Mehriban Əliyeva 650 min ağac əkilməsinə start verib, Qubada isə əksinə- AĞAC SOYQIRIMI GEDİR
Gundem / Dunya / Bolge
Oxunub: 4 272
3 noy 2019 | 22:56
Mehriban Əliyeva 650 min ağac əkilməsinə start verib, Qubada isə əksinə- AĞAC SOYQIRIMI GEDİR

Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşovun şimal bölgəsi üzrə "MEŞƏ SOYQIRIMI"

ABŞ cəmiyyəti iqlim dəyişikliyinin nəticələri ilə mübarizə üsullarının müzakirəsini davam etdirdiyi bir vaxtda Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva məsələni siyasiləşdirmədən karbon qazı tullantıları ilə mübarizədə qlobal modelə çevrilə biləcək taktikanı – ağacların əkilməsini sakit şəkildə həyata keçirir.

Bu barədə "Caspian Group Holdings"in direktoru Rob Sübhani "The Washington Times"da dərc edilən məqaləsində yazır:

Mehriban Əliyeva 650 min ağac əkilməsinə start verib, Qubada isə əksinə- AĞAC SOYQIRIMI GEDİR

“Mehriban Əliyevanın səyləri sayəsində hazırda Azərbaycanda kütləvi şəkildə ağaclar əkilir. Uzaqgörən Birinci xanım bütün dünyaya göstərir ki, məsələni qlobal problemə çevirmədən iqlim dəyişikliyinə necə qalib gəlmək, karbon qazının təhlükəli tullantıları ilə necə mübarizə aparmaq olar. Ağaclar böyüyəndə karbon qazını uzaqlaşdıraraq iqlim dəyişikliyini dayandırmağa kömək edir, bitkilər karbonu udaraq, atmosferə oksigen buraxır.”

Nazirin bu kadrlardan xəbəri varmı?

Azerinfo.az bildirir ki, Mehriban Əliyevanın ekologiyaya olan münasibəti həm xaricdə həm ölkə daxilində rəğbətlə qarşılanır.

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkiləcək.

Heydər Əliyev Fondundan və Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, böyük şairin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan bu təşəbbüsə respublikamızın bütün bölgələrində geniş ictimaiyyət nümayəndələri, həmçinin dövlət və hökumət qurumlarının, diplomatik korpusun, icra hakimiyyətləri orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və könüllü gənclər qoşulacaqlar.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin bir neçə gün öncə YAP İcra Katibliyində keçirdiyi mətbuat konfransında bu mövzuya toxunuldu və təqdir edildi.

Biz cənab nazirin səmimiliyinə qətiyyən şübhə etmirik. Hesab edirik ki, o təyin olunandan xeyli iş görülüb.

Lakin kimlərinsə şəxsi işləri baradə cənab nazirə səhv məlumat verilib. Hansı ki, o şəxslər ağac söyqırımlarında suçludurlar, adları korrupsiya və rüşvətdə hallanıb. Muxtar Babayevin işçisi adı daşımağa qətiyyən yaramırlar.

Söhbət bu gün nazirlikdə Meşələrin İnkişafı Departamentinin direktoru vəzifəsini daşıyan Ağaqardaş Qaraşovdan gedir. Bu adam ancaq ağac qırır, əkməklə arası yoxdur. Bu günki siyasətə uyğun olmayan şəxs nazirlikdə nə gəzir?

İşdən qovulanı yenidən vəzifəyə kim qoydurdu?

Kimdir Ağaqardaş Qaraşov. 1989-cu ildən 1993-cü ilədək Masallı Meşə İdarəsində sahə rəisi olub. Sahə rəisi olarkən ərazisində, Qəriblər meşəbəyliyində çətənə kolları aşkarlanıb hətta.

1993-cü ildən 2008-ci ilədək Masallı Meşə İdarəsinin direktoru olub . Elə o vaxtdan Vüqar Sultanovu (Hazırda Quba Regional Meşə Təsərrüfati Mərkəzinin direktorudur) yanından ayırmayıb

Bu həmin Qaraşovdur ki, Masallı Meşə İdarəsinə direktor keçəndən sonra cənub zonasında yaşıl soyqırım başlamışdı.

Bir müddət sonra onu yeni yaradılan “ Azəryaşıllanşaf” ASC-yə sədr qoyublar. Yenə Sultanovu yanına işə götürdü.

Bu həmin şəxslərdir ki, 2014-cü ildə sabiq nazir Hüseynqulu Bağırov Aeroport yolunda min əziyyətlə əkilmiş ağacların qurumasına görə hər ikisini tutduğu vəzifədən azad etmişdi.

Ancaq nazirlikdə dəyişiklik olandan sonra, Muxtar Babayevin bilgisizliyindən istifadə edən onun birinci müavini Firdovsi Əliyev yerlisi Qaraşovu yenə görəvə aldı. İndi gəlin Qaraşovun vəzifədən sui-istidadə edərək malik olduğu obyektlərə baxaq.

Belə ki, bu şəxsin Masallı rayonunda qudası ilə şərik olduğu mebel sexi, şəxsən özünə məxsus olan “Hədiyyələr dükanı”, MRX-nın yaxınlığında ikimərtəbəli mağazası, Masallı-Yardımlı yolunun üst hissəsində, daha dəqiq desək “Əli körpüsü”nə çatmamış “Piknik” çay evi və Abşeron rayonunun Ceyranbatan qəsəbəsində “Masal mebel”i, “moyka”sı, “proflaktura”sı və s. kimi obyektləri var. Məsələnin düşündürücü tərəfi odur ki, Ağaqardaş Qaraşov Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Meşələrin İnkişafı Departamentinin direktoru vəzifəsini daşımasına baxmayaraq, bu gün təkcə Masallı rayonunun Binəxocavar və Xocavar kəndlərində 120-yə yaxın taxta sexlərinin fəaliyyət göstərdiyi bildirilir. Gündəlik Yardımlı meşələrindən onlarla maşın Cəlilabaddakı taxta sexlərinə kəsilmiş odun parçaları daşıyırlar. Yardımlı rayonunun Honuba kəndinin ətraf ərazilərindəki meşə zolaqlarından isə,

Masallı rayonunun müxtəlif ərazilərində fəaliyyət göstərən taxta sexlərinə gündəlik kəsilmiş ağac materialları daşınmaqdadır. Cəlilabad rayonunun Fətullahqışlaq, Oğrubulaq və Axtaxana kəndlərində kömür ocaqlarının fəaliyyət göstərmələri, birbaşa cənub bölgəsindəki meşə zolaqlarının məhvi ilə nəticələnir. Cəlilabad rayonunun Adaş və Vənlik kəndlərinə məxsus bazarlarda, meşə zolaqlarından kəsilmiş müxtəlif ölçüdə odun parçalarının açıq şəkildə alqı-satqısının həyata heçirilməsi, məhz Ağaqardaş Qaraşovun üzərinə düşən vəzifəsini hansı formada yerinə yetirdiyini sübut etməyə əsas verir.

Məhv olan Quba meşələri...

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Meşələrin inkişafı departamentinin direktoru keçən kimi Qaraşov dostu Sultanovu Quba Regional Meşə Təsərrüfati Mərkəzinin direktoru təyin etdirə bildi.

Və bu andan etibarən Quba meşələrinin amansızcasına qırılmasına start verildi.

Hazırda təkcə Quba rayonunda 20-yədək yeşik sexi fəaliyyət göstərir. O cümlədən parket sexləri də var.

Mənbəmizin rayondan verdiyi məlumatlarda hansı ərazilərdə daha çox ağac kəsintilərinin olması göstərilir.

Beləliklə:

Alpan meşəbəyliyində- Alpan 1 və Qusar 24 dolaylarında. Meşəbəyi Şahlar Əkbərovdur.

Rustov meşəbəyliyi – 2, 3 və 6 saylı dolaylar.

Qeyd edək ki, Rustov meşəbəyisi Namiq Məhərrəmov ağ etdiyinə, meşələri limitsiz qırdığına görə bu yaxınlarda qovulub.

Vəlvələ meşəbəyliyi-1,2 və 9 saylı dolaylar. Meşəbəyi Hüseyn Pəhləvanoğludur.

Dolaylarda ad çıxaran meşə “qatilləri” bunlardır- Rustov 2 saylıda Azad Dadaşov, 6 saylıda Teyyub Məmmədov. Alpan meşəbəyliyində Aydan Əkbərov, Vəlvələ 1 saylı dolayda Səxavət, Vəlvələ 9 saylıda Elxan Yunisov, 2 saylıda Tərlan Zeynalov.

Vüqar Sultanov öz doğma qardaşı Emil Sultanovu da işə götürüb. Həm idarənin QAZ-53 markalı, 01 AD 512 dövlət nömrə nişanlı maşınında “xaltura” edir, həm də yeşik şexlərindən birinə başçılıq edir.

Bundan əlavə 2-ci Nügədi kəndində Ramin adlı şəxsin, Tüləkaranda Daşqın adlı şəxsin, Türlər kəndində Yaşarın sexi ən iri sexlərdən sayılır.

Qubanın yaşıllıqları, bax bu sexlərdə vəhşicəsinə doğranaraq taxta yeşiklərə çevrilir.

Əcaba taxta yeşiklərə nə ehtiyac bu zamanda? Axı bütün dunya istifadə müddəti daha uzun olan plastik yeşik istehsalına keçib. Bizim meşələrimiz doğranaraq niyə yeşiyə çevrilməlidir axı?

Turizmə dəyən zərbə

Görünən odur ki, şimal regionunda vəziyyət ürəkaçan deyil. Əlaqədar təşkilatlar, o cümlədən 5 saylı Regional Ekologiya İdarəsi Quba Regional Meşə Təsərrüfati Mərkəzində baş verən qanunsuzluqlardan xəbərdardır.

Bilirlər ki, məsələn, yeşik sexinə bir maşın odun üçün sənəd verilir. Ancaq həmin sənədlə 20 maşın odun daşınır.

Üstəlik 5 saylı Regional Ekologiya İdarəsi özü də korrupsiya girdabındadır. Rəisləri Vaqif Cavadov kimi.

Meşə ərazilərində açılan turist obyektlərinə açılması üçün xeyli pul istənilir, üstəlik bir il sonra müqavilə yenilənəndə daha böyük rüşvət tələb olunur. Bu səbəbdən turist məkanları qiymətləri qaldırmağa, xərclərini qarşılamağa məcbur olurlar.

Fikir verin- həm meşələr qırılır, həm turistik obyektlərə basqı nəticəsində qiymətlər qalxır. Bunun adı sabotajdır. İqtisadi sabotaj.

Hələ çayların məcrasını qazıyıb ekoloji fəlakət yaradan daş-çınqıl sexlərində baş verənləri demirik. Bunlar daha dərin mövzudur və ona qayıdacağıq.

Qeyd edək ki, ötən il cənab nazirin qəbulunda olarkən,şəxsən Muxtar Babayevin tapşırığına əsasən bizim informasiyalarımızı dərhal araşdırmaq göstərişi verilmişdi. Nazirlikdə Rəfael və Sabit müəllimin telefon nömrələri verilmişdi ki, məlumat olan kimi deyilsin. İndi həmin nömrələrə məlumat deyilsə də nazirə çatmır.

P.S. Gələn sayımızda:

1. Ağaqardaş Qaraşovun yanında işləmiş meşə gözətçilərinin ailəvi istirahət mərkəzləri və diğər obyektləri.

2. Vaxtilə işdən çıxarılmış, hazırda Şabran Quba Regional Meşə Təsərrüfati Mərkəzinin direktoru keçən Bəybala bəyə hansı əməllərinə görə etimad göstərilib?

Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...