Binəqədinin ortasında əxlaqsızlıq yuvası
Gundem / Sosial
Oxunub: 1 345
2 fev 2016 | 02:11
Görəsən Binəqədi polisi "cinayetkarları" harada axtarır?
 Binəqədinin ortasında əxlaqsızlıq yuvası
Uzun bir müddətdir ki, Bakının Binəqədi rayonunda yerləşən “İstanbul” hotelinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsinə hüquq-mühafizə orqanlarının diqqətini cəlb etmək cəhdlərimiz hələ də bir nəticə vermir. Əslində dürüst və obyektiv olsaq, bu əxlaqsızlıq yuvasının Binəqədi rayonu hüquq-mühafizə orqanlarının diqqətindən kənarda qaldığını söyləyə də bilmərik. Ən azından biz “İstanbul” hotelində müştərilərə təklif olunan intim xidmətlərin qiymət preyskurantından tutmuş, bu xidmətlər üçün cəlb olunan insan resurslarının obyektə gətirilmə sxeminə qədər bütün detalların əks olunduğu məlumatları dəfələrlə Binəqədi Rayon Polis İdarəsinə, Binəqədi Rayon Prokurorluğuna və İinsan Alverinə Qarşı Mübarizə İdarəsinə təqdim etmişik. Həmin məlumatlarda bildirilir ki, “İstanbul” restoranı qeyri-qanuni fəaliyyət göstərn obyektlərdən biridir. Mənbə bildirir ki, “İstanbul” restoranı bu gün icarə əsasında fəaliyyət göstərir. Belə ki, obyektin Samirə icarəyə verdiyi bildirilir. Məlumatlarda qeyd olunur ki, bir çox digər analoji pritonlar kimi bu restoran da müştərilərinə təklif etdiyi şübhəli “xidmətlərin” yüksək keyfiyyəti ilə seçilmir. Xidmətlərin mahiyyəti barədə yaranan şübhələr isə ciddi əsaslara malikdir. Belə ki, məlumatlara əsasən dövlət qeydiyyatına iaşə obyekti-restoran kimi alınan “İstanbul” eyni zamanda həm də motel kimi fəaliyyət göstərməkdədir. Bu fəaliyyət növü isə xüsusi lisenziya tələb edir ki, bu sənəd də “İstanbul” restoranına müvafiq qurumlar tərəfindən təqdim olunmayıb. Təbii ki, restoranın öz müştərilərinə gecələmək üçün yer təklif etməsi də burada əsas fəaliyyət növü kimi müəyyənləşdirilmiş intim xidmətlərin əlavə servisinə daxildir. Bu növ xidmətlərin isə ümumiyyətlə qeyri-qanuni olduğunu nəzərə alsaq, restorana rəhbərlik edən şəxslərin, yəni nə Qədirin, nə də Samirin motel lisenziyası üçün nəyə görə əl-ayağa düşmədiklərini anlamaq olar.Lakin bütün bu informasiya bolluğuna və hər kəsin gözü önündə baş verən aşkar qanun pozuntularına baxmayaraq, problem hələ də öz həllini tapmamışdır. Buna səbəb isə Binəqədi RPİ rəhbərliyinin “İstanbul” hotelinə “xüsusi” münasibət göstərməsi olub. Daha doğrusu Binəqədi RPİ-nin keçmiş rəhbərliyinin...Məlum olduğu kimi inisil Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Binəqədi rayon Polis İdarəsinin rəisi, polkovnik Ağalar Məhərrəmov tutduğu vəzifədən azad edilərək, Bakı şəhər Baş Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. Nazirin digər bir əmri ilə Abşeron rayon Polis Şöbəsinin rəisi Namiq İsmayılov Binəqədi RPİ-nin rəisi vəzifəsinə təyinat alıb.Mövzuya qayıdaraq qeyd etməliyik ki, biz dəfələrlə “İsanbul” hotelinin sahiblərinə qarşı ən sərt tədbirlərin görülməsini tələb etmişik. Bununla belə Binəqədi RPİ nədənsə bu pritonun fəaliyyəti ilə bağlı yaranmış vəziyyətə müdaxilə etmirdi. Bununla bağlı redaksiyamıza daxil olan məktublarda rayon sakinləri onları uzun müddətdən bəri narahat edən problemə Insan Alverinə Qarşı Mübarizə Baş Idarəsinin rəhbərliyinin də diqqətini cəlb etməyimizi xahiş etmişdilər. Lakin az sonra artıq bu qurumun da vəziyyətə müdaxilə imkanlarının məhdudluğu özünü büruzə verdi. “İstanbul” otelinin sahiblərinin sözlərinə görə isə, Binəqədi RPİ-nin keçmiş rəisi Ağalar Məhərrəmov fəaliyyətinə dair hətta Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasova da hesabat vermirdi. Buna görə də rayon ərazisində yerləşən priton və digər bu tip obyektlərin fəaliyyətinə müdaxilə etmək, Binəqədi RPİ-dən başqa hər hansı digər hüquq-mühafizə orqanı üçün sadəcə mümkünsüzdür... Uzun bir müddətdir ki, Bakının Binəqədi rayonunda yerləşən “İstanbul” hotelinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsinə hüquq-mühafizə orqanlarının diqqətini cəlb etmək cəhdlərimiz hələ də bir nəticə vermir. Əslində dürüst və obyektiv olsaq, bu əxlaqsızlıq yuvasının Binəqədi rayonu hüquq-mühafizə orqanlarının diqqətindən kənarda qaldığını söyləyə də bilmərik. Ən azından biz “İstanbul” hotelində müştərilərə təklif olunan intim xidmətlərin qiymət preyskurantından tutmuş, bu xidmətlər üçün cəlb olunan insan resurslarının obyektə gətirilmə sxeminə qədər bütün detalların əks olunduğu məlumatları dəfələrlə Binəqədi Rayon Polis İdarəsinə, Binəqədi Rayon Prokurorluğuna və İinsan Alverinə Qarşı Mübarizə İdarəsinə təqdim etmişik. Həmin məlumatlarda bildirilir ki, “İstanbul” restoranı qeyri-qanuni fəaliyyət göstərn obyektlərdən biridir. Mənbə bildirir ki, “İstanbul” restoranı bu gün icarə əsasında fəaliyyət göstərir. Belə ki, obyektin sahibi kimi təqdim olunan Akif adlı şəxsin restoranı öz qardaşı oğlu Samirə icarəyə verdiyi bildirilir. Məlumatlarda qeyd olunur ki, bir çox digər analoji pritonlar kimi bu restoran da müştərilərinə təklif etdiyi şübhəli “xidmətlərin” yüksək keyfiyyəti ilə seçilmir. Xidmətlərin mahiyyəti barədə yaranan şübhələr isə ciddi əsaslara malikdir. Belə ki, məlumatlara əsasən dövlət qeydiyyatına iaşə obyekti-restoran kimi alınan “İstanbul” eyni zamanda həm də motel kimi fəaliyyət göstərməkdədir. Bu fəaliyyət növü isə xüsusi lisenziya tələb edir ki, bu sənəd də “İstanbul” restoranına müvafiq qurumlar tərəfindən təqdim olunmayıb. Təbii ki, restoranın öz müştərilərinə gecələmək üçün yer təklif etməsi də burada əsas fəaliyyət növü kimi müəyyənləşdirilmiş intim xidmətlərin əlavə servisinə daxildir. Bu növ xidmətlərin isə ümumiyyətlə qeyri-qanuni olduğunu nəzərə alsaq, restorana rəhbərlik edən şəxslərin, yəni nə Akifin, nə də Samirin motel lisenziyası üçün nəyə görə əl-ayağa düşmədiklərini anlamaq olar.Lakin bütün bu informasiya bolluğuna və hər kəsin gözü önündə baş verən aşkar qanun pozuntularına baxmayaraq, problem hələ də öz həllini tapmamışdır. Buna səbəb isə Binəqədi RPİ rəhbərliyinin “İstanbul” hotelinə “xüsusi” münasibət göstərməsi olub. Daha doğrusu Binəqədi RPİ-nin keçmiş rəhbərliyinin...Məlum olduğu kimi bu yaxınlarda Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Binəqədi rayon Polis İdarəsinin rəisi, polkovnik Ağalar Məhərrəmov tutduğu vəzifədən azad edilərək, Bakı şəhər Baş Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. Nazirin digər bir əmri ilə Abşeron rayon Polis Şöbəsinin rəisi Namiq İsmayılov Binəqədi RPİ-nin rəisi vəzifəsinə təyinat alıb.Mövzuya qayıdaraq qeyd etməliyik ki, qəzetimizin səhifələrində biz dəfələrlə “İsanbul” hotelinin sahiblərinə qarşı ən sərt tədbirlərin görülməsini tələb etmişik. Bununla belə Binəqədi RPİ nədənsə bu pritonun fəaliyyəti ilə bağlı yaranmış vəziyyətə müdaxilə etmirdi. Bununla bağlı redaksiyamıza daxil olan məktublarda rayon sakinləri onları uzun müddətdən bəri narahat edən problemə Insan Alverinə Qarşı Mübarizə Baş Idarəsinin rəhbərliyinin də diqqətini cəlb etməyimizi xahiş etmişdilər. Lakin az sonra artıq bu qurumun da vəziyyətə müdaxilə imkanlarının məhdudluğu özünü büruzə verdi. “İstanbul” otelinin sahiblərinin sözlərinə görə isə, Binəqədi RPİ-nin keçmiş rəisi Ağalar Məhərrəmov fəaliyyətinə dair hətta Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasova da hesabat vermirdi. Buna görə də rayon ərazisində yerləşən priton və digər bu tip obyektlərin fəaliyyətinə müdaxilə etmək, Binəqədi RPİ-dən başqa hər hansı digər hüquq-mühafizə orqanı üçün sadəcə mümkünsüzdür..Biz məsələnin həllinə yenə ümidvarıq. İnanmaq istərik ki, cənab Namiq İsmayılov bu məsələyə həssaslıqla yanaşacaq və Binəqədi sakinlərinin illərdən bəri ciddi narahatlığına səbəb olan bu problem nəhayət ki, öz həllini tapacaq.Ən azından rəisin əxlaqsızlıq yuvalarına qarşı ciddi mübarizə apardığının biz Abşeron rayonunda işləyən zaman şahidi olmuşuq. Yaşayarıq görərik...


Mövzuya qayıdacağıq.
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"