DƏLƏDUZLUQ İŞİNDƏ VASİTƏÇİNİ HƏTTA HEÇ ŞAHİD KİMİ DƏ DİNDİRMƏYİBLƏR
Gundem / Sosial / Dunya
Oxunub: 1 683
28 okt 2019 | 11:07
DƏLƏDUZLUQ İŞİNDƏ VASİTƏÇİNİ HƏTTA HEÇ ŞAHİD KİMİ DƏ DİNDİRMƏYİBLƏR


Oktyabrın ilk günlərində yerli saytlar xarici mediaya istinadən xəbər yaydılar ki, Hollandiyanın Lahey şəhərində bir nəfər oğurluq şübhəsi ilə polis tərəfindən saxlanılıb. Polis şübhəlini saxlarkən, həmin şəxsin çiynində oturan tutuquşunu da “şahid” qismində bölməyə aparıb. Polis Utrext şəhərində etdiyi oğurluqla bağlı saxlanılan şəxsin tutuquşusunu şüşə ilə əhatələnmiş nəzarət məntəqəsində saxlayıb, quşa yemək verib. Lahey polis mərkəzi tutuquşunun fotosunu sosial şəbəkə hesabında paylaşıb. Məlumata görə, bir neçə saat sonra tutuquşu sahibi ilə birgə sərbəst buraxılıb.

Bizdə isə hüquq-mühafizə, cinayət təqibi, məhkəmə orqanlarına lazım olmadıqda, vasitəçini belə şahid qismində işə cəlb etmirlər.

Şəki penitensiar müəssisəsində cəza çəkən məhkum Kərimov Ramiz Ərrəhman oğlu saytımızın redaksiyasına müraciət ünvanlayaraq, Samux rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri Rəfail Əsədovun qanunsuz əməlləri barədə məlumat vermiş, qarşılaşdığı problemi ictimailəşdirməyimizi, aidiyyati qurumlara çatdırmağımızı xahiş etmişdir.

Bildirir ki, həkim Əsədov sələmçiliklə məşğuldur: "Samux rayon Qarayeri qəsəbə xəstəxanasının həkimi Azər Bağırova Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi təyin olunması üçün ondan qızıl zinət əşyalarını girov götürərək, 10000 ABŞ dolları və 8000 manat sələm vermişdir.

Ramiz Kərimov qeyd edir: "İddiaçı Azər Bağırov ibtidai istintaq və məhkəmə iclasında da öz ərizəsində bildirib ki, onu mənimlə həkim Rəfail Əsədov tanış edib. İddiasında yazır ki, Rəfail Əsədov bir gün məni onun iş otağına gətirərək bildirib ki, Ramiz mənim 15 illik dostumdur, Ramizin geniş imkanları, etibarlı dostları var. Səni Gəncə şəhər TTYX-na baş həkim vəzifəsinə düzəldə bilər. Amma mən əvvəlcə Ramizə inanmadım, amma sonra həkim yoldaşım Rəfail Əsədova inanaraq TTYX-na baş həkim düzəlməyim üçün Ramizə 16000 manat pul verdim. Göründüyü kimi, iddiaçı Azər Bağırov da bu faktı təsdiq edir ki, bizi məhz Rəfail Əsədov tanış edib və o pulu Rəfailə inanaraq mənə verib. Bu hal Rəfailin vasitəçi rolunu tam təsdiq edir. Lakin iş materialllarından da göründüyü kimi, bu barədə Rəfail Əsədovun ifadəsi alınmayıb. Nə də o, bu cinayət işinə cəlb olunmayıb. Bu da onu deməyə əsas verir ki, Rəfail Əsədov istintaq orqanının və məhkəmənin "bığının altından" keçərək əyri yollarla "çulunu sudan çıxarmağı" bacarıb. Məhz bu səbəbdən də Rəfail Əsədov cinayət məsuliyyətinə cəlb olunmayıb. Halbuki, iddiaçı Azər Bağırovun işə düzəlmək üçün Rəfail Əsədova qızıl zinət əşyasını verərək ondan yuxarıda qeyd etdiyim məbləği almışdır və həmin pulu da mənim ona olan borcuma hesablamışdır. Əlbəttə ki, bu, çox böyük haqsızlıqdır. Odur ki, bir daha sizdən xahiş edirəm, ərizəmdə göstərdiyim halları nəzərə alıb Rəfail Əsədovun bu və digər qanunsuz əməllərini ifşa edərək Səhiyyə Nazirliyinə və Baş prokurorluğa təqdim edəsiniz".

Nədənsə, bizə də belə yəqin hasil olur ki, doktor Rəfail Əsədov şahid qismində dindirilərsə, bir çox başqa mətləblər üzə çıxar. Onun özünün də məsələə münasibət bildirmək haqqını tanıyırıq.
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb