Daxili Işlər Naziri cənab Ramil Usubova
Gundem / Sosial
Oxunub: 1 222
1 fev 2016 | 11:28
Daxili Işlər Naziri cənab Ramil Usubova












surəti: Baş Dövlət Yol Polisi İdarəsinin rəisi

cənab Ramiz Zeynalova

surəti: Bakı şəhər Yol Polisi İdarəsinin rəisi

cənab Nuşirəvan


Bakı şəhəri Nəsimi rayonu 20 Yanvar küçəsi-40, mən-17 ünvanında yaşayan Hümbətov İbrahim Qubad oğlu tərəfindən

Ə r i z ə


Yazıb Sizə onu bildirmək istəyirəm ki, 22 fevral 2014-cü il tarixdə Suraxanı rayonu post-patrul xidmətinin əməkdaşı Qurbanov Şaiq Namiq oğlu ilə danışıb razılıq əldə etdikdən sonra, mənə məxsus 07 markalı dövlət nömrə nişanı 10-UB-795 olan nəqliyyat vasitəsini, ayda 200 manat pul vermək şərtilə ona icarəyə verdim. Nəqliyyat vasitəsini ona icarəyə verməyimə səbəb, ayaqlarımda əmələ gələn xəstəliklərin varlığı səbəb oldu. Ümumi şərtlə razılaşdıqdan sonra, Bakı şəhərindəki 32 saylı notariat kontoruna getdik ki, nəqliyyat vasitəsini yalnız idarə etmək üçün təsdiq etdirəcəyimiz etibarnaməni təsdiq etdirək. Həmin vaxt Şaiq Qurbanov ona etdiyim etibardan və ayaqlarımın ağrıması səbəbindən notariat kontorunun ikinci mərtəbəsinə qalxa bilməməyimdən istifadə edərək, etibarnaməni o, öz adına deyil, xəbərim olmadan atası Qurbanov Namiq Allahverdi oğlunun adına (atası Lənkərandakı “N” saylı hərbi hissələrdən birində xidmətdədir) yazdırır. Etibarnamənin təsdiqi zamanı o, teztələsik həyətə düşdü və etibarnaməyə tez imza atmağımı da bildirdi.

Notariat kontorunda etibarnaməni fırıldaq yolu ilə atasının adına təsdiq etdirən Şaiq Qurbanovun hər ay verəcəyi pul məsələsinə gəldikdə, o, ümumi razılaşmaya əməl etmədi və yalnız bir ayın pulunu verdi. Belə olan halda məcbur oldum ki, 31 may 2014-cü il tarixdə 32 saylı notariat kontorunda verdiyim etibarnaməni bitərəfli qaydada ləğv etdirim. Etibarnaməni ləğv etdirsəm də, Şaiq Qurbanov avtomobilimi geri qaytarmadı və etdiyim telefon zənglərimə də heç bir halda cavab vermədi. Belə olan təqdirdə məcbur oldum ki, avtomobilimin geri qaytarılması üçün, Suraxanı rayon Polis İdarəsinin rəhbərliyinə, DİN-nin 102 xidmətinə, Bakı şəhər Prokurorluğuna və digər instansiyalara yazılı şikayətlərimi ünvanlayım.

Ayrı-ayrı instansiyalara nə qədər şikayət ərizələri ünvanlasam da, təəssüflər olsun ki, Şaiq Qurbanovla bağlı heç bir ciddi tədbir görülmədi və dələduzluq edən polis əməkdaşının əməlləri vaxtında da ifşa olunmadı. Belə bir cəzasızlığı görən Şaiq Qurbanov, növbəti dəfə başqa bir dələduzluq əməlinə qol qoyur. Yəni, o, ələ keçirdiyi avtomobilimi, bir müddətdən sonra başqa bir şəxsə məxsus “BVM” markalı avtomobillə dəyişir. Tərəflər arasındakı razılaşmaya görə, Şaiq Qurbanov hər ay “BVM” avtomobilinin sahibinə əlavə pul verməli olur. Bir müddət keçdikdən sonra isə, 07 markalı avtomobilimi ələ keçirən şəxs də, onu satmaq qərarına gəlir və avtomobilin alqı-satqısını həyata keçirmək üçün ortada “generalnı dovernos” olmadığından, o, Şaiq Qurbanovla belə bir plan qurur və son anda da həyata keçirə bilirlər. Yəni, həmin şəxs 07 markalı avtomobilin ilk sahibi, mülkiyyətçisi Nəcəfquliyev Rafiq Xasay oğlunun yanına gedib bildirir ki, “mən İbrahim Hümbətovdan avtomobilin alqı-satqısını həyata keçirmək üçün “generalnı dovernost” almışdım. Amma, bir neçə gün bundan əvvəl evdə şalvarım yuyularkən, aldığım “generalnı dovernos” şalvarımın cibində qalır və tam yarasız vəziyyətə də düşür. Hal-hazırda İbrahim Hümbətov Azərbaycanda deyil, xarici ölkələrin birindədir” deməklə, o, mülkiyyətçini aldada bilir və belə bir yolla Bakı şəhərindəki 50 saylı notariat kontorunda, 09 aprel 2015-ci il tarixdə 07 markalı avtomobilimi, Bakı şəhəri 3-cü mkr-n B.Əliyev küç ev-46, mən-13-də yaşayan Tamarov Təvəkkül Akif oğluna, əldə etdiyim məlumatlara görə 1750 manata satır.

Bir qədər vaxt keçdikdən sonra, avtomobilin ilk mülkiyyətçisi Rafiq Nəcəfquliyev aldadıldığını bilir və o, vermiş olduğu “generalnı dovernos”u dərhal da ləğv etdirir. Təqribən ötən ilin iyul ayında yol polisi əməkdaşları Şaiq Qurbanovun dələduzluq yolu ilə ələ keçirmiş

olduğu avtomobilimi saxlayıb cərimə meydançasına apardılar və bir gündən sonra isə, onu mənə mənə verdilər. Bunu qeyd etməkdə məqsədim odur ki, ötən ilin iyul ayına qədər avtomobilim Şaiq Qurbanovla Təvəkkül Tamarovun ixtiyarında olub. Onlar da avtomobilimi qeyri-qanuni sürərkən, yol hərəkət qaydalarını dəfələrlə pozurlar və belə bir səbəb üzündən də, avtomobilimə bir neçə dəfə cərimə protokolu yazılır.

Bu ilin 18 yanvarında yol polisi əməkdaşları növbəti dəfə avtomobilimi saxlayıb cərimə meydançasına aparıblar. Səbəb də, şəxsi avtomobilimə yazılan cərimə protokollarının varlığını göstəriblər. Axı, avtomobilimə cərimə protokolları yazılarkən, avtomobilim məndə olmayıb. Məhz, belə bir səbəb üzündən də, yazılmış cərimə protokolları Şaiq Qurbanov və Təvəkkül Tamarov ödəməli, mənim avtomobilim də özümə qaytarılmalıdır.

Ərizəni yazıb Sizdən xahiş edirəm ki, üzləşdiyim problemin həllində mənə köməklik göstərəsiniz.

Göstərəcəyiniz diqqətə görə əvvəlcədən minnətdarlığımı bildirirəm.

Mob: (070) 209-60-59

(050) 209-60-59

01 fevral 2016-cı il.

İmza: İ.Q.Hümbətov
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb