M??llim?: Direktorun maliyy? pozuntular?n? tapm??am? - B?rd? t?hsilind? biab?r??l?q
Gundem / Bolge
Oxunub: 1 113
19 yan 2016 | 15:13
M??llim?: Direktorun maliyy? pozuntular?n? tapm??am? - B?rd? t?hsilind? biab?r??l?q








?Məktəb direktoru ilə təhsil şöbəsi birləşərək məni işdən çıxarıblar?

Bərdə rayonu, Qarağacı kəndi, Məmməd Məmmədov adına tam orta məktəbində dil-ədəbiyyat müəllimi və məktəb direktorunun tərbiyə işləri üzrə müavini işləyib. 3 il olacaq ki, işdən çıxarılıb. Özü deyir, məktəb direktoru ilə təhsil şöbəsinin müdiri birləşərək onu qərəzli şəkildə işdən çıxarıblar:

MƏHKƏMƏNİ UDUB, AMMA?

?Əvvəllər başqa məktəbdə müəllimə işləmişəm. Ancaq yaşayış yerimi dəyişməklə əlaqədar 2013-cü ilin sentyabrında bu məktəbə işə götürülmüşəm. Məktəbdəki qanunsuzluqlar, maliyyə pozuntuları diqqətimi çəkib və buna qarşı çıxmışam. Özüm araşdırma aparmışam, maliyyə yoxlaması keçirmişəm. Məktəb direktorunun maliyyə pozuntularını üzə çıxarmışam. Bundan sonra direktor və təhsil şöbəsinin müdiri mənimlə qərəzli davranmağa başlayıblar. İştirakım olmadan məktəb həmkarlar təşkilatının üzvlərinin qapalı iclasını keçiriblər. Məni Əmək Məcəlləsinin 70 c maddəsi ilə işdən çıxarıblar?.
2013-cü ilin aprelində işdən çıxarılan müəllimə də sakit oturmayıb. Məhkəmədə işə bərpaya dair iddia qaldırıb. Deyir, müəllimlər məhkəmədə məktəbdəki mövcud durumu deməyə çəkiniblər, öz dili ilə desək, direktoru və təhsil şöbəsinin müdirini məhkəməyə verən müəllim həmkarlarının arxasından qaçıblar:
?Yalnız bir müəllim mənim tərəfimə danışdi?
Bununla belə Sevinc Qurbanova məhkəməni udub. Həmin ilin iyulunda məhkəmə onun xeyrinə qətnamə çıxarıb. Sevinc Qurbanovanın işinə bərpa olunması öhdəliyi təhsil şöbəsi ilə məktəb direktorunun üzərinə qoyulub. Məktəb direktoru Taliyə Nəcəfovanın qətnamədən verdiyi apellyasiya şikayəti isə həmin ilin noyabrında təmin olunmayıb. Beləliklə, hər iki qərarla müəllimə çoxdan məktəbdəki işinə bərpa olunmalıymış. Ancaq görün, sonra nə baş verib:

?3 AZYAŞLI BALAMI ÇÖRƏKSİZ QOYUBLAR?

?Məhkəmə qərarlarından sonra 1 il rayon icra məmurlarının dalıyca düşdüm ki, qərarın icrasına nail olum. Gördüm, icra məmurları da işə məsuliyyətsiz yanaşır. Prezident Administrasiyasına gedib Fuad Ələsgərovun qəbuluna girdim. Bundan sonra icra məmurları məni təhsil şöbəsinə apardılar və təhsil şöbəsinin müdirinə şifahi tapşırdılar ki, məni işimə qaytarsın. Qərarın icra olunması ilə bağlı mənə heç bir rəsmi sənəd verilmədi?.
Deməsinə görə, təhsil şöbəsinin müdiri onun işə bərpası ilə bağlı əmri imzalamır. Sevinc Qurbanova icra məmurlarına üz tutanda ona bildirirlər ki, ?biz öz işimizi görmüşük?. Sevinc Qurbanova da sual edir: Əgər işə bərpasına dair əmr verilməyibsə, 13 aydır maaşını ala bilmirsə, məktəbin qapısından keçə bilmirsə, bu, necə icradır?..
?Kartım məktəbin mühasibindədir. Deyir, ?neynirsən kartı?? Onsuz da sənə maaş yazılmır. Adın işdə getmir. Gedirəm, məni məktəbin qapısından qovurlar. Əlimdə xeyrimə olan iki qətnamə, icra vərəqəsi, gəl ki, icra bir tərəfdən məni ələ salır, təhsil şöbəsi ilə məktəb direktoru da o biri tərəfdən bütün həyatımı alt-üst edib. Məni işsiz, üç azyaşlı balamı çörəksiz qoyublar. Bu gün mən də evə maaş gətirən bir müəllimə olmalıydım, iki nəfərin qərəzi üzündən maaşsız, işsiz qalmışam, işığımı, qazımı kəsiblər. Balalarım soyuqdan, acından titrəyir?.

?BAŞQA İŞİN DALIYCA GETDİ?

Bərdə rayon icra şöbəsindən bildirilib ki, qərarın icra olunması üçün rayon təhsil şöbəsinə müraciət edilib. Təhsil şöbəsi də qərarı icra edib.
Məmməd Məmmədov adına Qarağacı kənd tam orta məktəbinin direktoru Taliyə Nəcəfova AzadlıqRadiosuna bildirib ki, məhkəmə qətnamələri icra olunub. Hətta Sevinc Qurbanova bir müddət işə də gəlib. Ancaq sonra işə gəlməyib:
?5 ay işlədi, sonra da rayonda başqa işin dalıyca düşdü. Kompüter kursu açıldı, orda uşaq hazırlaşdırırdı, məktəbdən yayındı, işə gəlmədi, mən də 2014-cü ilin oktyabrında onu ikinci dəfə işdən azad etdim. Sonra ordakı işləri də alınmadı?.
Direktor deyir, işdən çıxarılma barədə əmrini, əmək kitabçasını poçt vasitəsilə Sevinc Qurbanovaya göndərib. Əgər Sevinc Qurbanova narazıdırsa, məhkəməyə müraciət edə bilər.mediaxəbərləri/
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır