Şəkili Əhmədiyyə Cəbrayılov və ya bizim qəhrəmanlar niyə unudulur?
Gundem
Oxunub: 1 831
25 noy 2015 | 14:33
Şəkili Əhmədiyyə Cəbrayılov və ya bizim qəhrəmanlar niyə unudulur?Vətən, onu sevən, onu qoruyan varsa Vətəndir. Tarix boyu torpaqlarımızı mənfur düşməndən qorumaq üçün neçə-neçə oğul və qızlarımız canından, qanından keçib. Bu insanlar öz qəhrəmanlıqları, göstərdikləri rəşadətlərə görə hörmət və ehtirama layiqdirlər. Dövlət səviyyəsində bu insanların xatirəsi əbədiləşdirilir, adları uca tutulur. Azərbaycan xalqının belə övladları çoxdur. Bu gün bu insanların, xüsusilə məktəb səviyyəsində daha yaxşı tanıdılmasına ehtiyac var. Belə qəhrəmanlar arasında Şəkili Əhmədiyyə Cəbrayılovun adını xüsusi qeyd etmək olar.

Qəhrəmanların təbliği yetişən nəslin vətənpərvər ruhda tərbiyyə olunması baxımından əhəmiyyət daşıyır. Ancaq bu gün onların tanıdılması istiqamətində görülən işlərlə kifayətlənmək olmaz. İgidliyinə görə, dünya səviyyəsində tanınan Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi Şəkili Əhmədiyyə Cəbrayılov haqda bildiklərimiz olduqca məhduddur.

Orta məktəb dərsliklərində bir çox qəhrəmanlarla yanaşı, Əhmədiyyə Cəbrayılov haqda dolğun məlumatın olmaması təəssüf doğurur. Əksinə dərsliklərdə bəzi xalqların qəhrəmanları barədə bəlkə də qədərindən artıq məlumat verilir. Bu isə istər-istəməz “bizim qəhrəmanlar niyə unudulur?” sualını yaradır.

Dərsliklərin hazırlanması və tərtibatı ilə məşğul olan qurumların bu nüansa xüsusi diqqət ayırması vacibdir.

Torpaqlarımıza göz dikən mənfur düşmənə tutarlı cavab vermək üçün tariximizi dərindən öyrənməli, qəhrəmanlarımızı yaxşı tanımalıyıq. Danılmaz faktdır ki, ermənilər tarixi saxtalaşdırmaqla beynəlxalq rəyi öz mənafelərinə uyğun şəkildə təhrif etməyə çalışır, bu istiqamətdə ən iyrənc yollara belə əl atmaqdan çəkinmirlər. Onlar bu yaxınlarda “Vikipediya”da Əhmədiyyə Cəbrayılov barədə rus dilində dərc olunan məlumatların silinməsinə nail olublar. Bu fakt bir daha qəhrəmanlarımızın daha yaxşı təbliğ edilməsi zərurətini ortaya çıxarır.

Əlbəttə, bu məsələdə KİV-lərin də üzərinə böyük məsuliyyət düşür. Jurnalist araşdırmalarında bu mövzuya geniş yer ayrılmalı, efir vasitəsilə qəhrəmanların həyat yolu, nümunəvi davranışları, şücaətləri, eləcə də ailə üzvləri barədə geniş və dolğun məlumatlar işıqlandırılmalıdır. Bugünkü müstəqilliyimizi, azadlığımızı belə insanlara borcluyuq. Əgər biz öz qəhrəmanlarımıza sahib çıxmasaq, başqaları onları tarixdən silməyə davam edəcək. Odur ki, hər bir vətəndaş bu yolda əlindən gələni etməli və qürur mənbəyimiz olan qəhrəmanlarımızın adını yüksəklərə qaldırmalıdır.

http://kepeztv.az
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO