"Mənə bildirdilər ki, bu sənəd o qədər də önəm daşımır..." - GİLEY
Bolge
Oxunub: 539
17 iy 2021 | 21:45
"Mənə bildirdilər ki, bu sənəd o qədər də önəm daşımır..." - GİLEY


Məhərrəm Quliyev deyir ki, atasının adına olan 8 sot torpaq sahəsi xəbərdalıq edilmədən başqa şəxsin adına keçirilib.

Şəmkirin Çinarlı qəsəbəsində anadan olan Quliyev Məhərrəm Yaşar oğlu Milli.Az-a müraciət edərək, atasının adına olan 8 sot torpaq sahəsinin qanunsuz olaraq başqa şəxsə satıldığını iddia edir. Məhərrəm Quliyev dəfələrlə aidiyyatı qurumlara müraciət etdiyini desə də, problemi həllini tapmayıb: "1997-ci ildə Şəmkirin Çinarlı qəsəbəsində hər ev başına 8 sot həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq atam Quliyev Yaşar Hüseyn oğlunun adına olub. 2009-cu ildə isə verilmiş 8 sot torpaq sahəsi qanunsuz sənəd əsasında satılıb. Dəfələrlə Şəmkir rayonu Çinarlı qəsəbəsi bələdiyyəsinə və kənd sovetinə, eyni zamanda Şəmkir şəhər İcra Hakimiyyətinə müraciət etmişəm. Ora getdiyim zaman Torpaq və xəritəçəkmə şöbəsinin nümayəndəsi də orada idi. Daha sonra icra başçısının müavini Tofiq müəllim məni qəbul etdi. Problemimi ona danışdım. Bildirdi ki, biz sənə kömək edə bilmərik.

Daha sonra bu qurumlardan məni Şəmkir şəhər Məhkəməsinə yönləndirdilər. Lakin bunun da heç bir nəticəsi olmayıb. Məhkəmənin əməkdaşı mənə ərazinin "çertyojunu" gətirməyimi bildirdi. Sadəcə, mənim əlimdə ərazinin atamın adına olmasıyla bağlı sənəd var. Başqa sənəd yoxdur. Mənə bildirdilər ki, bu sənəd o qədər də önəm daşımır.

Bundan əlavə, dəfələrlə aidiyyatı qurumlara da müraciət etmişəm. Həmin qurumlarda məsələnin tezliklə həll olunacağını desələr də, təəssüf ki, problem olduğu kimi qalmaqdadır. Hazırkı bələdiyyə sədri bildirir ki, "məndən əvvəlki bələdiyyə sədrinin vaxtında sözügedən torpaq sahəsi satılıb". İddia edirlər ki, bələdiyyə binası yandırıldığına görə, bütün sənədlər yanıb. Bu baxımdan bərpa edə bilmədiklərini deyirlər.

Qeyd etmək istəyirəm ki, hazırda arxiv idarəsinə verilmiş 8 sot torpağın atam Quliyev Yaşar Hüseyn oğlunun adına sənədi var".

Qarşı tərəfin də cavabını işıqlandırmağa hazırıq...
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ