11-10-2015, 11:18 Oxunub: 948

Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini minaatan və qumbaraatanlardan atəşə tutmaqda davam edir

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 58 dəfə pozub.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Sarıcalı, Kəngərli, Şıxlar, Novruzlu, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 61 dəfə atəş zərbəsi endirib.
Cəbhədən ən son məlumat - RƏSMİ Cəbhədən ən son məlumat - RƏSMİ Siyaset Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini minaatan və pulemyotlardan atəşə tutmaqda davam edir Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini minaatan və pulemyotlardan atəşə tutmaqda davam edir Gundem Cəbhədə güclü atışma Cəbhədə güclü atışma Sosial Cəbhədən son xəbər Cəbhədən son xəbər Gundem Cəbhədən son xəbər Cəbhədən son xəbər Gundem