“İşğal altında olan 7 rayon azad ediləcək”
Gundem
Oxunub: 1 364
2 sen 2015 | 10:33
“İşğal altında olan 7 rayon azad ediləcək”

















Mübariz Əhmədoğlu Sergey Lavrovun səfərini Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə münasibətdə mövqeyinin dəyişməsi baxımından müsbət qiymətləndirir

Rusiya xarici işlər naziri Sergey Lavrov sentyabrın 1-də Azərbaycana işgüzar səfər edib. Səfər zamanı Azərbaycan və Rusiya arasında münasibətlərin ikitərəfli və çoxtərəfli formatının müxtəlif aspektləri, Ermənistan-Azərbaycan münaqişəsinin həlli, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın danışıqlar prosesində rolu ətrafında müzakirələr aparılması nəzərdə tutulub.
“Kaspi” qəzeti S.Lavrovun səfərinin məqsədləri barədə politoloq Mübariz Əhmədoğlunun fikirlərini öyrənib.
M.Əhmədoğlu Rusiya xarici işlər nazirinin səfərini yüksək qiymətləndirdiyini bildirib: “Lavrovun səfəri ərəfəsində iki mühüm hadisə baş verib. Birincisi, Abbas Abbasov “AzerRos” diaspor təşkilatından tamamilə istefa verdi. Bu haqda əvvəlcədən mətbuatda xəbər verilsə də Abbas Abbasov yalnız Lavrovun səfərindən bir gün öncə istefa verdiyini bildirdi. “AzerRos” Rusiyada fəaliyyət göstərən və Kremlin nəzarətində olan bir qurumdur. Bu qərar Rusiya hökumətinin göstərişi ilə verilib. İkincisi isə German Sterliqov Moskvada saxlanılıb. Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları Moskvaya gedərək onu dindirəcəklər. Bununla da Rusiya öz vətəndaşını Azərbaycana təslim edir. Bu iki hadisə Rusiya dövlət başçısı Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevə olan münasibətinin göstərir”.
Politoloq S.Lavrovun Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə İranla “altılıq” ölkələri arasında əldə olunan razılaşma başda olmaqla bir çox məsələləri müzakirə edəcəyini qeyd edib: “İranın nüvə proqramı barəsində razılıq əldə olunandan sonra Tehranın bölgədə nüfuzu daha da artıb. “Altılıq” ölkələri ilə İran arasında razılıq əldə olunandan bir gün sonra Serqey Lavrovun Elmar Məmmədyarovu Moskvaya dəvət etməsi də təsadüfi deyildi. Rusiya həmçinin bu məsələdə Azərbaycan dövlətinin fikirlərini də öyrənmək istəyir. Həmçinin rəsmi Moskva kommunikasiya məsələsində Cənubi Qafqazda problemlərinin olduğunu başa düşür. SSRİ dövründə Rusiyanın kommunikasiya məsələsində SSRİ-İran dəmiryol marşrutu xüsusi əhəmiyyətə malik idi. Rusiya Ermənistanın Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal etməsindən sonra bu dəmiryol xəttindən istifadə edə bilmir. Azərbaycan torpaqları işğal altında olduğuna görə, Moskva-Tehran dəmiryol xətti fəaliyyət göstərmir. Rusiya üçün hazırda İran ilə dəmiryol xəttinin bərpa edilməsi çox vacibdir. Mehri dəmiryolunun açılması barəsində Rusiya ilə Azərbaycan arasında ciddi müzakirələrin gedəcəyi də istisna edilmir. Hətta bu məsələdə Rusiya ilə Azərbaycanın Ermənistana birgə təzyiq göstərəcəyi də mümkündür. Sergey Lavrov ilə Türkmənistan qazının Azərbaycandan keçərək Avropaya çatdırılması məsələsi də müzakirə olunacaq”.
Politoloq vurğulayıb ki, S.Lavrovun səfəri Rusiyanın Dağlıq Qarabağ münaqişəsində mövqeyinin Azərbaycana tərəf dəyişməsində çox vacib addımdır: “İlk növbədə Moskva İrəvan ilə münasibətləri soyuqlaşdıraraq Bakı ilə əlaqələri daha da inkişaf etdirir. Azərbaycan Rusiya üçün təkcə regional səviyyədə deyil, dünya miqyasında xüsusi əhəmiyyətə malikdir. Mehri dəmiryolunun açılması ilə Azərbaycanın işğal altında olan 7 rayonu azad ediləcək. Ermənistan 7 rayonu azad etdikdən sonra Azərbaycan kommunikasiya sistemini bərpa edəcək, Dağlıq Qarabağın statusu isə qeyri-müəyyən müddətə qədər təxirə salınacaq. İndiki vəziyyətdə Rusiyanın bu mövqeyi Azərbaycanın maraqlarına uyğundur. Dağlıq Qarabağa azərbaycanlılar qayıdandan sonra onun statusu 5, 10 və yaxud 20 ildən sonra müəyyənləşə bilər. Rusiya Ermənistanı Azərbaycan torpaqlarını azad etməyə məcbur edəcək”.
M.Əhmədoğlunun sözlərinə görə, Moskva Bakıya təzyiq göstərməklə Türkmənistan qazının Xəzərin dibindən keçərək Azərbaycandan Avropaya ötürülməsinə mane ola bilməz: “1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi” imzalananda Rusiya ABŞ və Böyük Britaniyaya nota vermişdi. Hətta Rusiya hərbi əməliyyatlar haqqında düşündüyünü də bildirmişdi. Azərbaycan torpaqlarının bir qismi bəlkə də elə buna görə işğal olunub. 2014-cü ilin sentyabrın 20-də “Cənub Qaz Dəhlizi” kəmərinin təməlqoyma mərasimi keçirildi. Bu mərasimdən sonra Rusiya Azərbaycana Roqozin, Jirinovski başda olmaqla bir çox nümayəndələrini göndərdi. Lakin Moskva Bakının anti-Rusiya siyasəti aparmadığını və yalnız öz maraqlarına uyğun müstəqil siyasət yürütdüyünü başa düşüb. Bütün bunlara görə Rusiya Azərbaycanın verdiyi qərarlara müqavimət göstərə bilməz. Türkmən qazının Avropaya çatdırılmasında da biz öz mövqeyimizi ortaya qoymuşuq. Türkmənistan öz qazını Avropaya ötürmək istəsə, Azərbaycan tranzit ölkə rolunu oynaya bilər. Rusiya türkmən qazının Avropaya çatdırılmasına mane olmaq istəsə, ilk növbədə Türkmənistana təzyiq göstərə bilər”.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb