Gəncədə mikroavtobusun divara çırpılması nəticəsində 20-ə yaxın sərnişin xəsarət alıb (Yenilənib)
Gundem / Hadise
Oxunub: 1 544
26 noy 2015 | 14:38
Gəncədə sərnişin daşıyan mikroavtobusun divara çırpılması nəticəsində 20 nəfər xəsarət alıb. Xəstəxanaya yerləşdirilən yaralılardan vəziyyəti ağır olanlar var.
Gəncədə mikroavtobusun divara çırpılması nəticəsində 20-ə yaxın sərnişin xəsarət alıb (Yenilənib)
Gəncədə mikroavtobusun divara çırpılması nəticəsində 20-ə yaxın sərnişin xəsarət alıb (Yenilənib)Bu gün saat 14:00 radələrində Gəncənin Ozan küçəsində sərnişindaşıyan mikroavtobus qəza törədib. 29 saylı marşrut üzrə hərəkət edən “Mercedes” markalı mikroavtobus Firdovsi Əliyev küçəsindən Ozan küçəsinə dönərkən əyləc sistemində yaranan problem üzündən yaşayış evinin divarına çırpılıb. Hadisə nəticəsində nəqliyyat vasitəsinin sürücüsü və 19 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan 2-nin vəziyyətinin ağır, 17-nin səhhəti isə orta ağır olduğu bildirilir.

Şahin Quliyev - həkim: “Avtoqəza nəticəsində bizim xəstəxanaya 19 nəfər gətirilib. Onlardan ikisinin vəziyyəti ağır olduğundan dərhal palataya yerləşdirilib. Digərlərinin isə müayinələri davam etdirilir. Bəzilərinin xəsarətləri yüngül olduğundan ambulator müalicəyə buraxılacaq”.

Xəstəxanadan yaralıların əksəriyyətinin tələbə olduğu bildirilir. Yaralılar bunlardır.

Azər Məmmədov - sürücü

Şəhriyar Cəlilov

Hekayət Əhmədzadə

Arifə Cabbarova

Xəyalə Abdulxalıqova

Ülkər Əfəndiyeva

Afaq Məmmədova

Məryəm Əliyeva

Zəhra Məmmədova

Nərmin Əmirova

Sevda İsmayılova

Zöhrab Namazov

Elmir Cəlilli

Elmira Məmmədova

Milana Məmmədova

Amid Babaxanov

Toğrul Əliyev

İlham Bağırov

Pərvanə Fətəliyeva

Tofiq Eminov

Gəncə şəhər 1 saylı uşaq poliklinikasından Kəpəz Televiziyasına verilən məlumata görə, qolun sınığı diaqnozu ilə poliklinikaya gətirilən bir azyaşlıya da ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.


15:10 - a olan xəbər

Gəncədə 29 saylı marşrut üzrə hərəkət edən mikroavtobusun Ozan küçəsində qəzaya uğraması nəticəsində 20-ə yaxın sərnişin xəsarət alıb. Onlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya və travmatologiya şöbələrinə yerləşdirilib. Yaralılardan 16-nın şəxsiyyəti müəyyənləşdirilib. Yaralılardan 6-nın vəziyyəti ağır, 10-nun vəziyyəti isə orta ağırdır.

14:40- a olan xəbər

Bu gün saat 14 radələrində Gəncədə 29 saylı marşrut xətti üzrə hərəkət edən mikroavtobus Ozan küçəsində qəza törədib. Şəhər TTYX-dan verilən məlumata görə, qəza nəticəsində bir neçə nəfər yaralanıb və onlar xəstəxananın travmatologiya şöbəsinə yerləşdiriliblər. Hazırda həkimlər zərərçəkmişlərə ilkin tibbi yardım göstərir. Qəzanın dəqiq səbəbləri araşdırılır.

http://kepeztv.az/
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO