17-10-2019, 14:42 Oxunub: 310

Kabinetini cadu etdirən keçmiş “Azərişıq” sədrinin daha bir “sirli” əməli - Fotofakt, Video

Kabinetini cadu etdirən keçmiş “Azərişıq” sədrinin daha bir “sirli” əməli - Fotofakt, Video

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti ilə ” Qlobal-Elektro” MMC (VÖEN 4501694961) arasında 18 milyon 774 min 346,93 manatlıq müqavilə imzalanıb...

”Qlobal-Elektro” MMC "Azərişıq” ASC-nin elan etdiyi tenderin qalibi olub.

Məlumat üçün bildirək ki, bu şirkət mütəmadi olaraq ” Azərişıq” ASC-nin elan etdiyi tender müsabiqəsinin qalibi olur. Şirkət ilk dəfə 2018-ci ilin 18 iyul tarixinində ”Azərişıq” ASC ilə 48 min manatlıq müqavilə imzalayıb.

Bu müqavilədə diqqət çəkən məqam odur ki, şirkət müqavilənin imzaladığı tarixdən cəmi 49 gün əvvəl dövlət qeydiyyatına alınıb. Müsabiqə elanının ayın əvvəlində açıqlandığını nəzərə alsaq, bu o deməkdir ki, ”Azərişıq” cəmi bir ay əvvəl yaradılan şirkəti qalib elan edib. Maraqlıdır ki, cəmi bir həftə sonra ”Azərişıq” ”Qlobal-Elektro” ilə daha bir müqavilə imzalayıb. 24 iyul 2018-ci il tarixində imzalanan müqavilənin dəyəri 839 min 575 manat olub.

Qeyd olunan tarixlərdə ”Azərişıq” daha bir şirkətlə ”Elektrik Təchizat” MMC (VÖEN 4501694831) 2 müqavilə imzalayıb. 18 iyul 2018-ci il tarixində imzalanan müqavilənin dəyəri 933,2 min manat, 25 iyul 2018-ci il tarixində imzalanan müqavilətin dəyəri isə 42 min manat olub. İlk baxışdan iki fərqli şirkət kimi görünsələr də, əslində ”Qlobal-Elektro" və ” Elektrik Təchizat" şirkətləri arasındakı yeganə fərq onların adında olub. Hər iki şirkət 30 may 2018-ci il tarixində qeydiyyata alınıb. Hər iki şirkətin hüquqi ünvanı (Quba rayonu 2-ci Nügədi), nizamnamə kapitalı (10 manat) və qanuni təmsilçisi (Nazim Quliyev Qəfər oğlu) eyni olub.

Qeyd edək ki, tender elanlarında yer alan əsas tələblər arasında şirkətlərin analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqında məlumatlar yer alır. Lakin, aydın məsələdir ki, cəmi bir ay əvvəl yaranan şirkətin nə analoji işlərdə təcrübəsi ola bilər, nə də potensial texniki və kadr imkanları ola bilər.

”Qlobal-Elektro” və ”Elektrik Təchizat” şirkətləri qeydiyyata alındıqları tarixdən bugünə kimi, yəni təxminən il yarım ərzində ”Azərişıq"ın tender müsabiqələrindən 23 milyon 379 min 149 manat vəsait alıblar.

Çox qəribədir ki, cəmi il yarım ərzində 23,4 milyon manatlıq tender udan bu şirkətlər barədə açıq internet resurslarda heç bir məlumat yoxdur. Şirkətlərin rəsmi veb-səhifəsi, əlaqə vasitələri mövcud deyil. Hətta sosial şəbəkələrdə belə hesabları yoxdur. Üstəlik həm ”Qlobal-Elektro”, həm də ”Elektrik Təchizat" yalnız ”Azərişıq”ın keçirdiyi tenderlərin qalibi olublar.

Onu da qeyd edək ki, ötən ay sosial şəbəkələrədə ”Azərişıq” ASC-nin sabiq sədri Baba Rzayevin kabinetində ”cadu” ritualının həyata keçirilməsinin əks olunduğu video yayılıb. Belə görünür ki, sədrinin iş otağında ”cadu” ritualı həyata keçirilən idarə də ”Qlobal-Elektro” və ”Elektrik Təchizat” kimi ”sirli” şirkətlərə 22,4 milyon manat ayrır.

Kabinetini cadu etdirən keçmiş “Azərişıq” sədrinin daha bir “sirli” əməli - Fotofakt, Video
Onu da xatırladaq ki, yeni yaranan, təcrübəsi olmayan, ya da bir ünvanda eyni şəxsin adına qeydiyyata olan şirkətlərin dövlət qurumlarının elan etdiyi tenderlərdə, ya da kotirovka sorğularında qalib olması dəfələrlə qeydə alınıb.

Azərbaycan Memarlıq və İnşaaat Universiteti iki özəl şirkətlə - ”Sirus-LTD” MMC və ”Star-179" MMC ilə müqavilə bağlayıb. Müqavilələrin ümumi dəyəri 44 min 942 manat təşkil edir. Universitet ”Yumuşaq invertalın alınması” üçün ”Star-179” MMC-yə 29 min 942 manat, "Digər alış və xidmətlər” üçün ”Sirus-LTD” MMC-yə 15 min manat ödəyəcək.

Məsələnin maraqlı və qəribə tərəfi odur ki, hər iki şirkət cəmi 3 ay əvvəl - 22-23 iyul 2019-cu il tarixlərində dövlət qeydiyyatına alınıblar. Hər iki şirkətin hüquqi ünvanı - Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, ev 56, m 105/35 göstərilib. Bunlar azmış kimi hər iki şirkətin qanuni təmsilçisi eyni ad və soyadı daşıyırlar - Aslanov Azər Rafiq oğlu.

Ötən həftə ”Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) "Televiziya avadanlıqlarının satın alınması və quraşdırılması" ilə bağlı elan etdiyi açıq tenderin qalibi "System House Business Partners” MMC olub. AzTV tenderin qalibi olan şirkətə 1 milyon 980 min manat ödəyəcək. AzTV-nin elan etdiyi tenderin qalibi olan ”System House Business Partners” MMC cəmi 2 ay əvvəl - avqust ayının 15-də dövlət qeydiyyatına alınıb. ”System House Business Partners” MMC ilə bağlı marqalı məqamlardan biri odur ki, bu şirkət AzTV-nin elan etdiyi tenderdə sənəd qəbulunun başa çatmasına 14 gün qalmış dövlət qeydiyyatına alınıb. Bu həm də o deməkdir ki, AzTV "Televiziya avadanlıqlarının satın alınması və quraşdırılması” ilə bağlı açıq tender elan etdiyi zaman Azərbaycanda ”System House Business Partners” MMC adlı şirkət mövcud olmayıb. Şirkət AzTV-nin məlum tenderindən sonra yaradılıb.

Bundan başqa ötən həftə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun kotirovka sorğusunun qalibi olan və ümumilikdə 20 min 877 manat vəsait ayrılan ”Sunqalı” MMC, ”Copy” MMC və ”Langa-LTD” MMC adlı özəl şirkətlərin hər 3-ü cəmi bir-neçə ay əvvəl dövlət qeydiyyatına alınıb.

Bənzər vəziyyət Səhiyyə Nazirliyinin Respublika Cüzəm (Leproz) Xəstəxanası tərəfindən bağlanan müqavilələrdə də qeydə alınıb. Sentyabr ayının ikinci yarısında, yəni son 15-20 gün ərzində Səhiyyə Nazirliyinin Respublika Cüzəm (Leproz) Xəstəxanası tərəfindən elan edilən kotirovka sorğusunun 3 qalibi olub. Respublika Cüzəm (Leproz) Xəstəxanası tərəfindən keçirilən sorğunun qalibi olan ”Brett-Gruop” MMC, ”Azola.az” MMC və ”Valmart-MK” MMC-yə 5 kotirovka sorğusu üzrə ümumilikdə 81 min 601,8 manat vəsait ödəniləcək. Bu şirkətlər də cəmi bir-neçə ay əvvəl qeydiyyata alınıb.(Yeniavaz.com)
“Azərişıq”dan küləklə bağlı — XƏBƏRDARLIQ “Azərişıq”dan küləklə bağlı — XƏBƏRDARLIQ Sosial “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb Hadise “Azərişıq”da kadr dəyişikliyi – RƏSMİ “Azərişıq”da kadr dəyişikliyi – RƏSMİ Siyaset "“Azərişıq” məsələyə qarışsa da..." - GİLEY Bolge “Azərişıq” dan Bakıda işıqların kəsilməsi ilə bağlı açıqlama “Azərişıq” dan Bakıda işıqların kəsilməsi ilə bağlı açıqlama Sosial