Röya Hüseynova: “İki azyaşlı övladımı anasız qoymayın...”
Gundem / Sosial / Bolge
Oxunub: 1 819
1 okt 2015 | 11:28
Röya Hüseynova: “İki azyaşlı övladımı anasız qoymayın...”





















Röya Hüseynova maddi imkansızlıq üzündən həyatla vidalaşır

Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində yaşayan riyaziyyat müəlliməsi Hüseynova Röya Nəbi qızı "Varikoz genişlənmə. Qara ciyər serrozu" diaqnozu ilə ağır xəstədir. Əvvəllər Azad Qaraqoyunlu, Şükür Rəhimov adına tam orta məktəbdə 13 il müəllimə işləməsinə baxmayaraq, səhhəti ilə əlaqədar peşəsindən uzaqlaşdırılıb. Gənc müəllimənin imkanlı şəxslərin yardımına ehtiyacı var. Hazırda maddi durumunun aşağı olması, onun xəstəliyinin müalicəsinə imkan vermir. Röya Hüseynovanın həyatı imkanlı şəxslərin yardımından və həkimlərin şəfalı müalicəsindən asılıdır.
İndiyə qədər aidiyyatı orqanlara etdiyi müraciətləri cavabsız qalan Röya Hüseynova “Azerinfo.az” saytından kömək istəyib. İki azyaşlı övladı olan şikayətçi müəllimə bizim müxbirə müraciət edərək bildirib: “Tərtərdə anadan olmuşam. 1997-ci ildə Süleyman Rəhimov adına Azad Qaraqoyunlu kənd orta məktəbini bitirdim. Həmin il Pedaqoji Universitetin Riyaziyyat fakültəsinə qəbul oldum. Ali məktəbi bitirdikdən sonra ixtisasım üzrə müəllimlik fəaliyyətinə başladım. Ailəliyəm, iki azyaşlı övladım var. Yoldaşım ali təhsilli olmasına baxmayaraq, heç yerdə işləmir. 2012-ci il may ayının 19-da qida borumda qəfil baş verən damar partlamasından qanaxma yarandı". Onu da qeyd edək ki, Röya Hüseynovanı ağır vəziyyətdə Bərdə rayonuna aparılsa da, xəstəxanada Bakı və ya Mingəçevirə aparılması məsləhət görülüb. Mingəçevir xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Lakin, həkimlər Röyanın yaxınlarına bildiriblər ki, evə aparın, yarım saatlıq ömrü qalıb. Yaşadığı evdə artıq yas çadırı belə qurulmuşdu. Amma ailə üzvləri imkansızlıq olsa belə, onu Tərtər Rayon Xəstəxanasının baş həkimi Yaşar Hüseynovun verdiyi təcili tibbi yardım maşını ilə Bakıya götürüblər. Burada qanaxma birtəhər dayandırılıb. Lakin, Miqrqasımov adına Respublika Kliniki Xəstəxanasının reanimasiya şöbəsində 3 gün komada qalıb. Komadan ayılandan sonra 12 gün reanimasiya şöbəsində müalicə olunduqdan sonra şəxsi hesabına M.A.Topçubaşev adına Elmi-Cərrahiyyə Mərkəzinə köçürülərək əməliyyat olunub və yenidən Miqrqasımov adına Respublika Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Bir müddət müalicədən sonra o rayona qayıdıb. Rayona qayıtdıqdan sonra qızdırması yenə də enməyib. Məcbur olub, borc xərclə İrana aparılıb və şəxsi hesabına orada müalicə olunub"
Şikayətçi hər fəsil dəyişikliyində səhhətinin daha da ağırlaşdığını da söylədi: “Fəsil dəyişdikcə səhhətim ağırlaşır. Xüsusilə, payız fəslində. Müalicə olunmağa isə, imkanım yoxdur. 2014-cü ildə yenidən xəstəxanaya düşdüm və həmin il işimdən azad olundum. Bu mənim üçün həyatda aldığım ən ağır zərbə idi. İndiyə qədər 23 dəfə İranda, bir dəfə də İstanbulda müalicəyə görə olmuşam. Müalicələrin xeyri yoxdur, artıq imkanımız da bitib. Aldığım təhsil mənə kömək etmədi. Rayonun Təhsil Şöbəsinin keçmiş müdiri Aydın Qarayevə müraciət etdim. Kömək etmədi mənə. Dərslərim tamam bölündü. Həyatda çox acılar yaşamışam. 2011-ci ildə 33 yaşlı qardaşımı, bir ay əvvəl isə, anamı itirdim. Bu hadisələr də səhhətimə ciddi təsir etdi”.
Şikayətçi müəllimə həmkəndlisi ATV-də qabaqlar nümayiş olunan “Öz Aramızda” verilişinin aparıcısı Zaur Baxşəliyevə də müraciət etdiyini, lakin onun kömək etmədiyini qeyd etdi, həmkəndlisi Röya xanıma cavab verib ki: "Səhiyyə Nazirliyinin qərarına əsasən bizim verilişə qara ciyər serrozu diaqnozlu xəstə çıxarılmır". Bu məsələ ilə əlaqədar Röya xanım Səhiyyə Nazirliyinə müraciət edib və orda bildiriblər kin "Biz bu verilişə belə qadağa qoymamışıq". Tərtər rayonundan olan indiki deputatlığa namizəd Könül Quliyevə Röya xanıma dayaq durub. İndinin özündə də imkanı daxilində kömək edir.
Röya Hüseynova ölümün bir addımlığında olduğunu bildirdi: “Artıq həyatımın son anlarını yaşayıram. Övladlarımın anasız qalmağını istəmirəm. Amma maddi imkansızlıq ucbatından həyatla vidalaşmaq üzrəyəm. Ciddi müalicəyə ehtiyacım var. İstanbulda müalicəmi davam etdirməliyəm. Xalqımın mərd, imkanlı şəxslərindən kömək gözləyirəm. Hər edilən kömək Allah tərəfindən dəyərləndirilir. İki azyaşlı övladımı anasız qoymayın. Yaşadığımız evdən başqa hər şeyi satmışıq. Uşaqlarım məktəbdə oxuyurlar. Onların belə ehtiyaclarını təmin edə bilmirik. Qızım mənə baxdığı üçün dərsə də getmir. Rayonun Təhsil Şöbəsinin Həmkarıar İttifaqı bir dəfə də olsun ki, mənimlə maraqlanmadı və kömək etmədi. Müəllimlikdən azad olundum, amma yardım etmədilər”.
Qeyd edək ki, Röya xanım Prezidentimiz İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müraciət etdi: “Hörmətli cənab prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva, ümidim yalnız Sizədir. Sizlərin müəllim adına verdiyiniz dəyər hamımıza məlumdur. İnanıram ki, səhhətim barədə də xəbərdar olsanız, mənə yardım edəcəksiz. İşimi davam etdirmək, xalqımın övladlarına savad bəxş etmək istəyirəm”.

Röya Hüseynova: “İki azyaşlı övladımı anasız qoymayın...”
Röya Hüseynova: “İki azyaşlı övladımı anasız qoymayın...”
Röya Hüseynova: “İki azyaşlı övladımı anasız qoymayın...”









Sonda xəstə müəlliməyə kömək etmək istəyən insanlar üçün əlaqə telefonunu və bank hesabını təqdim edirik:
077 512 68 04 Röya Hüseynova

Beynəlxalq Bank Tərtər Şöbəsi
4127222232647453 - Kart nömrəsi

Xanlar Cəbrayılzadə
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ