QOYUNUN QURDA TAPŞIRILDIĞI, QATIĞA QARA DEYİLDİYİ, XALQA ƏL-LƏZİNƏ OXUNULDUĞU YERDƏ NƏ EKOLOGİYA? FOTO+VİDEO
Gundem / Dunya / Bolge / Video
Oxunub: 1 357
2 may 2020 | 23:31
QOYUNUN QURDA TAPŞIRILDIĞI, QATIĞA QARA DEYİLDİYİ, XALQA ƏL-LƏZİNƏ OXUNULDUĞU YERDƏ NƏ EKOLOGİYA? FOTO+VİDEO


Bu il martın 14-də Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğunun əməkdaşları tərəfindən ölkə ərazisində meşə sahələrində, qoruqlarda ağacların qanunsuz olaraq kəsilməsi, yaşıllıq sahələrinin məhv edilməsi ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərinə qarşı kompleks tədbirlər hazırlanaraq həyata keçirilib.



Hər iki dövlət qurumuna vətəndaşlardan Oğuz, Qəbələ rayonları ərazilərində yerləşən meşə sahələrində qiymətli ağac növlərinin meşələrin mühafizəsinə məsul olan idarənin əməkdaşları tərəfindən qanunsuz olaraq kəsilməsi barədə çoxsaylı müraciətlər daxil olmuşdur. Qeyd olunan xüsusatların hərtərəfli və obyektiv araşdırılması məqsədilə adıçəkilən rayonların meşə zonaları və meşə təsərrüfatının mühafizəsinə məsul olan şəxslər DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əməliyyat nəzarətinə götürülmüşdür. Müəyyən olunmuşdur ki, Oğuz və Qəbələ rayonları ərazisində yerləşən meşələrdə ağacları kəsərək emal müəssisələrinə satışı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra ETSN- red.) Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov və onun rəhbərlik etdiyi mütəşəkkil dəstə tərəfindən həyata keçirilir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov, mərkəzin baş mühasibi Sirac Kərimov, baş meşəbəyi İlqar Cəlalov, həmçinin idarənin məsul əməkdaşları Eyvaz Əliyev və Bakıxan Seyidəliyevin saxlanması təmin olunmuşdur. Direktor İlqar Qəribovun üzərinə və xidməti iş otağına baxış zamanı onun qanunsuz ağac kəsimindən əldə etdiyi külli miqdarda pul vəsaitləri və digər maddi sübutlar aşkar olunaraq götürülmüşdür. Faktlarla bağlı dəstə üzvləri barədə cinayət işi başlanılmış, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

NAZİRLİK POLİS VƏ PROKURORLUQLA MÜQAYISƏDƏ CINAYƏTKARLARLA YUMŞAQ DAVRANIR

Apreldə isə meşələrdə ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinə daxil olan şikayət araşdırılan zaman Yardımlı rayonunun meşə ərazisində 15 palıd ağacının kəsildiyi və təbiətə 1117 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Bunu jurnalistlərə açıqlamasında Meşələrin İnkişafı Xidmətinin (keçmiş departament) rəisi Namik Xıdırov bildirib. Onun sözlərinə görə, kəsinti hallarının qarşısını ala bilmədiyi üçün sahəyə məsul işçilər cəzalandırılıb, həmçinin ərazisində yol verilən qanunsuz ağac kəsintisi faktlarına və vəzifə səlahiyyətlərinin öhdəsindən gələ bilmədiyinə görə Yardımlı meşə sahəsinin də daxil olduğu Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru da vəzifəsindən azad edilib: "Daxil olan məlumatlar əsasında araşdırmalarımız bütün regional meşə mərkəzlərində davam etdirilir. Meşə sahələrinin yaxınlığında yaşayan sakinlərə, ictimai fəal şəxslərə müraciət edirik ki, meşə ərazilərinə qanunsuz müdaxilə edənlər, ağac kəsənlər barədə regional meşə mərkəzlərinə və ya Nazirliyin 168 nömrəli "qaynar xətt"inə məlumat versinlər. Biz meşələrimizin mühafizəsinin gücləndirilməsində israrlıyıq və bu işdə ictimaiyyətdən də dəstək gözləyirik".

“AZERİNFO” EKOLOGİYA DÜŞMƏNLƏRİNƏ QARŞI

Belə başa düşürük ki, “ictimaiyyət” deyildikdə, həm də kütləvi informasiya vasitələri (bundan sonra KİV – red.) nəzərdə tutulur. “Azerinfo.az” informasiya portalı bəlkə də ölkəmizin media cameəsində ekologiyanın və təbii sərvətlərimizin qorunması naminə maarifçilik işinə ən çox töhfə verən kütləvi informasiya vasitələrindəndir desək, bəlkə də yanılmarıq. Sayt eyni zamanda ətraf mühitə zərər yetirən neqativ elementlərə rəvac verən vəzifəli şəxsləri də kəskin tənqid etmiş, ictimai rezonans doğuran məqalələrlə çıxış etmişdir.

Ancaq müşahidələrimiz göstərir ki, bəzi hallarda məqalələrimizdə açıqlanan məlumatlara verilən reaksiya onlarda ehtiva olunan məsələlərə adekvat olmamışdır. Neqativ hallara rəvac verən şəxslərdən ya məsuliyyət tələb olunmamış, ya da ən yaxşı halda vəzifələri dəyişdirilmişdir.

YAŞILLLIQLARIN QƏNİMLƏRİNƏ QARŞI QƏRİBƏ MÜBARİZƏ

Cənab Muxtar Babayev ETSN rəhbəri vəzifəsinə təyin olunandan sonra isə başqa qəribə tendensiyalar da müşahidə olunmağa başladı: Yuxarı vəzifələrindən endirilmiş şəxslərin yenidən daha yuxarı postlara təyin edilməsi kimi sual doğuran halların şahidi olduq. Regional ekologiya idarələri rəislərindən, meşə mühafizəsi və bərpası müəssisələri direktorlarından tutmuş adi meşə gözətçisinədək törətdikləri və bizim tərəfimizdən aşkarlanan qanunsuz əməllərinə görə işdən azad olunanların, vəzifəsi endirilənlərin yerinə onların yaxın adamları – biloji varisləri, qohumları, yaxud da tabeçiliklərində işləmiş keçmiş cinayət ortaqları təyin olunublar. Buna dair çoxsaylı misallar çəkə bilərik. Buradan belə nəticə hasil olur ki, sanki Nazirliyin yuxarı eşelonunda qərar tutanlar fakt qarşısında qalaraq işdən çıxarmağa məcbur oilduqları həmin şəxslərə özlərini borclu sayırmışlar və həmin borcu kompensasiya etmək üçün bu üsula əl atmağa məcbur olublar.

TAZIYA “TUT”, DOVŞANA “QAÇ” DEYİRLƏR

Şimal meşələrimizin kütləvi halda qırılıb yeşik sexlərinə daşındığı haqda yazmışdıq. Maraqlı assosiasiya baş verdi: Yeşik sexlərinə siqnal verdilər ki, daha ehtiyatlı işləsinlər. Meşədən qanunsuz kəsilən ağaclar sexlərə gecələr daşınmağa başladı.

Nəinki kustar üsula kömür hazırlanmasına, hətta kömür sexlərinə də ümumiyyətlə icazə yoxdur. Rusiyada kömür sexi açılanda bir ərazi verirlər ki, müəyyən yerdən ağac qırın və kömür istehsal edin. Həm də o kömür labarotor şəraitdə yoxlanılır. Sonra satışçına icazə verilir. Bizdə o cürə laboratoriya yoxdur. Nə də ərazimiz Rusiya boyda deyil ki, hansısa meşə ərazisini verək ki, orda kəsilən ağacdan kömür istehsal olunsun. Ancaq şimal rayonlarında fəaliyyətdə olan onlarla kömür sexlərinin ağacı hardan aldığı sualını ortaya qoyduqda ETSN mənsubları yalnız o sexlərdən birinin (“Ekokömür”) adını çəkərək bildirdilər ki, bəs bütün sertifikatları var, bütün yoxlamalardan keçib. Bu qurum bağlarda sınan, quruyan budaqları alaraq kömür istehsal edir. Halbuki, bağlarda bütün meyvə ağaclarının budağını yaş-yaş qırıb yandırsaq belə o sexlərin bazara çıxardıqları kömür qədər olmaz.

“QATIQ QARADIR!”

ETSN işçilərinin fakt qarşısında qaldıqları vaxt “qatığa qara” dediklərinin də az şahidi olmamışıq. Məsələn, əvvəllər Qusarda işlədiyi vəzifədən qovulan, bir ara Qubada baş meşəbəyi işləmiş, sonradan 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəisi təyin olunan Ədilov Rafiq Seyfulla oğluna Quba, Xaçmaz, Xudat, Şabran, Siyəzən ərazilərindəki ağac kəsimləri haqda faktları sadalayanda təklif etmişdi ki, onun işçiləri ilə birgə reyd keçirək. Azerinfo.az əməkdaşları Xaçmazın Nərəcan kəndindəki sexi göstərəndə Ədilovun işçiləri duruxmuşdular. Əvvəlcə demişdilər ki, sahibkarların həyətinə özbaşına girə bilməzlər. Sonra dedilər ki, çəkiliş olmaz. Sexin həyətində diametri bir metrdən çox ağacların guya şəxsi həyətlərdən kəsilməsi ilə izah etməyə çalışmışdılar. Axı şəxsi həyətdə nə qədər ağac kəsilə bilər? Bu səbəblər ucbatından “ekoloqlarla” birgə reydimiz alınmadı. Aşkar görünürdü ki, nazirlik işçiləri ilə taxta sexlərinin sahibləri əlbirdirlər.

Quba, Qusar, Xaçmazdakı parnikləri taxta yeşiklə təmin etməkdən ötrü yüz minlərlə yeşik lazımdır. Bütün mür-meyvə, tərəvəz bu yeşiklərlə daşınır. Bunları istehsal etmək üçün minlərlə kub ağac lazımdır. Sexlərin həyəti meşə materialları ilə doludur.

DOĞRUNUN BAĞRINI YARMAQ İSTƏDİKLƏRİ VAXTLAR DA OLUB

Azerinfo.az olaraq bu qədər olayları ictimailəşdirmişik, baş verənləri hər kəsin diqqətinə çatdırmışıq, amma Nazirliyin rəsmi şəxsləri, bəzən bizə qarşı qərəzli mövqe nümayiş etdiriblər. Bir müddət bundan əvvəl, ETSN-nin rəsmi şəxsləri Baki şəhər İnzibati-İqtisad Məhkəməsinə müraciət etmələri ilə bağlı ünvanımıza rəsmi məktub da göndərmişdilər. O halda heç cür başa düşə bilməmişdik ki, Nazirliyin ümumi işlərinə dəstək göstərdiyimiz halda, adı çəkilən qurumda vəzifə sahibi olan şəxslərin bizə qarşı qərəzli yanaşmalarına səbəb nə idi? – başa düşə bilməmişdik!dir?

QOYUNU QURDA TAPŞIRIRLAR

Meşələri qırmaq üçün bu çirkli işə bulaşmış şəxslər yenidən işə götürülür. Baş meşəbəyi Qulu da vaxtı ilə qırıntıya görə cəzalandırılıb. Sonra Söhrab Abbasova həmin görəvdən alınaraq, "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-yə sədr müavini təyin olundu. Görünən odur ki, hər hansı bir vəzifəli şəxs barədə narazılıqlar artanda “qalaqurma” gedişi edib yerini dəyişirlər ki, onun haqqında söz-söhbət səngisin. Bu isə problemin həlli deyildir.

Olub ki, saytımızın əməkdaşları cavabdeh vəzifəli şəxslərlə görüşüb qanunsuz ağac kəsimi olan əraziləri göstərmək istədiklərini bildiriblər. Ancaq vəzifəli şəxslər deyiblər ki, nazirlik media ilə təmasa qadağa qoyub. Mətbuat xidməti razılıq versə, ancaq müraciətinizə baxılacaq. İndi isə Nazirliyin jurnalistləri nazı ilə oynamağa məcbur etmək istədiyi sözçülərindən söz açaq.

MƏTBUAT XİDMƏTLƏRİ “ƏL-LƏZİNƏ” OXUYUR

Milli Məclisin mayın 1-də keçirilən iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bəzi nazirliklərin aparatlarında islahatların aparılmasını vacibliyini qeyd etdi. Deputat Hesablama Palatasının illik hesabatının müzakirəsi zamanı deyib ki, bəzi nazirliklərin aparatları şişirdilmiş aparatlardır: ““Hamı aparat rəhbəri təyin edir. Mənzil istismar sahəsindən tutmuş icra hakimiyyətinə qədər hamı aparat rəhbəri təyin edir. Bəs onda müavin funksiyası harada qalır?”

Deputat bildirib ki, mətbuat xidməti ancaq zəruri qurumlarda olmalıdır: “Karantin dövründə də gördük ki, nazir qalıb kənarda, bunun mətbuat xidməti xalqa əlləzinə oxuyur. Əgər xalqın qarşısına çıxmağa üzü yoxdursa və ya qabiliyyəti çatmırsa, getsin otursun evdə”.

Hər dəfə bu mövzuda növbəti məqalə ilə çıxış etdikdən sonra aidiyyati instansiya olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinə yazılı müraciətlər edərək, aşkar etdiyimiz, gündəmə gətirdiyimiz neqativ hallarla bağlı ölçü götürülməsinin vacibliyini xatırlatmışıq. Lakin, əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, Departament mənsublarının, ələlxüsus da qurumun sözçüsü Raquf Mirzəyevin qeyri-konstruktiv mövqeyi təbii sərvətlərimizin talanının davamına “yaşıl işıq” yandırmış, təqsirli şəxslərin hələ də məsuliyyətdən kənar qalmasına səbəb olmuşdur. S.Novruzov demişkən, “əlləzinə oxumuşdur”.

Mövzuya qayıdacağıq.


QOYUNUN QURDA TAPŞIRILDIĞI, QATIĞA QARA DEYİLDİYİ, XALQA ƏL-LƏZİNƏ OXUNULDUĞU YERDƏ NƏ EKOLOGİYA? FOTO+VİDEO
QOYUNUN QURDA TAPŞIRILDIĞI, QATIĞA QARA DEYİLDİYİ, XALQA ƏL-LƏZİNƏ OXUNULDUĞU YERDƏ NƏ EKOLOGİYA? FOTO+VİDEO
QOYUNUN QURDA TAPŞIRILDIĞI, QATIĞA QARA DEYİLDİYİ, XALQA ƏL-LƏZİNƏ OXUNULDUĞU YERDƏ NƏ EKOLOGİYA? FOTO+VİDEO
QOYUNUN QURDA TAPŞIRILDIĞI, QATIĞA QARA DEYİLDİYİ, XALQA ƏL-LƏZİNƏ OXUNULDUĞU YERDƏ NƏ EKOLOGİYA? FOTO+VİDEO
QOYUNUN QURDA TAPŞIRILDIĞI, QATIĞA QARA DEYİLDİYİ, XALQA ƏL-LƏZİNƏ OXUNULDUĞU YERDƏ NƏ EKOLOGİYA? FOTO+VİDEO
QOYUNUN QURDA TAPŞIRILDIĞI, QATIĞA QARA DEYİLDİYİ, XALQA ƏL-LƏZİNƏ OXUNULDUĞU YERDƏ NƏ EKOLOGİYA? FOTO+VİDEO
QOYUNUN QURDA TAPŞIRILDIĞI, QATIĞA QARA DEYİLDİYİ, XALQA ƏL-LƏZİNƏ OXUNULDUĞU YERDƏ NƏ EKOLOGİYA? FOTO+VİDEO
QOYUNUN QURDA TAPŞIRILDIĞI, QATIĞA QARA DEYİLDİYİ, XALQA ƏL-LƏZİNƏ OXUNULDUĞU YERDƏ NƏ EKOLOGİYA? FOTO+VİDEO
QOYUNUN QURDA TAPŞIRILDIĞI, QATIĞA QARA DEYİLDİYİ, XALQA ƏL-LƏZİNƏ OXUNULDUĞU YERDƏ NƏ EKOLOGİYA? FOTO+VİDEO
QOYUNUN QURDA TAPŞIRILDIĞI, QATIĞA QARA DEYİLDİYİ, XALQA ƏL-LƏZİNƏ OXUNULDUĞU YERDƏ NƏ EKOLOGİYA? FOTO+VİDEO
QOYUNUN QURDA TAPŞIRILDIĞI, QATIĞA QARA DEYİLDİYİ, XALQA ƏL-LƏZİNƏ OXUNULDUĞU YERDƏ NƏ EKOLOGİYA? FOTO+VİDEO
QOYUNUN QURDA TAPŞIRILDIĞI, QATIĞA QARA DEYİLDİYİ, XALQA ƏL-LƏZİNƏ OXUNULDUĞU YERDƏ NƏ EKOLOGİYA? FOTO+VİDEO
QOYUNUN QURDA TAPŞIRILDIĞI, QATIĞA QARA DEYİLDİYİ, XALQA ƏL-LƏZİNƏ OXUNULDUĞU YERDƏ NƏ EKOLOGİYA? FOTO+VİDEO
QOYUNUN QURDA TAPŞIRILDIĞI, QATIĞA QARA DEYİLDİYİ, XALQA ƏL-LƏZİNƏ OXUNULDUĞU YERDƏ NƏ EKOLOGİYA? FOTO+VİDEO
QOYUNUN QURDA TAPŞIRILDIĞI, QATIĞA QARA DEYİLDİYİ, XALQA ƏL-LƏZİNƏ OXUNULDUĞU YERDƏ NƏ EKOLOGİYA? FOTO+VİDEO
QOYUNUN QURDA TAPŞIRILDIĞI, QATIĞA QARA DEYİLDİYİ, XALQA ƏL-LƏZİNƏ OXUNULDUĞU YERDƏ NƏ EKOLOGİYA? FOTO+VİDEO
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO