Gəncədə şıdırğı təhsil alveri...
Gundem / Bolge
Oxunub: 1 352
16 sen 2015 | 05:20
Gəncədə şıdırğı təhsil alveri...

20 manata tələbə bileti...












Bu gün ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlardan gözlənilən mütərəqqi nəticələr də, məhz rəhbərliyində səriştəsiz və məsuliyyətsiz kadrların durduğu bəzi tədris müəssisələri üçün əlçatmaz olaraq qalır. Bu baxımdan Gəncə Dövlət Humanitar Kollecinin direktoru Fəxrəddin Zeynalovun fəaliyyəti də yerli ictimaiyyət tərəfindən qeyri-qənaətbəxş kimi qiymətləndirilir. Redaksiyamıza daxil olan məlumatlara görə peşə təlimi, musiqi müəllimliyi, təsviri incəsənət müəllimliyi, ailə və ev təhsili, məktəbəqədər təlim və tərbiyə, dizayn, maliyyə işi, eləcə də bədən tərbiyəsi və idman ixtisasları üzrə mütəxəssislər hazırlayan Gəncə Dövlət Humanitar Kollecində bir çox xoşagəlməz hallar yaşanmaqdadır. Kolleclə bağlı məlumatları təqdim edən mənbə iddia edir ki, yeni tədris ilinin başlanması da artıq bu təhsil müəssisəsində bir sıra neqativ təzahürlərlə əlamətdar oldu. Belə ki, təqdim edilən açıqlamaya görə, kollecə yeni daxil olmuş tələbələrdən tələbə biletlərinin verilməsinə görə 20 manatdan pul yığılıb. Eyni zamanda da gənclərin nəzərinə çatdırılıb ki, sessiya imtahanlarına hazırlıqlarını indidən görməyə başlasınlar. Bu hazırlıq isə, tələb olunan məbləği yığmaqdan ibarətdir. Artıq ötən saylarımızda da qeyd etdiyimiz kimi, semestr imtahanları zamanı rəhbərlik tərəfindən müəllimlər tələbələrdən 300 manat məbləğində rüşvət tələb etməyə məcbur edilirlər. Bu xüsusda aldığımız məlumatlarda deyilir: “Semestri uğurla, problemsiz başa vurmaq istəyən tələbə mütləq tələb olunan 300 manatı verməlidir. Əks təqdirdə, kollecin direktoru müəllimləri, müəllimlər də məcburiyyət qarşısında qalıb tələbələri sıxma-boğmaya salacaq, onlar üçün arzuolunmaz problemlər yaradacaq...” Həmçinin ötən materiallarda biz vurğulamışdıq ki, Gəncə Dövlət Humanitar Kollecində müxtəlif səpkili özbaşınalıqlar hökm sürdüyündən, artıq tələbələrlə yanaşı, müəllimlərin də bir qismi direktorun əməllərinə, yol verilən ciddi nöqsanlara etiraz edirlər. Bu narazılıqlara səbəb olan amillərdən biri kimi kollec direktorunun qeyri-ixtisas fənlərinə görə müəllimlərin dərs keçdiyi saatların pulunu onlara verməkdən imtina etməsi göstərilir. Məlumatlarda bildirilir ki, direktor həmin dərs saatlarını kollecdə çalışan 3-5 nəfər tanışının adına yazdırır, sonra isə həmin pulları mənimsəyir. Halbuki həmin dərs saatlarını digər müəllimlər keçirlər. Məlum olduğu kimi Fəxrəddin Zeynalov 2012-ci ildən Gəncə Dövlət Humanitar Kollecinin direktoru vəzifəsinə təyin olunub. Lakin aradan artıq üç ilə yaxın bir müddət ötsə də, yerli mənbələrin təqdim etdikləri məlumatlarda bu dəyişikliyin heç bir müsbət nəticəyə səbəb olmadığı bildirilir. İddialara görə bu gün Gəncə Dövlət Humanitar Kollecində istər imtahanların nəticələri, istərsə də kollecin ümumilikdə idarə olunması əməlli-başlı gəlir mənbəyinə çevrilmişdir. Məhz bu səbəbdən tələbələrin təhsilə münasibəti son vaxtlar tamamilə dəyişib. Bu və ya digər fənn üzrə imtahandan yalnız pulla qiymət almağın mümkünlüyünü görən tələbələr dərsə davamiyyətə məhəl qoymurlar. Deyilənlərə görə bir çox tələbələrin adı jurnalda getsə də, özlərininkollecdə görmək mümkün deyil. Dərslərdə iştirak etməməyin aylıq xərci isə 100 manatdır...

Məsələyə dair kollecin rəhbərliyinin də mövqeyini öyrənməyə hazırıq.
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"