İcra başçısı İlham Əliyevin saldırdığı parkı məhv edib – Bina tikdirir
Gundem / Dunya / Bolge
Oxunub: 2 425
21 avq 2019 | 21:18
İcra başçısı İlham Əliyevin saldırdığı parkı məhv edib – Bina tikdirir

Nəsimi rayonunda prezident İlham Əliyevin sərəncamı ilə müasir standartlarla yenidən qurulmuş park bərbad vəziyyətdədir.

Rəşid Behbudov prospektində yerləşən parkda aparılmış yenidənqurma və abadlıq işləri zamanı sakinlərin rahat istirahəti üçün zəruri olan bütün işlər görülüb. Yeni fəvvarələr, oturacaqlar, uşaqlar üçün oyun meydançası və s. quraşdırılıb, qazon yenilənib, ümumi mənzərəyə ürəkaçan görkəm verilib. Lakin çox təəssüf ki, park hazırda baxımsız vəziyyətdədir.

Sakinlər tərəfindən Missiya.Az-ın redaksiyasına göndərilmiş fotolardan aydın görünür ki, istirahət ocağının ərazisində bütün hovuzlar susuz qalıb, oturacaqların bəzisi yarasız hala gəlib, ətrafa ağac kötükləri atılıb. Fəvvarələrin demək olar ki, heç biri işləmir, yerə vurulan kafellər isə darmadağın olub.

Görünən odur ki, ərazidə uzun müddətdir təmizlik işləri aparılmır.Parkın ərazisində hündürmərtəbəli bina inşa olunub. Ehtimal olunur ki, parkın bərbad vəziyyətə düşməsində aparılan tikintinin böyük rolu var. Üzücü mənzərədir - dövlət əmlakı göz-görə görə məhv olur. Özü də Nəsimi rayon İcra Hakimiyyətinin gözünün önündə...

Parkın acınacaqlı vəziyyətilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun Təsərrüfat şöbəsinin məsləhətçisi Anar Rəsulov park ərazisindəki bərbad vəziyyətə görə, sakinləri günahlandırdı: "Parkda istirahət edən sakinlər, cavan uşaqlar oturacaqları, fəvvarələrdəki dekor şüşələri, kafelləri və məhəccərləri qırıblar. Biz dəfələrlə ərazidə təmir işi aparmışıq. Nəsimi rayon İcra Hakimiyyəti və Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları hər həftə park ərazisində iməclik keçirir. Ağacların diblərini və parkı təmizləyirik. Mən özüm də iştirak etmişəm. Amma sakinlər parkın ərazisini səliqəli saxlamırlar. Parkda şüşəli fəvvarə var idi. Onu sakinlər özləri qırıb. Daşla qırıblar. Məhəccərləri və oturacaqları sakinlər sındırıblar. Siz deyirsiz ki, oturacaqların qarşısında ağac kötükləri var. Ola bilsin ki, şəkillər köhnədir. Orada elə bir mənzərə yoxdur”.Anar Rəsulov park ərazisində hər hansı binanın tikilmədiyini də deyib: "Hazırda park ərazisində tikinti getmir. Mənim orada bina tikildiyindən xəbərim yoxdur. Ola bilsin ki, şəkillər köhnədir. Parkın içində elə bir tikintinin getdiyindən xəbərim yoxdur”.

Qeyd: Nəsimi rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin məsləhətçisi Anar Rəsulov köhnə olduğunu iddia etdiyi şəkillər avqustun 16-da çəkilib. Sadəcə Nəsimi rayon İcra Hakimiyyətindən zənglərimizə cavab verilmədiyi üçün yazını bu gün dərc etmək məcburiyyətində qaldıq.

Şəkillərə baxıb özününüz qərar verin. Hər həftə iməclik işləri aparılan parkda belə bir biabırçı vəziyyət hökm sürərmi?İcra başçısı İlham Əliyevin saldırdığı parkı məhv edib – Bina tikdirirİcra başçısı İlham Əliyevin saldırdığı parkı məhv edib – Bina tikdirirİcra başçısı İlham Əliyevin saldırdığı parkı məhv edib – Bina tikdirirİcra başçısı İlham Əliyevin saldırdığı parkı məhv edib – Bina tikdirirİcra başçısı İlham Əliyevin saldırdığı parkı məhv edib – Bina tikdirirİcra başçısı İlham Əliyevin saldırdığı parkı məhv edib – Bina tikdirirİcra başçısı İlham Əliyevin saldırdığı parkı məhv edib – Bina tikdirir
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...