Keçmiş dəmiryolçunun gələcək arzuları nədən ibarətdir?
Gundem / Siyaset
Oxunub: 1 375
30 sen 2015 | 06:09
Keçmiş dəmiryolçunun gələcək arzuları nədən ibarətdir?
















Nəqliyyat naziri Ziya Məmmədovun başı üzərində qara buludlar dolaşmaqdadır.

Bir vaxtlar qılıncının arxası da, qabağı da kəsən nazir hazırda səlahiyyətlərinin çox hissəsini itirmiş vəziyyətdədir. Hətta iş o yerə çatıb ki, Nəqliyyat Nazirliyinin ləğv edilməsi və Ziya Məmmədovun vəzifəsindən xaric edilməsi məsələsi belə gündəmə gəlib. Nazirin qəfildən bir aylıq məzuniyyətə çıxması bu barədə verilən proqnozların özünü doğruldacağını deməyə əsas verir. Ancaq hər halda gəlin hadisələri qabaqlamayaq.

Çünki bundan əvvəl də bir neçə dəfə Ziya Məmmədovun işdən azad ediləcəyi haqda xəbərlər yayılmışdı. Hər dəfə ən son anda nazir kimlərinsə sayəsində postunu qorumağı bacarırdı. Son günlər yayılan məlumatlarda isə bildirilir ki, həm nazir, həm də oğlu Anar Məmmədov gizli şəkildə ölkəni tərk ediblər. Qəribədir ki, hər dəfə Ziya müəllimlə bağlı bu tip xəbərlər mediaya sızdırılanda deputat qardaşı Elton Məmmədov dərhal açıqlama verirdi. Nədənsə bu dəfə biz onun açıqlamalarının şahidi olmadıq. Deməli, nazirin ətrafında cərəyan edən proseslər olduqca ciddidir. Məhz belə bir ərəfədə Nəqliyyat Nazirliyinin mərkəzi aparatında əməlli-başlı canlanma müşahidə edilməkdədir. Redaksiyamıza daxil olan məlumatlara əsasən, nazirin "vurulmasını" fürsət bilən müavini Arif Əsgərov xeyli fəallaşıb: "Onun aktivləşməsi nazir vəzifəsinə keçmək istəyi ilə bağlıdır. Halbuki, bu şəxs Ziya Məmmədovun sayəsində karyera zirvəsində yüksəlməyi bacarıb. Nazirin çətin günlər keçirdiyini görən keçmiş dəmiryolçu ona zərər vurmaq haqda fikirləşir. Nəqliyyat Nazirliyində nazirin yaxın günlərdə vəzifədən azad ediləcəyi barədə söz-söhbətlər yayılıb. Deyilənə görə, bu cür şayiələrin yayılmasının təşkilatçısı məhz Arif Əsgərovdur. O, gizli şəkildə nazirə qarşı kampaniyaya start verib. Bəzi saytlarda nazirlə bağlı gedən tənqidi yazıların sifarişçisi kimi də o göstərilir. Dəqiq faktlar olmadığı üçün bu məsələ barəsində konkret bir şey demək çətindir. Bir şey dəqiqdir ki, yuxarı dairələrin nazirə əvvəlki tək inamı, etibarı qalmayıb". Mənbəmiz onu da vurğuladı ki, Arif Əsgərovdan başqa da Ziya Məmmədovun postuna göz dikənlər var. Həmin şəxslərin kimliyi haqda yaxın günlərdə müfəssəl məlumat verməyə çalışacağıq. Bu arada, əldə etdiyimiz digər bir informasiyaya görə, məzuniyyətdə olan nazir xarici ölkələrdən birində dincəlir: "Deyəsən, bu məmur üçün vəzifədən çıxarılacağı haqda yayılan məlumatların heç bir önəmi yoxdur. Əslində, onun üçün nə önəmi olmalıdır axı? O indiyə kimi işini görüb. Ölkə ərazisində sayı-hesabı bilinməyən obyektləri, mülkləri, imarətləri var. Hara daş atırsan, Ziya Məmmədovun obyektlərinə dəyir. Turizm üçün əlverişli sayılan rayonların əksəriyyətində hektarlarla meşə sahəsini hasarlatdırıb özü üçün istirahət mərkəzləri tikdirib. Onun nəyi yoxdur ki? Bu var-dövlət ona və özündən sonrakı nəslinə ömrünün sonuna kimi bəsdir". Onu da bildirək ki, bu günlərdə istiqlal.az saytı nazirin oğlu Anar Məmmədovun ölkədən qaçması haqda xəbər yayıb. Saytın məlumatında qeyd olunub ki, nazir oğlunun gedişi atası ilə əlaqədar problemlərlə bağlıdır.

Yazı ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

P.S. Bu məsələlərlə bağlı nəqliyyat naziri Ziya Məmmədovla müsahibəyə zaman istənildi.
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi