DİN-dən "Yeni Müsavat"da çap olunan yazıya reaksiya...
Gundem
Oxunub: 1 037
23 noy 2015 | 14:24
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə "Yeni Müsavat" qəzetində çap olunan yazıya reaksiya verib.
DİN-dən "Yeni Müsavat"da çap olunan yazıya reaksiya...
Orxan Mansurzadənin musavat.com-a göndərdiyi açıqlamanı olduğu kimi diqqətinizə çatdırırıq: "Yeni Müsavat" qəzetinin 23 noyabr 2015-ci il tarixli sayında dərc olunmuş “Məni vəhşicəsinə döydülər ki, saxta sənədlərə qol çəkim” başlıqlı yazıda məhkəmə qarşısına çıxarılan Sumqayıt şəhər sakini Mehman Məmmədovun istintaq prosesində ona qarşı guya haqslzlıqlar edilməsi, ədalətli araşdırma aparılmadığı barədə səsləndirdiyi iddiaların heç bir hüquqi əsası yoxdur və bu, özünümdafiə taktikası kimi sözügedən şəxsin təqsirsizliyi barədə ictimai rəyin yaradılmasına xidmət edir.

İndi haqdan-ədalətdən dəm vuran, guya günahsız yerə məhkum olunacağından şikayətlənən bu şəxsin törətdiyi cinayət əməlləri Sumqayıt şəhər sakini Gülverdi Ağaverdiyevin H.Zeynalabdin qəsəbəsi Dəmir Yol yaşayış massivi ərazisində yerləşən ərzaq mağazasından 5.11.2014-cü il tarixdə törədilmiş oğurluq faktı üzrə Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində CM-nin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı zamanı üzə çıxıb.

Müəyyən olunub ki, Sumqayıt şəhər sakini Elxan Şahbazov qohumu Vüsal Məmmədov və tanışı Mehman Məmmədov ilə qabaqcadan cinayət əlaqəsinə girərək özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə G.Ağaverdiyevə məxsus mağazadan təqribən 1500 manat dəyərində oğurluq ediblər.

Mehman Məmmədovun da daxil olduğu məlum cinayətkar qrup keçən il və bu ilin əvvəllərində Sumqayıt şəhəri ilə yanaşı respublikanın Siyəzən, Şabran rayonlarında da serial oğurluqlar törədib və həmin faktlar üzrə qaldırılan cinayət işləri bir icraatda birləşdirilib.

Maraqlıdır ki, indi günahsızlığını iddia edən, əvvəllər iki dəfə CM-in eyni maddəsi ilə məhkum edilən, sonuncu oğurluğa görə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəzasını çəkən M.Məmmədov artıq üçüncü dəfə eyni aqibəti yaşamalı olacaq. M.Məmmədovun iddialarının əksisnə olaraq, adları çəkilən şəxslərin törətdikləri cinayət əməlləri istintaq zamanı tam sübuta yetirilib. Artıq istintaq başa çatdırılaraq cinayət işi baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilib”.

http://musavat.com
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO