Yevlax Ərazi Vergi İdarəsində - Məmur özbaşınalığı
Gundem / Bolge
Oxunub: 1 725
16 fev 2016 | 00:46
Yevlax Ərazi Vergi İdarəsində - Məmur özbaşınalığı








İdarə rəisi dükanlara aylıq haqq qoyub, sözəbaxmayanlar isə cəzalandırılır. Bu gün bölgələrdən daxil olan məlumatlardan belə qənaətə gəlmək olur ki, dövlət başçısı İlham Əliyevin ölkədə azad sahibkarlığın inkişafı yolunda yaradılan süni maneələrin aradan qaldırılması məqsədilə verdiyi göstəriş və tapşırıqlardan irəli gələn vəzifələrin icrası hələ də bir çox məmurlar tərəfindən məqsədyönlü şəkildə əngəllənməkdədir

Mövzuya dair ötən saylarımızda dərc olunmuş yazılarda da qeyd etdiyimiz kimi, son vaxtlar ölkədə azad sahibkarlıq mühitinin yaranmasına əngəl törədən vəzifə sahiblərinə qarşı həyata keçirilən mübarizətədbirlərinin daha da sərtləşməsi bütün iş adamları tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Ölkədə müşahidə olunan proseslər bunu deməyə əsas verir ki, son vaxtlara qədər qarşılaşdıqları haqsızlıqlar müqabilində daha çox susmağa üstünlük verən sahibkarlar, artıq öz hüquqlarının müdafiəsinə qalxıblar. Bu xüsusda ölkə mətbuatında yayımlanan məlumatlarda da vurğulanır ki, xüsusilə son bir ay ərzində yüzlərlə sahibkar tərəfindən Prezident Adminstrasiyasına, o cümlədən şəxsən prezident İlham Əliyevin adına çoxsaylı müraciətlər ünvanlanır və həmin müraciətlərdə onlardan heç bir əsas olmadan rüşvət tələb edən məmurların adları açıq-aşkar qeyd olunur. O cümlədən, bu günlərdə daxil olan məlumatlarda da YEVLAX şəhərində yerləşən 11 saylı ərazi Vergilər idarəsinin rəis müavini, vergi xidməti müşaviri Münasib Əsgərovun fəaliyyətində müşahidə olunan özbaşınalıqlardan bəhs edilir. Aldığımız açıqlamalarda sahibkarlıqla məşğul olan şəxslər 11 saylı ərazi Vergilər idarəsindən ciddi narazılıqlarını ifadə edirlər. Qazax-Gəncə magisral yolunun sol kənarında yerləşən "İslam petrol" yanacağın direktoru və şəhərin mərkəzində Heydər Əliyev prospektində yerləşən Fujifilmin rəhbəri Nadir müəllimi vergilər niyə əl çəkmir? Məlumat ucun onuda bildirək ki, YEVLAX SƏHƏRİNDƏ hecbir Marketlərdə muştəriyə cek verilmir həttda aksiz markali siqaretlər almaqda mumkundur Təqdim olunan məlumata görə, Yevlax-Mingəçevir bölgəsində aylıq 20-25 manat vergi ödəyən sahibkarlardan 70-75 manat əlavə haqq tələb olunur. Bu xüsusda aldığımız müraciətlərdən birində deyilir: Sahibkarların sıxışdırılması üçün əsas kimi, vergi faiz dərəcələrinin gələn ildən artırılacağı göstərilir. Vergilərin 2%-dən 6%-ə qədər qalxacağını deyən idarə işçiləri, idarənin rəis müavini Münasib müəllimin göstərişi ilə sahibkarları hədələməkdən belə çəkinmirlər. Ölkə rəhbərliyi, şəxsən cənab prezident İlham Əliyev sahibkarlığın inkişaf etdirilməsinin vacibliyini nə qədər vurğulayırsa, iş adamlarını incitməməyi məmurlardan nə qədər çox tələb edirsə, Münasib Əsgərovun işçiləri də bizi bir o qədər çox sıxışdırırlar. İlin əvvəlində, ortasında və sonunda gələn müfəttişlərin bizdən vergi adı ilə aldıqları pulu hesabladıqda məlum olur ki, il ərzində əldə etdiyimiz qazanclarımızı bütünlüklə 11 saylı ərazi Vergilər idarəsinin rəhbərliyinə vermişik. Ətraf rayonlardan Mingəçevirə gələn şikayətçilərin isə, ümumiyyətlə sözlərini eşidən yoxdur. Onların bildirdiyinə görə, idarə rəhbərliyi bu kiçik sahibkarları qəbul etməkdən belə imtina edir. Digər tərəfdən də, mətbuata daxil olan başqa bir məlumatda mənbə Münasib Əsgərovun azad rəqabət mühitinin boğulmasında hansı səbəbdən bu qədər maraqlı olduğuna dair maraqlı açıqlamalar verir. Açıqlamada deyilir: Münasib Əsgərov özü hal-hazırda Mingəçevirin ən uğurlu sahibkarlarından biridir. Belə ki, bu məmurun Mingəçevir və ətraf ərazilərdə üç yanacaqdoldurma stansiyası var. Mingəcevirdə tibb məktəbinin yaxınlığında QRES- OİL XANABAD ƏRAZİSİNDƏ isə -AF adı altında beş mağazası,iri və xırda buynuzlu ferması istirahət mərkəzi Mingəçevir şəhərində kür çayının sahilində 12 mərtəbinin yaxınlığında keçmiş tarix muzeyi ilə üz-üzə dəbdəbəli çay evi fəaliyyət göstərir. Buna görə də, eyni profilli fəaliyyət növü ilə məşğul olan bütün digər sahibkarlar Münasib Əsgərovun sərt təpgisi ilə üz-üzə qalırlar. Vəzifə səlahiyyətlərindən sui-istifadə yəni Azərbaycan respblikasinin Cinayət məcəlləsinin-308.1ci maddəsinin tələbini gobud səkildə pozan bu məmur isə, həmin iş adamlarının biznesini çökdürmək üçün bütün vasitələrə əl atır.

UMUD EDİRİK Kİ, BUYAZIDAN SONRA CƏNAB FAZİL MƏMMƏDOV BU MƏMUR BARƏSİNDƏ CİDDİ TƏDBİR GORƏCƏKDİ

Qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq.

Yevlax Ərazi Vergi İdarəsində - Məmur özbaşınalığı
Yevlax Ərazi Vergi İdarəsində - Məmur özbaşınalığı
Yevlax Ərazi Vergi İdarəsində - Məmur özbaşınalığı

Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ