Söylənilənlər bəzən həqiqəti əks etdirmir
Gundem
Oxunub: 1 721
29 avq 2014 | 13:32
Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən ictimai-iaşə obyektlərindən bəzilərində, kim hansı özbaşınalıqla, xoşagəlməz olayla və. s üz-üzə qalarsa, heç də olub-keçənlərə təəccüblə baxmasın. Çünki, əldə etdiyimiz məlumatlara görə, rayonun ərazisində fəaliyyət göstərən kafelərin, restoranların və başqa-başqa ictimai-iaşə obyektlərinin əksəriyyətinin arxasında, hansısa möcüzəvi güc dayanır. Belə olan təqdirdə ünvan sahiblərinin kefi necə istəyir, o cür də əhaliyə xidmət göstərirlər. Məsələn, bir neçə gün bundan əvvəl rayonun Biləcəri qəsəbəsində yerləşən Biləcəri restoranında da, qeyd etdiyimiz olayla üz-üzə qaldıq.
İsti yay günü olduğundan qərara aldıq ki, həmin restoranın həyətindəki ağaclıqda əyləşib bir qədər pivə içək. Düzdür, həyət-bacada yaradılmış səliqə-səhman göz oxşasa da, göstərilən xidmətin göstəricisi isə ürəkaçan deyildi. Nəysə, hava şəraitinin həddən-ziyadə isti olması, ümumi fikrimizin dəyişməsinə imkan vermədi. Elə ki, sifariş verdiyimiz pivəni içməyə başladıq, bu zaman stol üstünə gətirilən pendirin (saçaqlı) ümumi görnüşü, bizi müəyyən şübhələrə sövq etdi. Yəni, restoranda xidmət göstərən oğlandan soruşduqda ki, niyə pendiri (saçaqlı) didilmiş halda stol üstünə gətirirsiniz, yaxşı olmazmı ki, doğranmış şəkildə gətirəsiniz. Oğlan bir an dayanıb: Əmi qurban olum mən kiməm, mənə belə tapşırıq veriblər, bu halda da gətirməliyəm dedi. Sən demə, restoran rəhbərliyinin belə bir tapşırıq verməsinin də müəyyən özəllikləri var imiş. Əvvəla, pendirin didilmiş halda stol üstünə qoyulması, ilk növbədə müştərilərin aldadılması üçün imkanlar yaradır. Bundan başqa isə, ümumi görnüş onu göstərir ki, stol üstünə bir qab dolu pendir gətirilir. Əgər pendir doğranmış halda gətirilərsə, bu didilmiş halda olan pendirin görnüşünü göstərə bilməz.
Sən demə rəhbərlik belə bir addımı atmaqla, sözsüz ki, hansısa marağını güdmüş olur. Amma, müştərinin aldadılması və digər problemləri əmələ gəlməsi isə, yəqin ki, onu heç vaxt düşündürmür. Əvvəla, onu qeyd edək ki, doğranmış pendirin didilmiş hala salınması, həm də müəyyən xəstəliklərin yayılmasına imkanlar yaradır. Kim ona təminat verə bilər ki, bu işi görən işçinin əllərində heç bir keçici xəstəlik yoxdur və o hər ay tibbi müayinədən keçir. Əlbəttə belə bir halın olması, yüzün-yüzə nisbətində həllini tapmamış problemlərdəndir.
Diqqəti cəlb edən hallardan biri də odur ki, ümümi ərazisi olduqca böyük və müştəri bolluğu ilə əksər ünvanlardan fərqlənən Biləcəri restoranında, bir kimsəyə belə qəbz verilmir. Sözsüz ki belə bir halın varlığı da, olduqca böyük bir problemdir.
Onu da qeyd edək ki, həmin gün qonşu stolda oturan başqa bir müştərinin danışdıqlarını eşitdikcə, əksər mətləblərdən də xəbərdar ola bildik. Yəni, həmin müştəri bildirdi ki, restoran sahibinin bu cür əndrabadi əməllərə qol qoymasının bir səbəbi var. Çünki, o, hər yerdə bildirir ki, mənim kefim belə istəyir, belə də işləyirəm. Kim mənə nə edə bilər! Çünki, arxamda Bəylər müəllim kimi bir dayağım var.
Əvvəla, belə bir amilin olması böyük şübhələrə yol açır və cənab Bəylər müəllimin adının hallandırılmasını isə, təsdiqini tapmayan fakt kimi qiymətləndiririk. Çünki, bizim eşidib bildiyimiz bir həqiqət var ki, o da hörmətli Bəylər müəllim dövlətimizə, dövlətçiliyimizə sədaqətlə xidmət edən şəxslərdən biri olmasıdır. İctimai yanaşma da, söylədiyimiz fikri tam təsdiq edir. Onun adından belə bir ünvanlarda istifadə olunması isə, yəqin ki, heç də həqiqəti əks etdirmir.

Qarşı tərəfin fikrini işıqlandırmağa hazırıq.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO