Binəqədidəki «Oğuzxan» restoranında açıq qumarxana fəaliyyət göstərir –ŞOK ETİRAFLAR
Gundem / Sosial
Oxunub: 1 074
11 fev 2016 | 00:47
Binəqədidəki «Oğuzxan» restoranında açıq qumarxana fəaliyyət göstərir –ŞOK ETİRAFLAR











Burda təşkil olunan loto oyununda külli miqdarda pul uduzan vətəndaş nələri söylədi?

Hər gün böyük pulların dövr etdiyi obyektin bağlanması vacibdir Bildiyiniz kimi, ölkəmizdə qumar və qumarxanalar rəsmi şəkildə qadağan edilib. Belə ki, ümummilli lider Heydər Əliyev Azərbaycanda bütün kazino və qumarxanaların bağlanması barədə 1998-ci ildə qərar vermişdi. Mövcud qanunvericiliyə əsasən, bu fəaliyyətlə məşğul olmaq cinayət sayılır. Amma buna baxmayaraq, son illər Bakıda və bölgələrdə qeyri-leqal qumarxanaların sayı xeyli artıb. Aparılan araşdırmalar göstərir ki, paytaxtda çay evi, restoran, şadlıq evi, kafe adı altında qumarxanalar fəaliyyət göstərir və hər gün həmin məkanlarda külli miqdarda qara pullar dövriyyə edir. Bu işdə uduzan vətəndaşlar, qazanan isə bir qrup işbazdır. Qeyd edək ki, son aylar qumar oyunları Bakının bir neçə rayonunda geniş yayılıb. Bu rayonlar arasında Binəqədi rayonu xüsusi yer tutur. Bu rayonun ərazisində loto-qumar məkanlarının sürətlə artması həyəcan təbilinin çalınması deməkdir. Gundelik-baku.com saytına daxil olan məlumatlara görə, Binəqədi rayonunda yerləşən «Oğuzxan» ictimai-iaşə obyektində hər gün loto-qumar məclisi təşkil edilir. Həmin məclislərin birində külli miqdarda pul uduzan Asif Məmmədov Yəhya oğlu bildirdi ki, qeyri-qanuni fəaliyyət göstərən bu qumarxana yüzlərlə insanın taleyini qaraldıb: «Mən belə bir obyektin fəaliyyətindən xəbərsiz idim. Dostlarımdan biri məni aldadıb bura apardı. Deməli, vəziyyət bu cürdür. Hər gün axşam saat 18:00-dan sonra obyektdə qumar məclisi başlayır. Ta ki, gecə saatlarına qədər. Burda qumarın daha çox loto növünə üstünlük verilir. Hər gecə saat 00:00-da böyük uduş, yəni çek-pot oynanılır. Mən demək olar ki, bir ay davamlı olaraq burda loto oynadım, amma heç nə udmadım. Əksinə, bir ay ərzində 12 min manat uduzdum. Qumara o qədər aludə olmuşdum ki, hətta həyat yoldaşımın qızıl-zinət əşyalarını satıb loto oynadım. Düzdür, indi bu vərdişdən əl çəkmişəm. Amma nə fayda, borc içində üzürəm və ailəm dağılmaq ərəfəsinə çatıb. Bu fikirləri sizə deməkdə, ictimailəşdirməkdə məqsədim odur ki, başqa insanlar mənim aqibətimi yaşamasınlar. Qoy aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları «Oğuzxan» restoranında təşkil olunan loto-qumar məclislərini dağıtsın və qeyri-leqal fəaliyyət göstərən obyektin işi dayandırılsın». Həyatı alt-üst olan Asif Məmmədov deyir ki, «Oğuzxan»da təşkil olunan lotoda oyuna başlamaq üçün mütləq ədədi 4 manata olan kartları götürmək lazımdır: «Bundan ucuz kart yoxdur. Hər gün bu obyektdə müştəri sıxlığı müşahidə olunur. Əksəriyyət olan-qalan pulunu da uduzub əliboş evinə gedir. Çox maraqlıdır ki, burda qumar oynayan şəxslərin arasında polis əməkdaşları da nəzərə çarpır. Amma nə onlar, nə də Binəqədi rayonunun aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları qumarxanın fəaliyyətinə müdaxilə edirlər. Obyektin bir günlük dövriyyəsi təxminən 10-15 min manat civarındadır. Bütün masalar dolu olur. Burda xeyli sayda işçi var. Loto kartlarını paylayanlar, torbadan daş çıxaranlar, çay paylayanlar və s. Çox maraqlıdır ki, burda həm də müştərilərə pulsuz spirtli içki verilir. Ən dəhşətlisi isə odur ki, narkotik maddələrin satışını həyata keçirən şəxslər burda açıq alver edirlər. Bir sözlə, «Oğuzxan» restoranında qeyri-qanuni fəaliyyət göstərən qumarxana yüzlərlə gənci çirkaba sürükləyir». Obyekti işlədən və bura «krışalıq» edən şəxslərin adı bizə məlumdur. Hələlik onların kimliyini açıqlamaq istəmirik. Tezliklə bu obyektlə bağlı geniş videomaterial təqdim edəcək və loto-qumarxananın «müdafiəçiləri» barədə maraqlı faktları diqqətinizə çatdıracağıq. Sonda Daxili İşlər Nazirliyinin, Vergilər Nazirliyinin və Binəqədi Rayon Polis İdarəsinin rəhbərliyinə müraciət edib sözügedən məkanın fəaliyyətinə müdaxilə etmələrini xahiş edirik. Mövzu diqqətimizdədir.
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!