Hacıqabulda nə baş verir? - İCRA BAŞÇISININ ÖZBAŞINALIĞINA GÖRƏ ƏHALİ NARAZIDIR
Gundem / Bolge
Oxunub: 1 201
7 fev 2016 | 14:28
Hacıqabulda nə baş verir? - İCRA BAŞÇISININ ÖZBAŞINALIĞINA GÖRƏ ƏHALİ NARAZIDIR

Rayonu kim idarə edir: Əhməd Muxtarov, yoxsa köməkçisi Afiq Kərimovla sürücüsü Elçin?

Hacıqabul rayonu ilə bağlı oduqca maraqlı məlumat daxil olub.

Saytımıza verilən məlumata görə, rayonun icra başçısı Əhməd Muxtarovun yaratdığı vəziyyət insanları təngə gətirib. Özbaşınalıq, korrupsiya və məmurların vətəndaşlara qarşı hörmətsiz davranması səbəbindən dəfələrlə narazılıqlar yaşatsa da, nəinki bunların qarşısı alınıb, əksinə, 10 ildən artıqdır ki, rayona rəhbərlik edən Muxtarov tam bir nəzarətsizlik mühiti yaradıb.

Məlumatda bildiririlir ki, ölkə başçısı İLham Əliyev sahibkarlara şəraitin yaradılmasını dəfələrlə çıxışlarında vurğulsa da, Muxtarov bu tapşırıqları gözardı edir. Bununla yanaşı, raonda bir məqam xüsusi ilə diqqəti çəkir. O da Hacıqubulun icra başçısının kim olmasıdır. Rəsmi olaraq Əhməd Muxtarovun icra başçısı təyin edildiyi dəqiqdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 29 mart 2006-cı il tarixli 1380 saylı sərəncamı ilə 68000 nəfər əhalisi olan rayona icra başçısı təyin olunan Muxtarov rayonu köməkçisi və sürücüsünə həvalə edib. Onun köməkçisi və sürücüsünün çıxdığı oyunlar isə tamam başqa təsəvvür yaradır.

Sakinlərdən biri vurğulayıb ki, icra başçısının köməkçisi Afiq Kərimov və sürücüsü Elçin rayonda sözün həqiqi mənasında "at oynadır". Onlar yaxın qohumlarını işə düzəltməklə yanaşı, həm də bəzi səlahiyyətlər də veriblər. İcra başçısının sürücüçü Elçin rayondakı bütün idarə və müəssisələrdən pul yığır. Onun sözünə qulaq asmayanları isə hədələməkdən belə çəkinmir.

Rayon sakini deyir ki, Hacıqabul İcra Hakimiyyətinin İctimai Siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İmamətdin İmanov və hüquq şöbəsinin müdiri Tariyel İsgəndərov, İnformasiya Təminatı və Təhlil Sektorunun müdiri Rəşad Abbasov vətəndaşlarla ümumiyyətlə, davranmaq qaydalarını bilmirlər: "Tariyellə İmamətdin vətəndaşların canını boğaza yığıblar. Rayonda hamı Taryel İsgəndərovu «100-lük Tariyel» kimi tanıyırlar. O, qəbulunu gələn vətəndaşdan pul almadan otağından belə qırağa buraxmaz. İmamətdin isə idarə və müəssisə rəhbərlərini şərləməklə şantaj edir".

Müraciətdə rayonda sosial narazılıqların dözülməz həddə olduğu vurğulanmaqla yanaşı, bununla bağlı ölkə başçısına da müraciətin ünvanlanacağı istisna olunmur./arqument.az

Hacıqabul icra hakimiyyətində rəsmən “qoçu dəstəsi” var

Bu günlərdə saytımızda Hacıqabul rayonunda olan bəlli problemlərlə bağlı məqalə dərc olunmuşdu. Qısa xatırlatma üçün bildirək ki, məqalədə icra başçısının köməkçisinin və sürücüsünün rayonda at oynatmasından bəhs edilir.

Redaksiyamıza zəng edən Hacıqabul İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Tariyel İsgəndərov məqalədə gedən bəzi məqamlarla bağlı narazılığını bildirdi və fikrini gələcəkdə nəzərə almağımızı xahiş etdi. Biz də öz növbəmizdə onun mövqeyinin dərc olunmasına imkan yaradılacağını qeyd etdik.
Ondan dərhal sonra zəng edən icra hakimiyyətinin İnformasiya Təminatı və Təhlil Sektorunun müdiri Rəşad Abbasov isə bizə hədə-qorxu gəlməyə, məmura yaraşmayan tərzdə “alə, bala” tipli jarqonlarla danışmağa başladı. Biz dəfələrlə onun nəzərinə səbrli olmağı, rəsmi şəxsə yaraşan tərzdə danışmağı məsləhət görsək də Rəşad Abbasov bizi hədələməkdə davam elədi. Biz problemləri hüquqi müstəvidə həll etməyi ona dönə-dönə təklif etsək də, o “qoçu” qaydaları ilə danışırdı.
Biz bir daha Hacıqabulun icra başçısı Əhməd Muxatov və ətrafındakıların nəzərinə çatdırırıq ki, mətbuatla münasibət məsələsində barı ölkə başçısı hörmətli İlham Əliyev cənablarından nümunə götürün. Bunu bacarmırsınızsa gedin layiq olduğunuz işlə məşğul olun.

İcra başçısı rəsmi qurumda “qoçu dəstəsi” saxlayır, yoxsa onların insanlara qarşı olan hədələrinin adını nə qoyaq? Bir jurnalistə “Hacıqabula gəlin görün sizin başınıza nə oyun açırıq” deməklə Əhməd Muxatovun “qoçu”ları nə demək istəyir? Yəqin ki, onlar sadə hacıqabullularla da belə və bəlkə də daha pis davranırlar. Yəqin ki, bu səlahiyyəti onlara Əhməd Muxtarov verib.

Bizi öldürmək, asıb kəsməklə hədələyən İnformasiya Təminatı və Təhlil Sektorunun müdiri Rəşad Abbasovun kimliyi, onun təhsili və fəaliyyəti barədə araşdırmalarımız davam edəcək. /bizimxeber.az

Əhməd Muxtarovun viran qoyduğu Hacıqabul

Hacıqabul icra başçısının apardığı “məqsədyönlü” iqtisadi islahatlar nəticəsində hacıqabul fotoda gördüyünüz günə düşüb. Dağıntılar, Xaos, viran qalmış yollar. Fotoları şərhsiz təqdim edirik:

Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb