Məcburi köçkün tüstüdən boğulmaqdansa, Ermənistan tərəfə keçmək barədə düşünür - AQTA və ETSN-nin regional idarələrinin məmurlarından şikayət
Gundem / Sosial / Dunya
Oxunub: 1 516
2 okt 2019 | 15:09
Məcburi köçkün tüstüdən boğulmaqdansa, Ermənistan tərəfə keçmək barədə düşünür  - AQTA və ETSN-nin regional idarələrinin məmurlarından şikayət


Ağdam rayonundan olan məcburi köçkün, Bərdə rayonunun Qaradağlı kəndində yaşayan Əliyeva Rahilə Təmir qızı redaksiyamıza müraciət edərək bildirmişdir ki, 2 övladından, 8 nəvəsindən ibarət böyük ailəsinin dolanışığını təmin etmək üçün həyətində təndir sexi açıb işlədirmiş. Lakin, səhhətində problem yaranandan - bronxial astma xəstəliyi üzə çıxandan sonra tüstülü şəraitdə işləyə bilmədiyi üçün sexin fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Maddi vəziyyətləri ağırlaşdığı üçün həmin torpağın yarı hissəsini vəzifəli şəxs olan Əli müəllimə satıb.

Rahilə Əliyeva yazır ki, torpağı satdığı vaxt hərbi qulluqda olan oğlu ilə bir yerdə yaşayırmış deyə ilk əvvəl Əli müəllimin ondan aldığı sahədən hansı məqsədlə istifadə edəcəyini bilməyib. Lakin oğlunun yanından Qaradağlıya qayıdandan sonra görüb ki, torpağın yeni sahibi köhnə təndir sexinin qapısını sındırıb sökərək yerində yenisini, daha iri həcmlisini inşa edib. Halbuki, torpağı alanda Rahiləyə sexi sökməyi, üstündən çıxan materialları aparmağı məsləhət görübmüş. Təzə sexin tüstüsündən narahat olan Rahilə Əliyeva tüstüdən evin içində otura bilmədiyini Əli müəllimə desə də, fayda verməyib. Məcbur olub rayon rəhbərliyinə, prokurorluğa və başqa aidiyyati qurumlara şikayət etsə də, nəticəsi olmayıb: "Əli müəllim mənə dedi ki, sən mənə neyləyə bilərsən? Rayon prokuroru da, digərləri də hamısı mənim adamımdı, nazirlikdə oturan da qohumumdu. Gördüm ki, doğrudan da düz deyirmiş - çünki mənim şikayətimə heç kim baxmadı. İndi mən neyləyim - uşaqlarımla birgə Ermənistana keçim? Əli mənə deyir ki, oğlunun maşınına nəşə qoyduraram, kürəkənini də tutduraram. Ona kim bu səlahiyyətləri verib - bilmirəm".

Şikayətçi onu da qeyd etmişdir ki, bacısı və onun həyat yoldaşı Qarabağ savaşı zamanı həlak olandan sonra onların yetim qalan qızını da məhkəmə yolu ilə ona qəyyumluğa veriblər və qızın taleyi Beynəlxalq Qızıl Aypara Cəmiyyətinin də diqqət mərkəzindədir.

Müraciət müəllifi ərizəsinə əlavə olaraq sexlərin görüntüsünü, ətrafında yaranan zibilliyi əks etdirən video-foto materialları da redaksiyaya təqdim etmişdir. Həmin görüntülər sözügedən çörək istehsalı sexlərində qida təhlükəsizliyi üzrə mövcud normativ hüquqi aktların, sanitar-gigiyena tələblərinin təmin edildiyinə, istehsal olunan çörək nümunələrinin normativ texniki sənədlərin tələblərinə cavab verdiyinə şübhə doğurur. Şikayətçi həmçinin bildirmişdir ki, sexə işə cəlb olunan adamlarla əmək müqaviləsi bağlanmır, sexlərin gəlirləri vergidən gizlədilir.

Lakin, bu məsələ ilə bağlı ən ilginc məqam ondan ibarətdir ki, təkcə Rahilə Əliyevanın ailəsinə deyil, ümumiyyətlə, ətraf mühitə ziyan vuran sexlərin sahibi Əli müəllim Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bərdə Regional Mərkəzinin yüksək vəzifəli əməkdaşıdır.

Belə-belə işlər!..

P.S. Ərizə üzrə araşdırma aparan əməkdaşımız ETSN 9 saylı Regional Ekologiya İdarəsinin rəisi Mübariz Hacıyevlə əlaqə saxlayıb, məsələ ilə bağlı idarə rəisini məlumatlandırıb. M.Hacıyev problemlə məşğul olacağını, hətta bizimlə birgə yerində baxış keçirilməsi üçün reyd təşkil edəcəyini söz versə də, hələ ki İdarə tərəfindən heç bir tədbir görülməyib.

Ümumiyyətlə, M.Hacıyev Tərtər çayının və Qarabağ kanalının üzərində çoxsaylı karxanaların və balıq vətəgələrinin, habelə su mühafizə zonasında fəaliyyəti qadağan olunan digər profilli qanunsuz sahibkarlıq obyektlərinin işləməsinə rəvac vermişdir. Bu barədə KİV-də, eləcə də "Azerinfo.az" saytında tənqidi məqalələr getsə də, 9 saylı Regional Ekologiya İdarəsinin rəisinə "gözün üstə qaşın var" deyən yoxdur.

İbrahim Hümbətov
Məcburi köçkün tüstüdən boğulmaqdansa, Ermənistan tərəfə keçmək barədə düşünür  - AQTA və ETSN-nin regional idarələrinin məmurlarından şikayət
Məcburi köçkün tüstüdən boğulmaqdansa, Ermənistan tərəfə keçmək barədə düşünür  - AQTA və ETSN-nin regional idarələrinin məmurlarından şikayət
Məcburi köçkün tüstüdən boğulmaqdansa, Ermənistan tərəfə keçmək barədə düşünür  - AQTA və ETSN-nin regional idarələrinin məmurlarından şikayət
Məcburi köçkün tüstüdən boğulmaqdansa, Ermənistan tərəfə keçmək barədə düşünür  - AQTA və ETSN-nin regional idarələrinin məmurlarından şikayət
Məcburi köçkün tüstüdən boğulmaqdansa, Ermənistan tərəfə keçmək barədə düşünür  - AQTA və ETSN-nin regional idarələrinin məmurlarından şikayət
Məcburi köçkün tüstüdən boğulmaqdansa, Ermənistan tərəfə keçmək barədə düşünür  - AQTA və ETSN-nin regional idarələrinin məmurlarından şikayət
Məcburi köçkün tüstüdən boğulmaqdansa, Ermənistan tərəfə keçmək barədə düşünür  - AQTA və ETSN-nin regional idarələrinin məmurlarından şikayət
Məcburi köçkün tüstüdən boğulmaqdansa, Ermənistan tərəfə keçmək barədə düşünür  - AQTA və ETSN-nin regional idarələrinin məmurlarından şikayət
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR
Dünən, 13:24
Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq
Dünən, 12:23
Astana İrəvanla Bakıya dəstək verməyə hazırdır - Tokayev
Dünən, 12:19
Təhlükə var: Çölə çıxmayın! - İki gün boyunca…
Dünən, 12:06
İsrail İranın hücumuna tezliklə cavab verəcək - WSJ
Dünən, 12:01
İrəvan və Astana qardaşlaşmış şəhərlər oldu
Dünən, 11:12
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək - RƏSMİ
Dünən, 11:08
Dollar bahalaşır - SƏBƏB
Dünən, 10:56
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anım günüdür
Dünən, 10:38
May ayında 10 gün iş olmayacaq
Dünən, 10:31
Azərbaycanlı aparıcı həmcinsi ilə nişanlandı - FOTO
Dünən, 10:28
Türkiyədə bələdiyyə sədri həbs olundu - FOTO
Dünən, 10:00
Zelenskidən çoxmənalı paylaşım: Dünyada istənilən raketləri dayandırmaq üçün...
Dünən, 09:43
İranın hücumundan sonra neft qiymətləri düşür
Dünən, 09:39
Azərbaycanda zəlzələ olub
Dünən, 09:35
“Danışılmış savaş” iddiası – Aradakı sekundantların Vaşinqton və Ankara olduğu deyilir
Dünən, 09:19
ABŞ Rusiya və Çinin ortaq qatılacağı savaşdan çəkinir: Ağ Ev Yaxın Şərqdə yeni "qırmızı cizgiləri" təyin etdi
Dünən, 09:00
Hərbi müxbir İran-ABŞ razılaşması barədə: “Üçüncü dünya müharibəsi ləğv edilir”
13-04-2024, 11:44
Narkotiklə tutulan şəxs axund imiş - Foto
13-04-2024, 11:39
İrana casusluqda ittiham edilən şəxslər saxlanıldı