

Bax belə bir amillərin nəticəsidir ki, bu gün də Yevlax şəhərinin təhsilində Raqub Mirzəyev Qoca Səmədov “qanunları” mütləqi-hakimdir. Əgər bütün bunlar baş verməsəydi, o halda yəqin ki, təhsil sahəsində çalışan və baş verənlərin xronologiyasını bizə danışan mənbə, belə bir məlumatları bizimlə bölüşməzdi.

Məlik
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"