Tələbə yataqxanasında yaşayan Qarabağ qazisi “Qaçqınkom”dan ev istəyir
Gundem / Sosial
Oxunub: 1 119
11 okt 2015 | 15:25
Qarabağ qazisi, məcburi köçkün olan Vüqar Əliyev 20 ildən artıqdır ki, Bakı Dövlət Universitetinin tələbə yataqxanasında çox çətin şəraitdə yaşayır. Ailəsi ilə birlikdə şəraitsiz, uçuq-sökük yataqxanada yaşayan Vüqar Əliyev artıq bu vəziyyətə dözə bilmədiklərini deyir.

Bununla bağlı musavat.com-a danışan Qarabağ qazisi deyir ki, dəfələrlə məcburi köçkünlərə evlər paylanarkən onun ailəsinə ev verilməyib: “22 ilə yaxındır ki, yataqxanalarda yaşayıram. Dəfələrlə mənə ev verilməsi ilə bağlı "Qaçqınkom"a müraciət etmişəm. Lakin müraciətimə baxan yoxdur. Ümumilikdə yataqxanalarda yaşayan məcburi köçkünlərdən 700 ailə mənzillə təmin olunub. Yaşadığım 8 saylı tələbə yataqxanasında, 9 mərtəbəli binada yaşayan məcburi köçkünləri köçürdülər. Bizə isə mənzil verilmədi. Cəmi 9 ailə qalmışıq”.

Vüqar Əliyevin həyat yoldaşı Sevil Əliyeva da deyir ki, adları mənzil qeydiyyatında olsa da, hələ də mənzillə təmin olunmayıblar: “Məcburi köçkünləri mənzillə təmin etmək üçün qeydiyyata almağa gəlmişdilər. Həmin vaxt mən də orada idim. Evlər verilərkən mənim adım mənzil qeydiyyatında olan siyahıdan çıxmadı”.

Sevil Əliyeva yataqxanadakı şəraitsizlikdən də şikayət etdi: “İllərdir ki, şəraitsizlikdən əziyyət çəkirik.Yataqxanaya su gəlmir. Bir stəkan suya möhtac oluruq. Suyu həyətdən vedrələrlə daşıyırıq. 2 ildir ki, 8 saylı yataqxanada yaşayırıq. Qaz, işıq, su üzünə həsrət qalmışıq. Yataqxana qəzalı vəziyyətdədir. Toz-torpaq içində batırıq. Hər tərəf uçuq-sökük vəziyyətdədir. Uşaqlar da böyüyüb. Balaca otaqlarda yaşamaq çətindir. Rütubətli, dar otaqlarda uşaqlar xəstəlik tapıb. Böyük oğlumda nəfəs çatışmazlığı var. Müalicə olunmalıdır. "Qaçqınkom" bizi buraya köçürəndə dedilər ki, narahat olmayın sizi mənzillə təmin edəcəyik. “Qaçqınkom"un sədri Əli Həsənovdan xahiş edirəm ki, başqalarını yeni mənzillə təmin etdikləri kmi, bizi də sevindirsin”.

Qarabağ qazisinin mənzil problemi ilə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimovla əlaqə saxladıq. Qurumdan bizə bildirildi ki, məsələ ən qısa zamanda araşdırılıb, lazımi məlumat veriləcək.

Mövzunu diqqətdə saxlayacağıq.

musavat.com

Tələbə yataqxanasında yaşayan Qarabağ qazisi “Qaçqınkom”dan ev istəyir
Tələbə yataqxanasında yaşayan Qarabağ qazisi “Qaçqınkom”dan ev istəyir
Tələbə yataqxanasında yaşayan Qarabağ qazisi “Qaçqınkom”dan ev istəyir
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB