DataLife Engine / Balakəndə Heydər Əliyev və şəhidlərimizə böyük hörmətsizlik - FOTOFAKT

Balakəndə Heydər Əliyev və şəhidlərimizə böyük hörmətsizlik - FOTOFAKT

Balakəndə Heydər Əliyev və şəhidlərimizə böyük hörmətsizlik - FOTOFAKT









Balakən rayonu Azərbaycanın Gürcüstanla həmsərhəd rayonudur. Ölkənin ən ucqar rayonlarından biridir. Bu rayonun əhalisi zəhmətkeşliyi ilə, fədakarlığı ilə seçilib. Balakən rayonu Birinci Qarabağ Savaşında 200-ə yaxın şəhid verib. Balakənlilər Azərbaycan dövlətçiliyi üçün, onun möhkəmlənməsi üçün böyük fədakarlıqlar göstəriblər. Lakin dünən əməkdaşlarımızın bu rayonda gördüyü mənzərə, yerli məmurlardan narazılıqlar əslində insanların nə qədər ağır təzyiq, basqı altında olduğunu göstərirdi. Lakin rayon sakinlərinin haqlı olaraq ifadə etdiyi fə faktların da, gerçəkliyin də göstərdiyi bir məqam var. Balakən Rayon İcra Hakimiyyətində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə böyük hörmətsizlik göstərilir.

Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyev ölkənin bütün regionlarında olduğu kimi Balakən rayonunda da sosial obyektlərin açılışında şəxsən iştirak edib. Məsələn 2010-cu ilin iyul ayının 8-də dövlət başçısı Balakən rayonuna səfəri zamanı Qubek otelinin açılışında iştirak edib. Bir sıra mühim dövlət obyektlərinin istifadəyə verilməsi ilə bağlı açılışlara qatılıb. Dövlət başçısının daha bir səfəri isə 2013-cü ilin avqust ayının 17-də baş tutub. Həmçinin bu səfər proqramında da rayonun abadlaşdırılması və sosial-iqtisadi inkişafı ilə bağlı mühim strateji obyektlərin açılışına, istifadəyə verilməsində ilk olaraq iştirak edib. Lakin sonradan sanki Balakən rayonunda heç bir abadlıq işləri aparılmayıb.

Gundeminfo.az-ın əməkdaşlarının rayon ərazisində yerləşən təxminən 200-ə yaxın şəhidin xatirəsinə ucaldılan və 100-ə yaxın şəhidin məzarı olan Şəhidlər Xiyabanında olublar. Qarşılaşılan mənzərə olduqca dəhşətli olub. Baxımsız halda olan Şəhidlər Xiyabanına sanki illərdir ki, kimsə ayaq basmır, Azərbaycan uğrunda şəhid olmuş oğulların məzarına belə sayqı ilə yanaşmır.
Balakən rayonundakı Şəhidlər Xiyabanında şəhidlərin məzarlarını ot-alaf basıb. Sanki illərdir ki, bu məzarları ziyarət edən, təmizləyən yoxdur. Xiyabanın girişində, sol tərəfdə Azərbaycan Respublikasının mərhum prezidenti, Ümumilli Lider Heydər Əliyevin sözləri yazılmış lövhədə hər 4 hərfdən biri qopub yerə düşüb. Hərflər qopsa da, uzaqda deyil. Lakin nədənsə onları yerinə yapışdıran, elementar diqqət və cüzi vəsait tələb edə nişi görmək istəmirlər. Bundan başqa şəhidlərin şərəfinə ucaldılmış abidənin fonundakı lövhələr də qopub.

Dövlət başçısının şəhid ailələrinə göstərdiyi xüsusi diqqət və qayğı, şəhidlərin adının uca tutulması ilə bağlı göstərdiyi şəxsi iradə ortadaykən Balakənin icra başçısı İslam Rzayevin bu şəkildə etinasız yanaşması, əslində ortaya mühim suallar çıxarır - «NİYƏ» …

Balakən rayonu indi turizm mövsümünün açıq olduğu bir ərəfədə, ölkəmizə turistlərin axınının başladığı bir dövrdə qəflətən gələ biləcək qonaqların ziyarət yeri ola bilməzmi? Ola bilər! Hətta rəsmi protokola görə, Heydər Əliyevin heykəlinin bir addımılığında yerləşən Şəhidlər Xiyabanı hansısa bir rəsmi qonağın protokol olaraq ziyarət edə biləcəyi ikinci məkan olsa …

İndi ortaya bir sual çıxır. Bu ilin aprel döyüşlərində bütün ölkənin İcra Hakimiyyətləri rəsmən vətəndaşların yanında olduqlarını, onlara, şəhid ailələrinə dəstək olduqları bir zamanda Balakən Rayon İcra Hakimiyyəti heç bir sıradan protokol tədbiri həyata keçirməyibmi? Keçirməyib deyə iddia edə bilərik ki, ən azından Ümumilli Liderin sözləri olan lövhədən qopub tökülmüş hərfləri artıq pas basıb.

Bu reportajımızdan sonra müvafiq dövlət qurumunun mövqeyini də əlavə edə bilərik.


Balakəndə Heydər Əliyev və şəhidlərimizə böyük hörmətsizlik - FOTOFAKT
Balakəndə Heydər Əliyev və şəhidlərimizə böyük hörmətsizlik - FOTOFAKT
Balakəndə Heydər Əliyev və şəhidlərimizə böyük hörmətsizlik - FOTOFAKT
Balakəndə Heydər Əliyev və şəhidlərimizə böyük hörmətsizlik - FOTOFAKT
Balakəndə Heydər Əliyev və şəhidlərimizə böyük hörmətsizlik - FOTOFAKT
1-08-2016, 10:15
Geri dön