Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların vəzifəli şəxslər tərəfindən zəbt edilməsinə kimlər rəvac verir
Gundem / Bolge
Oxunub: 781
30 apr 2020 | 11:14
Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların vəzifəli şəxslər tərəfindən zəbt edilməsinə kimlər rəvac verir


Asif Aydın oğlu Mikayılovun rəhbərlik etdiyi Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma və Sazlama İdarəsi “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin vacib strukturlarından biridir. İdarə meliorasiya və irriqasiya obyektlərinin vaxtında və keyfiyyətlə layihələndirilməsi, tikilməsi, yenidən qurulması və bərpası, meliorasiya və su təsərrüfatı obyektlərinin istismarı, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, əkin sahələrinə tələb olunan həcmdə suvarma suyunun verilməsi, sudan səmərəli və qənaətlə istifadə edilməsi və bu sahədə digər işlərin görülməsi ilə məşğuldur. Bu vəzifələrin öhdəsindən layiqlə gəldiyinə görə A.Mikayılov 2016-cı ildə “Tərəqqi” medalına da layiq görülüb.

Amma görünür, A.Mikayılov rəis olduğu idarədə təkcə maaşa və medala qulluq etməyib. Nə yollasa kifayət qədər kapitala yiyələnə bilib və paralel olaraq torpaq maqnatı olmaq fikrinə düşüb. Belə ki, Yevlax rayonundan etibarlı mənbə redaksiyamıza məlumat vermişdir ki, A.Mikayılov Yevlax Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Pəsiqulu oğlu Quliyevlə sövdələşərək, ona verdiyi 60 min manat pulun müqabilində rayonun Aran qəsəbəsi ərazisindən torpaq almaq arzusundaymış. A.Quliyev də həmin sövdələşməni Aran qəsəbəsi sakini Eldar Cəfərovun icarəyə götürdüyü 50 hektarın hesabına ödəmək istəyib. E.Cəfərov əlindən alınmağa cəhd edilən torpağın məsələsini məhkəmədə mübahisələndirib və nəhayətdə qalib çıxıb. A.Quliyev pulunu geri istəyən A.Mikayılovla başqa cür hesablaşma üsulu tapıb: Belə ki, o, inzibati resurslardan istifadə edərək, A.Mikayılovun qohumu Əbülfət İdris oğlu Rzayevi son bələdiyyə seçkilərində Aran bələdiyyəsinə sədr “seçdirib”.

Başqa bir məlumata görə, A.Mikayılovla borc qovğası əslində A.Quliyevə Yevlaxın həbs olunan sabiq icra başçısı Qoca Səmədovdan miras qalıb. O da bildirilir ki, A.Mikayılovun pulu təzə bələdiyyə sədri və bələdiyyənin üzvləri tərəfindən toplanaraq qaytarılıb.

Aydın məsələdir ki, Ə.Rzayev bələdiyyə sədri kimi fəaliyyətində ilk növbədə Aran qəsəbəsinin yerli əhəmiyyətli sosial-iqtisadi probleminin həlli ilə deyil, 60 min manatın yerini doldurmağı fikirləşəcək. Özü də mümkün qədər qısa zaman ərzində. Odur ki, sözügedən bələdiyyənin fəaliyyətinə ciddi nəzarət edilməlidir. Xatırladaq ki, Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq ölkəmizdə əhalinin sosial rifahına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə, o cümlədən müxtəlif sahələrdə əhalini narahat edən korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində aparılan kompleks və ardıcıl tədbirlər sırasında son aylar ərzində bir çox sahələrdə çalışan məmurlar, o cümlədən, bələdiyyə sədrləri və bələdiyyə işçiləri də qanunsuz əməllırinə görə məsuliyyətə cəlb olunmuşlar. Bu siyasət indi də davam etdirilir, ehtimal etmək olar ki, Aran bələdiyyəsində də təmizlik işləri aparılacaq və “dimdiyindən tora düşənlər” A.Mikayılovla A.Quliyevin işdəycələrini təfərrüatı ilə açıqlayacaqlar.

Ümumiyyətlə, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin vəzifəli şəxslər tərəfindən mənimsənilməsi, onların şəxsi maraqları üçün istifadə olunması son illər dərinləşən mənfi tendensiyaya çevrilmişdir. Son vaxtlar həbs olunan icra başçılarının cinayət dosyelərində də bu məqam xüsusilə diqqəti çəkir. Hələ ki, toxunulmayan belə şəxslərdən biri də Şirvan Meşə-Meliorasiya İdarəsinin rəisi İlyas Ağa oğlu Səfərovdur. Daha əvvəl rəhbərlik etmiş olduğu Yuxarı Qarabağ Kanalı İdarəsini elə həmin idarədə mühəndis işləyən qardaşı Knyaz Səfərovla birgə çapıb talamış, sonra rəis təyin olunduğu Yuxarı Şirvan Kanalı İstismar İdarəsini xaraba qoymuş Y.Səfərov Yuxarı Qarabağ kanalının mühafizə zolağını zəbt edərək həmin nahiyədə vətəgə yaratmışdır.

Azerinfo.az-ın sadiq oxucuları xatırlayarlar ki, bu mövzuya saytımızda əvvəllər də yer ayırmışıq. Bildirmişdik ki, Yuxarı Qarabağ Kanalının mühafizə zolağında çoxlu sayda qanunsuz obyektlər fəaliyyət göstərməkdədir və bu özbaşınalıqlara Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinə hələ İlyas Səfərov rəhbərlik edən vaxtı rəvac verilib, həmin obyektlər isə məmurlara, vəzifəli şəxslərə məxsusdur. İlyas Səfərovun özünün də orada balıq vətəgəsindən əlavə, üzümlüyü, alma və alça bağları vardır. Kanalın mügafizə zolağında qanunsuz fəaliyyət göstərən təsərrüfatların bir çoxunun isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin Çağırış bölməsinin rəisi Qoşqar Muradxanova məxsus olduğu deyilirdi.

Hər dəfə bu mövzuda növbəti məqalə ilə çıxış etdikdən sonra aidiyyati instansiya olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinə yazılı müraciətlər edərək, aşkar etdiyimiz, gündəmə gətirdiyimiz neqativ hallarla bağlı ölçü götürülməsinin vacibliyini xatırlatmışıq. Lakin, Departament mənsublarının, ələlxüsus da qurumun sözçüsü Raquf Mirzəyevin qeyri-konstruktiv mövqeyi təbii sərvətlərimizin talanının davamına “yaşıl işıq” yandırmış, təqsirli şəxslərin hələ də məsuliyyətdən kənar qalmasına səbəb olmuşdur.

İbrahim Qubadoğlu
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!