SOCAR-ın yeni tikilən 200 metrlik ofisi əyilib?
Gundem
Oxunub: 1 417
17 sen 2014 | 09:46
SOCAR-ın yeni tikilən 200 metrlik ofisi əyilib?ARDNŞ-ın (SOCAR) artıq tikintisi başa çatmaq üzrə olan yeni ofisi uçmaq təhlükəsi ilə üz-üzə qalıb. Təqribən 20 gün öncə, "külək-alov" konsepsiyası ilə tikilmiş , 42 mərtəbəli, 200 metrlik binada sağ istiqamətdə əyilmə müşahidə olunub. SOCAR rəhbərliyinin müdaxiləsindən sonra, binanın inşasının müəllifi və tikintinin idarəetməsinə cavabdeh olan Cənubi Koreyanın "Heerim" Şirkəti Yaponiyadan mütəxəssislər çağırıb. Yapon mütəxəssislər isə binanın əyilməsinin qarşısını almaq üçün, 150 tonluq dayaqın qoyulmasını məsləhət görüblər.
Əldə etdiyimiz məlumata görə, hazırda binanın əyilməsinin qarşısının alınması üçün, dünyanın tanınmış şirkətləri ilə məshətləşmələr gedir. SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə belə bir məsələnin olmadığını bildirib: Mən sualınızla bağlı SOCAR-ın vitse-prezidenti ilə danışdım və tam qətiyyətlə deyirəm ki, həmin binada heç bir əyilmədən söhbət gedə bilməz. Həmin bina plana uyğun şəkildə və yüksək peşəkarlıqla tikilir. ARDNŞ-nin yeni inzibati binasının konstruksiyası dəmir-beton özək divarlı və polad konstruksiyalı kompozit sistemə əsaslanıb.
Binanın Rixter şkalasına görə 9 ballıq zəlzələyə davamlı olacağı ehtimal olunur. Binanın layihəsi Kanadada yerləşən xüsusi beynəlxalq laboratoriyada saatda 190 kilometr külək sürətinə hesablanmış virtual şəraitdə sınaqdan keçirilib. Külək-tunel testinə uyğun olaraq, binanın əsmə amplidudasının məhdudlaşdırılması məqsədi ilə xüsusi damper sistemi ilə təchiz olunması qərara alınıb. ARDNŞ-nin yeni inzibati binasında tikinti işləri IBC (Beynəlxalq Tikinti Standartı), ABŞ standartları, , Azərbaycan Tikinti Normativlərinə uyğun aparılıb".
Qeyd edək ki, SOCAR-ın yeni binası Cənubi Koreyanın "Heerim Architects & Planners Co. Ltd" şirkəti tərəfindən təqdim olunan "külək-alov" konsepsiyası əsasında inşa olunur. 2010-cu ilin martında tikinti üzrə xidmətlərin göstərilməsi üçün açıq müsabiqə elan edilib və dünyanın səkkiz nüfuzlu tikinti şirkəti arasında Türkiyənin"TEKFEN İnşaat və Təchizat" şirkəti qalib gəlib və həmin şirkətlə SOCAR arasında müqavilə imzalanıb.
Binanın inşasına müəllif nəzarətini və tikintinin idarəetmə işlərini "Heerim" şirkəti həyata keçirilib. Layihə ilkin olaraq 235,4 milyon ABŞ dolları məbləğində dəyərləndirilib. 200 metr hündürlüyündə olacaq ofis binasının 40 mərtəbəsi yerüstü, 2 mərtəbəsi isə yeraltı olmaqla, ümumilikdə 5 hektar sahəni əhatə edib. Burada 5 konfrans zalı, fitnes mərkəzi, eyni vaxtda 1243 nəfərin istifadə edə biləcəyi bir neçə yeməkxana fəaliyyət göstərəcək.
Binanın yeraltı mərtəbəsində 1045, yerüstü mərtəbəsində isə 240 avtomobili qəbul edə biləcək dayanacaqlar olacaq. İkinci mərtəbə fitnes mərkəzi, 3-6-cı və 18-37-ci mərtəbələr şirkətin struktur bölmələrinin ofisləri üçün nəzərdə tutulub. Binanın fasadının ümumi sahəsi 27 min kvadrat metr, zirzəminin sahəsi təxminən 52 min kvadrat metr, ofis hissəsinin sahəsi isə 40,5 min kvadrat metrdir. Layihənin sahəsi 100 min kvadrat metrdən artıqdır.

avropainfo
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...