Ali təhsil ocağında qurunun oduna yaş da yanır
Gundem
Oxunub: 1 206
15 okt 2015 | 06:15
Ali təhsil ocağında qurunun oduna yaş da yanır















Təhsil sahəsində islahatların aparılmasına baxmayaraq bu sahədə inkişaf yoxdur.

Orta məktəblərdən tutmuş ali təhsil ocaqlarına qədər əksəriyyətinin fəaliyyətində ciddi nöqsanlar mövcuddur. Yanlış kadr islahatlarının nəticəsidir ki, ölkənin təhsil sistemi çökmək üzrədir. Demək olar ki, az sayda ali təhsil ocaqları tələbələrə keyfiyyətli təhsil verir. Belə təhsil ocaqlarından biri də Azərbaycan Texnologiya Universitetidir. Bu təhsil ocağının fəaliyyətindəki nöqsanlarla bağlı redaksiyamıza tez-tez şikayət məktubları daxil olur. Gəncədə fəaliyyət göstərən bu təhsil ocağı Gəncə əhalisi üçün xəcalət yeridir. Gəncə təhsilini bərbad hala salan təhsil ocaqlarından biri də Azərbaycan Texnologiya Universitetidir. Bizə verilən məlumatlara görə, adını çəkdiyimiz təhsil ocağı tələbələrə keyfiyyətli təhsil vermir. Universitetdə təhsildən çox başqa işlərlə məşğuldurlar. Sözügedən təhsil ocağında təhsil almaq ikinci plana keçib. Mənbə bildirir ki, tələbələr qiyməti savadları əsasında deyil başqa yollarla alırlar. İmtahan zamanı Azərbaycan Texnologiya Universiteti təsəvvür imkanlarına siğmayan bir məkana oxşayır. Qiymət almaq üçün tələbələrə "qiyamət mühazirələr" oxuyurlar. Bu da sözsüz ki, oxumayan tələbələrə sərf edir. Oxuyan tələbələrə isə qətiyyən sərf etmir. Ona görə də qurunun oduna yaş da yanır. Demək olar ki, bu təhsil ocağına qəbul olanlar peşmançılıq hissi keçirirlər. Bizə verilən məlumata görə, buranı bitirən tələbələrin çoxu Gəncədən adının çəkilməsini istəməyən mötəbər mənbədən aldığı məlumata görə rektor Akif Süleymanovun universitetə nəzarəti həddindən artıq zəifdir. Rektorun nəzarətinin nəticəsidir ki, ali təhsil ocağına nə girən bəllidir, nə də çıxan. Tələbələr istədikləri vaxtda dəsrlərdə iştirak edirlər. Bununla yanaşı müəllim heyəti də dərslərə məsuliyyətsiz yanaşır. Universitetdə dərslərin köhnə metodlarla keçirildiyi deyilir. Texnologiyanın inkişaf etdiyi bir dövrdə universitet müasir avadanlıqlar baxımından çox kasaddır. Kompüterlər çox köhnədir. Az sayda müasir tələblərə cavab verən kompüter var ki, bu da rektorun və bir neçə kafedra müdirinin otağındadır. Ona görə də Azərbaycan Texnologiya Universitetində təhsilin səviyyəsi həddindən artıq aşağıdır. Ağrılı məsələrdən biri də bu universitetdə gəncləşmə siyasətinin aparılmamasıdır. Yeniliklərdən uzaq olan bu tədris müəssisəsi hələ də saralan dəftərlərdən mühazirə oxuyan müəllimlərin ümidinə qalıb. Bu isə olduqca təhlükəlidir. Müəllim heyəti gəncləşmir, tələbə saralmış dəftərlərdəki mühazirələrlə qane olmur və nəticədə bir-birini anlamayan tələb-müəllim arasında təhsil səviyyəsindən uzaq söhbətlər yaranır. Hətta adını çəkdiyimiz ali təhsil ocağında müəllim tələbə münasibətlərində xoşagəlməz hallar yaşanır. Nə müəllimlər tələbələrə hörmət qoyur, nə də tələbələr müəllimlərə. Odur ki, müvafiq qurumlar Azərbaycan Texnologiya Universitetində ciddi yoxlamalar aparsalar, yaxşı olardı.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO