Bəzi məmurlar mediadan və vətəndaşlardan qaçır
Gundem / Siyaset / Bolge
Oxunub: 1 182
30 sen 2015 | 06:04
Bəzi məmurlar mediadan və vətəndaşlardan qaçır













Bu gün vətəndaşların əksəriyyəti informasiyanı saytlardan əldə edir.

Lakin dövlət qurumlarına məxsus əksər saytlarda vaxtlı-vaxtında yenilənmə getmir. Halbuki dövlət saytları informasiya əldə etmək baxımından insanların işini asanlaşdırmalıdır. Ona görə də vaxtlı-vaxtında vətəndaşlar lazımi informasiya ilə təmin olunmalıdırlar. Apardığımız araşdırmalar göstərir ki, icra hakimiyyətlərinin saytlarının çoxunda yenilənmə gec-gec gedir. Ona görə də vətəndaşlar icra hakimiyyətlərinə məxsus saytlardan istənilən məlumatı əldə etməkdə çətinlik çəkirlər. Dövlət qurumlarına məxsus internet portallarının yenilənməsi təkcə sadə vətəndaşlar üçün deyil, eləcə də media nümayəndələri üçün də önəmlidir. Media işçiləri dövlət qurumlarının mətbuat katiblərinə istənilən anda çıxış imkanı tapa bilmədikləri zaman saytlardan istədikləri məlumatı əldə edə bilərlər. Lakin saytlar da lazımi informasiya ilə təmin olunmalıdırlar. Maraqlıdır ki, bəzi məmurlar billərəkdən informasiya xəsisliyi edirlər. Təkcə mətbuata çıxmaqla deyil, eyni zamanda onlara məxsus saytlara da lazımi informasiyanı yerləşdirməkdən qaçırlar. Bütün bunlar onu deməyə əsas verir ki, bəzi məmurlar həm mediadan, həm də vətəndaşlardan ona görə qaçırlar ki, üzərlərinə düşən öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirmirlər. İşlərinə qarşı məsuliyyətsizlik nümayiş etdirirlər. Ona görə də xalqa, mediaya hesabat verməkdən qorxurlar.

Bu səbədən də yerli icra hakimiyyətlərinin saytlarında informasiya göstəriciləri aşağı səviyyədədir. Burada informasiya texnologiyalarının tətbiqi yetərli deyil. Regionlarımızda elektron hökumət quruculuğu sahəsində vəziyyət hədsiz dərəcədə pisləşməyə doğru gedir.

Quba Rayon İcra Hakimiyyətinin saytı axırıncı dəfə 2015-05-09 tarixində yenilənib. Qusar rayonunun icra Hakimiyyətinə məxsus sayt 2015-06-01 tarixində yenilənib. Ağsu rayon İcra Hakimiyyətinə məxsus sayt 2015-09-17 tarixdə yenilənib. Şamaxı rayon İcra Hakimiyyətinə məxsus saytda 2015-09-18 tarixdə yenilənmə aparılıb. Qəbələ rayon İcra Hakimiyyətinə məxsus internet portalında sonuncu dəfə yenilənmə 2015-09-23 tarixdə həyata keçirilib. İsmayıllı rayon İcra Hakimiyyətinə məxsus sayt 2015-09-28 tarixdə yenilənib. Tovuz rayon İcra Hakimiyyətinə məxsus saytda 2015-06-23 tarixdə yenilənmə həyata keçirilib. Zaqatala rayon İcra Hakimiyyətinə məxsus sayt isə 2015-09-16 tarixdə yenilənib.

Qeyd edıək ki, saytların əksəriyyətində Elektron Xidmətlər bölməsi tamamilə boşdur. Xüsusilə də müsəlman dünyasında qeyd olunan Qurban bayramı barədə adlarını çəkdiyimiz saytların heç birində informasiya yerləşdirilmədi. Ola bilməz ki, rayon ərazisində sözügedən bayramla bağlı hansısa mərasim keçirilməyib. Lakin əksər rayon icra hakimiyyətlərinin saytlarında bu barədə bir dənə də olsun xəbər getməyib.

Yerli icra hakimiyyəti orqanlarının əksəriyyətinin saytları olsa da, onların çoxunun içərisində heç nə yoxdur. Bəzi məmurlar məqsədli şəkildə elektron xidmətlərə keçidə maraq göstərmir, hətta müxtəlif yollarla bu prosesə əngəl törədir, bilərəkdən və ya bilməyərəkdən prosesi gecikdirirlər. Odur ki, ilk öncə bu cür məmurlardan yaxa qurtarmaq gərəkdir.

Qeyd edək ki, ölkəmizdə "İnformasiya əldə etmək haqqında" Qanun, informasiya-kommunikasiya texnologiyaları ilə bağlı prezident sərəncamı olsa da, bir sıra dövlət qurumlarının saytı normal fəaliyyət göstərmir. İctimaiyyəti lazımi informasiya ilə təmin etmirlər. Ona görə də bu gün icra hakimiyyətlərinə məxsus saytlara daxil olan az adam tapılar. Sanki icra hakimiyyətlərinin başçıları formallıq xatirinə sayt açıblar.

Nəzər salsanız görərsiniz ki, icra hakimiyyətlərinə məxsus bütün saytlar bir-birinin təkrarıdır. Demək olar ki, dizayn eynidir. Elə bölmə də var ki, boşdur.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...