20-09-2020, 01:21 Oxunub: 247

Deputatın köməkçisi mətbuata dərs keçir? - "Deputat oğlunun 2 milyonluq borc söhbətindən KİV-ə nə?.."

Deputatın köməkçisi mətbuata dərs keçir? -  "Deputat oğlunun 2 milyonluq borc söhbətindən KİV-ə nə?.."


"Onun oğlunun, yaxud da ayrı bir adamın fəaliyyətində, nəsə cinayət əlaməti varsa, hüquq-mühafizə orqanları araşdırma apara bilərlər".

Bunu açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyevin köməkçisi Samir Səfiyev Orxan Quluzadənin Londonda 2 milyonluq borc məsələsinə aydınlıq gətirərkən deyib.

Samir Səfiyev bildirib ki, bu məsələlərin mətbuata və eləcə də jurnalistlərə heç bir aidiyyatı yoxdur: "Bu məsələnin mətbuata nə aidiyyatı? Tutaq ki, onun oğlunun nəsə problemi var, ondan mətbuata nə? Bu, onun ictimai fəaliyyəti ilə bağlı deyil, şəxsi ailə işidir".

"Deputat oğlu Londonda şirkəti hansı maliyyə ilə qurub” sualına isə köməkçinin cavabı belə olub: "Onun maliyyəsinin hardan olması və eləcə də Londonda müflisliyinin jurnalistə nə dəxli? Hüquq-mühafizə orqanları var, əgər belə bir məsələ varsa, məşğul olsunlar. Mənə onun ictimai fəaliyyəti maraqlıdır, ailəsindəki problemin heç kəsə aidiyyatı yoxdur, lazım olarsa, ictimailləşdirər, özünün şəxsi işidir".

Qeyd edək ki, İngiltərənin paytaxtı Londonda fəaliyyət göstərən və Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, millət vəkili Ülvi Quliyevin oğlu Orxan Quluzadəyə məxsus "Ugano Limited” şirkəti ötən il üçün maliyyə hesabatını açıqlayıb. Hesabata görə, deputat oğlu Londonda 2 milyonluq borca düşüb. /qaynar/
Deputatın oğlunun adına milyonluq mülklər ÜZƏ ÇIXDI Deputatın oğlunun adına milyonluq mülklər ÜZƏ ÇIXDI Gundem / Sosial / Dunya Deputat oğlunun adı ilə biznes qurub - FOTO Deputat oğlunun adı ilə biznes qurub - FOTO Sosial / Dunya Jurnalistlər deputatı tanımadılar: “Elçin Quliyev kimdir, elə deputat var?” Jurnalistlər deputatı tanımadılar: “Elçin Quliyev kimdir, elə deputat var?” Siyaset / Dunya “Dərhal hərəkətə keçin!” — Deputatdan Vidadi İsgəndərli ilə bağlı hüquq-mühafizə orqanlarına ÇAĞIRIŞ “Dərhal hərəkətə keçin!” — Deputatdan Vidadi İsgəndərli ilə bağlı hüquq-mühafizə orqanlarına ÇAĞIRIŞ Siyaset Deputat oğlunun saxlanılmasından danışdı Deputat oğlunun saxlanılmasından danışdı Sosial