İlham Əliyev: qlobal poblemlərə qlobal baxış
Gundem / Siyaset
Oxunub: 1 262
14 sen 2015 | 11:58
İlham Əliyev: qlobal poblemlərə qlobal baxış



















İlham Əliyev Azərbaycanı qorumaq missiyasını dünyaya bəyan etdi!

Məlum olduğu kimi sentyabrın 8-də İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirə keçirildi. Müşavirədə Prezident İlham Əliyev dünyada və Avrasiya məkanında dərin iqtisadi və maliyyə böhranı haqqında, böhran şəraitində Azərbaycan iqtisadiyyatının mənfi dünyəvi proseslərdən maksimum dərəcədə qorunmasının vacibliyini xüsusi olaraq vurğuladı.

Prezident dedi ki, "Biz bunu bacarırıq və uğurla bacarırıq, ölkəmizi qoruyuruq. Ölkəmizin təhlükəsizliyini, sabitliyini, iqtisadi inkişafını təmin edirik."

İlham Əliyev bu fikirləri ilə özünün Azərbaycanı və Azərbaycan iqtisadiyyatını qorumaq missiyasını bir daha xalqımıza və dünyaya bəyan etdi.

İlham Əliyev böhranın əsas səbəblərini göstərdi

İlham Əliyev Avrasiya məkanında yaşanan siyasi, hərbi və iqtisadi böhranın səbəblərinin araşdırılmasının və dərin təhlilinin vacibliyini qeyd edərək, indinin özündə də təhlil aparmaq üçün kifayət qədər informasiyanın olduğunu məxsusi olaraq vurğuladı.

Prezident araşdırmaçıların işini asanlaşdırmaq məqsədilə böhranın 2 əsas səbəbini göstərdi. Bunlar: 1. Sabitliyin pozulması. 2. Bəzi ölkələrin siyasi maraqlarıdır.

İlham Əliyev Yaxın Şərqdə və postsovet məkanında qanlı toqquşmalar zamanı 100 minlərlə insanların həlak olduğunu, Avropanın və digər regionların humanitar fəlakətlə üz-üzə qaldığını göstərməklə yanaşı, Avropa İttifaqının bəyan etdiyi dəyərlərə sadiq olmadığını, yazıq miqrantlara işgəncələr verildiyini xüsusi olaraq vurğuladı. Bu gün dünya xəritəsində dəyişikliklər baş verdiyini, dəyişikliklərin gələcəkdə də davam edəcəyini dedi.

İlham Əliyev xüsusi olaraq qeyd etdi ki, bu mənfi mənzərənin fonunda Azərbaycan iqtisadiyyatı inkişaf edir. Xalq bizi dəstəkləyir.

İlham Əliyevin dünya iqtisadiyyatında böhranların olması fikrinə qarşı mətbuatda əks fikirlər də yayıldı.

Əks fikrə görə dünyada böhran yoxdur

Əks fikir: "Bu açıqlama(İlham Əliyevin açıqlaması nəzərdə tutulur) çox ziddiyyətlidir. Çünki dünyada iqtisadi böhran yoxdur və gözlənilmir. Diqqət edin: ötən il dünya iqtisadiyyatı 3,4 faiz böyüyüb, bu il qlobal miqyasda artım 3,5 faiz gözlənilir, növbəti il üçün də bu göstərici 3,8 faiz proqnozlaşdırılır. Dünya üzrə ÜDM-in 16,3 faizinə malik Çində 6,8 faiz, 16,1 faizinə malik ABŞ-da 2,4 faiz, 12,1 faizinə malik Avrozonada 1,5 faiz, 6,8 faizinə malik Hindistanda 7,5 faiz, 4,4 faizinə malik Yaponiyada 1,1 faiz, 2,4 faizinə malik Böyük Britaniyada 2,7 faiz iqtisadi artım gözlənilir.

Bohran dünyada deyil, idtisadiyyatı dünya bazarlarında qiymət konyukturasından asılı olan, Rusiya, Venesuela, Braziliya, Anqola, Nigeriya kimi resursların satışından gəlir əldə edib, onun hesabına yaşayan ölkələrdədir.

Rusiyada, Braziliyada, Venesuelada, Timor Lestedə, Trinidad-Tobagoda, Kolumbiyada, Boliviyada, İraqda müşahidə olunan böhranı qloballaşdırmaq mümkün deyil".

Lakin, fikrimizcə, dünyada ciddi siyasi və iqtisadi böhran var!

SSRİ-nin dağılmasıyla ikiqütblü dünya birqütblü dünyaya çevrildi. İndi dünyanın bircə böyük qütbü var. Bu qütbün adı Amerika Birləşmiş Ştatlarıdır. Bəzən analitiklər və şərhçilər iddia edirlər ki, dünya çoxqütblüdür. Yəni qütblər ABŞ, Rusiya, Çin, Avropa Birliyidir. Hətta bu fikri qəbul etsək də, dünyanın digər bütün ölkələrinə və onun digər qütbləri hesab olunan Rusiyaya, Çinə, Avropa Birliyi ölkələrinə də ABŞ-ın siyasi və iqtisadi təsir mexanizmləri Rusiyanın, Çinin, Avropa Birliyi ölkələrinin təsir mexanizmlərindən qat-qat çoxdur. Yəni ABŞ-la müqayisədə digər dünya qütbləri hesab olunan Rusiya, Çin, Avropa Birliyi bu gün daha zəifdilər.

Çox zaman ABŞ-la Avropa Birliyinin mənafeləri üst-üstə düşdüyündən onlar birgə hərəkət edirlər və həm dünya ölklərinin hamısına, həm də dünyanın digər qütbləri olan Rusiyaya və Çinə də birgə siyasi və iqtisadi təzyiqlər göstərirlər.

ABŞ və Avropa Birliyi birgə hərəkət edərək dünya ölkələrində vətəndaş müharibələri yaradırlar. Dünya ölkələrini demokratiya ixracı adıyla "demokratiya bombardmanlarına" məruz qoyurlar.

ABŞ və Avropa Birliyi ölkələri sürətlə varlanırlar.

Bu dünyada siyasi və iqtisadi böhranın yeni formasıdır.

ABŞ və Avropa Birliyinin işğalçı qismində digər ölkələrin iqtisadiyyatlarını dağıdaraq varlanması regional və qlobal əhəmiyyətli dağıdıcı böhranlardan başqa bir şey deyil.

Qlobal və regional dollar böhranları

ABŞ dolları bütün dünya ölkələrinin birinci və ya ikinci valyutasıdır. Heç kəs deyə bilməz ki, ABŞ bir ildə, bir ayda, bir gündə, beş ildə və s. neçə trilyon dollar istehsal edir. Heç kəs dəqiq deyə bilməz ki, ABŞ dünya ölkələrinin hansına bir ildə, bir ayda hansı miqdarda dollar "ixrac" edir. Heç kəs dəqiq deyə bilməz ki, dünya ölkələrindən bir ayda, bir ildə hansı miqdarda dollar "ixrac" edilir. Dünya ölkələrindən "ixrac" olunan və dünya ölkələrinə "idxal" olunan dollar kütləsinin arxasında hansı əmtəələr dayanıb. Onların miqdarı dolların miqdarına uyğundurmu?

ABŞ Dünya ölkələrini dollarla idarə edir. ABŞ dünya ölkələrində dollar vasitəsilə iqtisadi böhranlar yaradır. Dünya ölkələrinin iqtisadiyyatlarını çökdürür.

Dollar böhranları da öz təsirinə görə regional və qlobal əhəmiyyətli iqtisadi təlatümlərdilər.

Əgər Dünyada ÜDM istehsalı artırsa, neftin də qiyməti artmalıdır

Bir ilin, bir neçə ayın içərisində neftin qiyməti 2,5 dəfəyə yaxın azaldı. Dünya neft ehtiyatları 2,5 dəfə artdımı, yoxsa 2,5 dəfə çoxmu neft istehsal olunmağa başladı? Xeyir! Dünyada iqtisadi artım oldu. ÜDM istehsalı artdı. Bütün iqtisadi qanunlara görə ÜDM istehsalının artması ilə neftin istehlakı və eləcə də qiymətləri də artmalı olduğu halda onun qiymətləri 2,5 dəfə azaldı.

İqtisadi qanunlar ayaqlar altına atıldı.

Qlobal və regional neft böhranları

ABŞ-ın OPEK adında bir böhranyaratma aləti var. OPEK ölkələri dünya neftinin 40%-dən çoxunu istehsal edirlər. ABŞ OPEK-in vasitəsilə həm OPEK ölkələrində, həm də digər neft ölkələrində maliyyə və iqtisadi böhranlar yarada bilir. ABŞ OPEK və digər neft ölkələrində maliyyə və iqtisadi böhranlar yaratmaq üçün neft hasilatının artırılmasını və qiymətlərin azaldılmasını sifariş edir. İqtisadiyyatları neftdən asılı olan ölkələrin valyuta(dollar) ehtiyatları kəskin şəkildə azalır. Milli valyutalar qiymətdən düşür. Neft ölkələri iqtisadi böhran məngənəsinə düşürlər.

Neftin qiyməti kəskin şəkildə aşağı düşdüyündən neft idxalçıları olan Çin, ABŞ, Avropa Birliyi ölkələri, Yaponiya, Böyük Britaniya, Hindistan və s. daha çox ÜDM istehsal etməyə başlayırlar və daha çox varlanırlar.

Bu prosesin sifarişçiləri ABŞ və Avropa Birliyi, icraçıları isə OPEK ölkələri olduğundan və bu prosesdə OPEK ölkələrinin özləri və digər neft ölkələri ciddi iqtisadi və maliyyə böhranlarına düşdüyündən böhran regional və qlobal mahiyyət kəsb edir.

Neft böhranları dünyanın enerji ehtiyatlarını dağıdır

ABŞ-ın və Avropa Birliyi ölkələrinin təsiri ilə külli miqdarda ucuz neftin istehsalı dünyanın enerji ehtiyatlarını dağıdır. Dünyanın neft ehtiyatları kəskin şəkildə azalır. Alternativ enerji mənbələrinin bu günkü faydalı iş əmsallarının az olması bu mənbələrin uzun müddət karbohidrogen ehtiyatlarını əvəz edə bilməyəcəyini göstərir. Belə olan halda ABŞ-ın və Avropa Birliyinin yaratdığı bu günkü neft böhranları yaxın gələcəkdə neft ehtiyatlarının tamamilə qurtarması və bəşəriyyətin böyük bir hissəsinin məhvi ilə nəticələnə bilər.

İlham Əliyev düz deyir!

Dünyada güclü iqtisadi böhran var!

İlham Əliyev dünyada iqtisadi və maliyyə böhranının olduğunu deyərkən güclü arqumentlərə və araşdırmalara əsaslanıb!
Dünya iqtisadi və maliyyə böhranları içərisində üzür. Bəziləri bolluq böhranları içində qalıblar, digərləri yoxsulluq böhranlarından əziyyət çəkirlər.
İqtisadi qanunlar işləmir!
İqtisadi qanunlar əvəzinə iqtisadi və siyasi diktatura qanunları işləyir.
Dünyanın iqtisadi mənzərəsi təbii iqtisadi qanunlarla yox, beynəlxalq diktatura qanunları ilə tənzimlənir.
Davamlı və israfçı neft böhranları gələcəkdə bəşəriyyəti qlobal enerji böhranı qarşısında qoya bilər.
İlham Əliyev belə çətin situasiyada Azərbaycanın müstəqilliyini, Azərbaycanın müstəqil iqtisadiyyatını qoruyur, Azərbaycan iqtisadiyyatını inkişaf etdirir!

Prof.Dr. Qüdrət İsaqov
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO