Eldar Mahmudovun vəzifəsindən azad olunmasından dərhal sonra MTN-in yüksək rütbəli əməkdaşlarının həbs olunduğu iddia edilir.
Gundem
Oxunub: 2 610
18 okt 2015 | 10:43
Eldar Mahmudovun vəzifəsindən azad olunmasından dərhal sonra MTN-in yüksək rütbəli əməkdaşlarının həbs olunduğu iddia edilir.
Eldar Mahmudovun vəzifəsindən azad olunmasından dərhal sonra MTN-in yüksək rütbəli əməkdaşlarının həbs olunduğu iddia edilir.
Millli Təhlükəsizlik Nazirliyində kütləvi həbslərə başlanılıb.

ANS PRESS-in virtualaz.org saytına istinadla verdiyi məlumata görə, Prezident İlham Əliyevin sərəncamı ilə oktyabrın 17-də vəzifəsindən azad olunan milli təhlükəsizlik naziri Eldar Mahmudov yoxa çıxıb. Onun harada olması barədə heç bir məlumat yoxdur.

Məlumatlı mənbələrdən virtualaz.org saytına verilən xəbərə görə, nazir vəzifədən azad ediləndən sonra MTN-in bir neçə əməkdaşı həbs olunub. Onlar telefon danışıqlarını izləməklə məşğul imiş.

Belə güman edilir ki, həmin MTN əməkdaşları yüksək rütbəli məmurların telefonlarını ölkə rəhbərliyinin icazəsi olmadan, E.Mahmudovun göstərişi ilə dinləyirmiş.

Virtualaz.org saytının əldə etdiyi digər məlumata görə, keçmiş nazirin özü də qulluq səlahiyyətlərini aşdığı üçün hazırda saxlanılıb.
Strateq.az-ın yaydığı məlumata görə isə nazirin vəzifəsindən çıxarıldığı saatlarda Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun birgə əməliyyat qurupu MTN-in Monitorinq Xidmətinin rəisi general Teymur Quliyevi və Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevi və daha bir neçə yüksəkrütbəli əməkdaşı həbs ediblər.
Məlumatlara görə, onlar MTN-in imkan və səlahiyyətlərindən yararlanaraq, hakimiyyətdəki yüksək vəzifəli şəxslərin özlərinin və ailə üzvlərinin telefon danışıqlarını dinləyirmişlər.

Teymur Quliyev 2012-ci ilin martın ölkə başçısının sərəncamı ilə General-mayor rütbəsinə layiq görülüb. Daha əvvəl Azərbaycan Beynəlxalq universitetinin sabiq rektoru Elşad Abdullayev Teymur Əliyevin qardaşının oğurlanmasının təşkil edənlər sırasında olduğunu bildirirdi.

Polkovnik-leytenant Əliyev İlqar Mustafa oğlu - 2011-ci ilin martında Prezidentin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

KİV-nin yaydığı digər xəbərdə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun yerinə kimin təyin oluna biləcəyi də iddia olunur. Qeyd edilir ki, MTN-nin yeni şefi kimi ən çox ehtimal olunan namizəd Prezident Administrasiyasının hərbi məsələlər üzrə şöbə müdiri, Bakı polisinin keçmiş rəisi general Məhərrəm ?liyevdir.

Məhərrəm Əliyev 1951-ci ilin oktyabrın 20-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində doğulub.

Müxtəlif vaxtlarda Bakı şəhərinin Nizami, Sabunçu, Xətai, Səbail rayon Polis İdarələrində rəhbər vəzifələrdə çalışıb.
1993-cü ilin noyabrından 2007-ci ilin iyun ayınadək Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub.

2007-2011-ci illərdə Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

Prezident İlham Əliyevin 30 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Ölkə başçısının 30 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Məhərrəm Əliyev general-leytenant hərbi rütbəsi verilməklə həqiqi hərbi xidmətə qəbul edilib.

Məlumatı dəqiqləşdirmək üçün rəsmi qurumlarla əlaqə saxlanılsa da, hələlik bu xəbərlərə rəsmi reaksiya yoxdur.
Eldar Mahmudovun yerinə hələ ki, təyinat olmayıb və bununla bağlı prezident sərəncamı dərc olunmayıb.

Eldar Əhməd oğlu Mahmudov 1956-cı ildə Bakı şəhərində alim ailəsində anadan olub. 1978-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.
1980-2004-cü illərdə daxili işlər orqanlarında xidmət edib. Bu dövrdə mütəşəkkil cinayətkarlıqla mübarizə, cinayət-axtarış strukturlarında çalışıb.

1993-cü ildə Azərbaycan Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi vəzifəsinə təyin edilmiş, bir müddətdən sonra həmin idarənin rəis müavini vəzifəsinə irəli çəkilib.

1993-2003-cü illərdə İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin və İqtisadi sahədə Əməliyyat-Əlaqələndirmə Bürosunun rəisi vəzifələrində işləyib. 2004-cü ilin əvvəlindən isə Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 27 mart 2014-cü il tarixli Sərəncamı ilə milli təhlükəsizlik naziri Eldar Əhməd oğlu Mahmudova general-polkovnik ali hərbi rütbəsi verilib.

Ailəlidir, üç övladı vardır.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE