Keyfiyyətsiz məhsulları endirimlə alıcılara sırıyırlar
Gundem
Oxunub: 1 107
29 sen 2015 | 06:22
Keyfiyyətsiz məhsulları endirimlə alıcılara sırıyırlar
















Bu gün paytaxtda xəz-dəri məhsulları satan mağazaların sayı durmadan artmaqdadır.

Bu gün paytaxtda xəz-dəri məhsulları satan mağazaların sayı durmadan artmaqdadır. Artıq havalar soyumağa başladığından xəz-dəri məhsulları satan mağazalar fəaliyyətə başlayıblar. Artıq telekanallarda da verilişlərə sponsorluq edirlər. Xəz-dəri satışıyla məşğul olan qalereyalardan biri də "|Karolina Valiant"dır. Bütün yayı endirimlərlə gündəmə gələn "Karolina Valiant" artıq keyfiyyətsiz məhsullarını yenidən reklam etməyə başlayıb. "Karolina Valiant" insanların etibarını itirmiş xəz-dəri məhsullarının satışıyla məşğul olan mağazadır.

Orada satılan məhsulların Çindən gətirildiyi deyilir. Maraqlıdır ki, orada satılan malları almasalar da mağaza fəaliyyətini davam etdirməkdədir. Verilən məlumata görə, televiziyada gedən reklamların sayəsində az sayda da olsa məhsul sata bilirlər. Mağazaya müştəri daxil olan kimi məhsullarını o qədər tərifləyirlər ki, adamın pulu olsa bir deyil, bir neçəsini almaq istəyər. Təəssüf ki, keyfiyyətli məhsuldan başı çıxmayan insanlar dil pəhlianlarının qurbanına çevrilirlər. Müştəriləri sözlə elə ələ alırlar ki, müştəri istər-istəməz onların toruna düşür və oraya mal almaq məqsədilə daxil olmasa da, oradan əliboş getmir. Təəssüf ki, oradan məhsul alan istehlakçıların heç biri bu vaxta qədər aldıqları məhsuldan razı qalmayıblar. Müştəri mal alana qədər müştərinin başına pərvanə kimi fırlanırlar. Lakin müştəri malı alıb gedəndən sonra müştərini tanımaq belə istəmirlər. Məhsulda hansısa defekt çıxarsa da, istehlakçı bunu mağazaya sübut edə bilmir. Ötən qış istehlakçılardan biri məhsulu alıb aparandan sonra onda qüsur tapıb. Lakin mağazaya müraciət etsə də, mağaza rəhbərliyi məhsulu sizə verəndə heç bir qüsuru yox idi deyərək malı dəyişdirməməkdə israrlı olub. Təəssüf ki, bu kimi hallar "Karolina Valiant" xəz-dəri qalereyasının müştərilərinin başına tez-tez gəlir. Çünki istehlakçılar hüquqlarını dərindən bilmədiklərindən bu cür söz qəhrəmanlarının qurbanına çevrilirlər. Hüquqlarını bilənlər lazımi qurumlara müraciət edərək problemlərini yoluna qoymağı bacarırlar. Lakin hüquqlarından xəbərsizlər isə problemin çözümünü mətbuata müraciət etməkdə görürlər. Amma bilmirlər ki, media məsələni işıqlandıra və lazımi qurumlara çatdıra bilər. Hüquqi yola isə aidiyyəti qurumlar əl ata bilərlər. Ona görə də istehlakçılar öz hüquqlarını öyrənməyə çalışsınlar. Hansısa məhsulu alarkən isə diqqətli olmaq lazımdır. Məsələn məhsul enidirimdədir deyirlər. Satıcıdan məhsulun əvvəlki qiyməti əks olunan sənədi tələb etmək lazımdır. Müştəri dəqiq bilsin ki, mal əvvəl hansı qiymətdə olub. Təəssüf ki, müştəri endirim görən kimi qaçır həmin mağazaya. Kortəbii şəkildə malı alıb aparır. Amma düşünmək lazımdır ki, mağazalar endirim kampaniyalarını o halda həyata keçirir ki, məhsullarını alan olmur. Bundan başqa köhnə və keyfiyyətsiz, sezonu bitmiş məhsullara endirimlər edirlər. Harada görülüb ki, yeni məhsullara endirim edilsin. Ona görə də müştərilər diqqətli olmalıdırlar.

Sözsüz ki, dəridən başı çıxmayan müştəri isə buna dərhal inanır. Çin istehsalı olan məhsulları müştərilərə insanlara İtaliya, Amerika, Yunanıstan istehsalı kimi təqdim edirlər. Azərbaycanda, həmçinin Rusiyanın Xarkov və Pyatiqorsk şəhərlərində iki salonu olan bu mağazalar şəbəkəsi hazırda bazarın lideri sayılır.

Şirkətin nümayəndələri xəz-dəri çeşidlərinin İtaliya, İspaniya, Almaniya, Yunanıstan, Amerika, Kanada, Rusiya, Finlandiyanın təbii xəz və dəri fabriklərində hazırlandığını bildirirlər. "Karolina Valiant"ın özünün məhsullarına gəlincə, istehsalda İtaliyanın, İspaniyanın böyük şirkətlərinin xammallarından istifadə edildiyi qeyd olunur. Göründüyü kimi, ilk baxışdan bir məhsulun satışı üçün əla təqdimatdır. Yəni müştərilər buna asanlıqla aldanıb qalereyadan mal almaq qərarına gəlirlər. Amma reallıqda vəziyyət tamamilə fərqlidir. Belə ki, aparılan araşdırmalar nəticəsində məlum olub ki, İtaliya və İspaniyanın özündə xəz-dəri fabrikləri xammalı başqa ölkələrdən idxal edirlər. Bu halda "Karolina Valiant"ın xammalı adıçəkilən ölkələrdən alması mümkünsüzdür.

Aparılan araşdırmalar göstərir ki, satılan malların qiyməti 1000 manatdan başlayır. Deyilənə görə, şirkət idxal etdiyi məhsullara xüsusi kimyəvi maddələr qatır. Bu isə insan sağlamlığı üçün olduqca təhlükəlidir.

Bu kimi məlumatların mediada işıqlandırılmasına baxmayaraq, vətəndaşlar hələ də "Karolina Valiant" şirkətinin qurbanına çevrilirlər.

P.S. Növbəti sayımızda hansı səfirin bu işdə canfəşanlıq etməsindən yazılacaq.
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Dünən, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Dünən, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Dünən, 09:22
Çin lideri Makronu belə alçaldıb
Dünən, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Dünən, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Dünən, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Dünən, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Dünən, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
7-05-2024, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
7-05-2024, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh