DataLife Engine / Tədris Cərrahiyyə Klinikasının həkimi, pasientini hansı problemlə üz-üzə qoyub?

Tədris Cərrahiyyə Klinikasının həkimi, pasientini hansı problemlə üz-üzə qoyub?

Tədris Cərrahiyyə Klinikasının həkimi, pasientini hansı problemlə üz-üzə qoyub?








Azərbaycan səhiyyəsində yaşanan problemlər çox zaman həkim savadsızlığından, səhlənkarlığından və s. kimi səbəblərdən əmələ gəlir ki, bu da çox keçmir ki, hansısa acı sonluqla da nəticələnir. Bir neçə gün bundan əvvəl əslən Ağdam rayonundan olan, məcburi köçkün Muxtarova Arzu Rəhbər qızı da oxşar olayla üz-üzə qaldığından o, Azerinfo.az saytının redaksiyasına müraciət edir və Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında üz-üzə qaldığı problemin ictimailəşməsinə də çalışır. O, ünvanladığı müraciətində yazır ki, “mənim qol nahiyəmdə problemim əmələ gəldiyindən, onu əməliyyat etdirmək qərarına gəldim. Bu məqsədlə adı çəkilən klinikada plastik estetik cərrahi əməliyyatları həyata keçirən Araz Salmanova müraciət etdim. O, ilk öncə qolumu müayinə etdi və üzləşdiyim problemi tam aradan qaldıracağını da bildirdi. Həyata keçirəcəyi əməliyyatın müqabilində, mənim ona 3 (üç) min manat pul verəcəyimi də dedi. Həmin gün qohumlarımdan biri mənə pul verəcəyini vəd etsə də, günün sonuna yaxın onun vədi alınmadı. Belə olan halda Araz həkimə bildirdim ki, indi nağd pulum yoxdur və mümkünsə sən əməliyyatı həyata keçir, həmin pulun qarşılığında evdəki qızıl-zinət əşyalarımı sənə girovluğa qoyaram dedim. O, təklifimi qəbul etdi və səhəri gün qolumdakı problemlə bağlı addımını da atdı.

Əməliyyatdan sonra Araz Salmanova onu da bildirdim ki, mən yaxın günlərdə 3 min manatı verib qızıllarımı geri götürəcəyəm. Düzdür, onunla razılaşdığım müddət ərzində pul tapa bilmədiyimdən, girovluğa qoyğduğum 15 min manat dəyəri olan qızıl-zinət əşyalarımı geri götürə bilmədim. Çox keçmədi ki, 3 min manat pulu düzəldib həkimin yanına gəldikdə, onun cavabı o oldu ki, “xanım çox gec gəlmisən, gec gəldiyin üçün də qızıllarını satdım və kredit borclarımı ödədim” dedi. Həmin an sanki ağlım başımdan getdi. Araz həkimin danışdıqlarını eşitdikcə özümü saxlaya bilmədim və 3 mini götür, qızıllarımı özümə qaytar deyə, bir daha ondan qızıllarımı tələb etdim. İndi görürəm ki, Araz həkimin məni oyuna salması qalsın bir yana, qolumdakı əməliyyatı da düzgün etmədiyindən, problemim yenidən baş qaldırıb. Belə bir səbəblər üzündəndir ki, bu gün o, məni həm sağlamlığımdan, həm də təqribən 15 min manat dəyəri olan qızıl-zinət əşyalarımdan edib”.

Xanım şikayətçinin redaksiyamıza ünvanladığı müraciətini əsas tutaraq, problemlə bağlı Araz Salmanovdan münasibət bildirməsini istədikdə o, adicə etik qaydalarını pozdu, həkim adına yaraşmayan addımlarını atdı və hətta bizi təhqir etməkdən belə çəkinmədi. Plastik cərrahi əməliyyatlar edən həkim, pasientinin ondan heç bir şikayəti olmadığını əsas gətirərək, bizi onu şantaj etməkdə də günahlandırdı. Onu da qeyd edək ki, Arzu xanım redaksiyamıza Araz həkimlə aralarında olan danışıqların səs yazısını da təqdim edib. Həmin səs yazısında şikayətçinin haqlı olduğunu, həkimin öz dilindən də açıq–aydın eşitmək mümkün olur. Təqdim olunan müraciətlə bərabər, səs yazısına da diqqət yetirdikdə o da bəlli olur ki, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimi Araz Salmanov, atdığı addımı ilə həm gündəmi zəbt edir, həm də həkim adına yaraşmayan addımına görə, ictimai qınaqla üz-üzə də qalır. Yəni, açıq-aydın görünür ki, o, imkansız bir xanımı əməliyyat etməyin müqabilində ondan 3 min manat pul tələb edir. Belə bir addıma da, həkim soyğunçuluğundan başqa hansısa adı vermək olmaz.

Redaksiyanın xüsusi qeydi: Bütün bunlara baxmayaraq, özünü KİV nümayəndəsi hesab edən, amma KİV haqqında qəbul olunmuş Qanundan deyəsən bixəbər olan Sonxeber.az saytının əməkdaşları, bu gün ortada “yuyulmamış çömçə” rolunda iştirak edirlər. Bunu onunla izah edirik ki, Muxtarova Arzu Rəhbər qızının müraciəti və Araz həkimlə aralarında olan danışıqlarının səs yazısı, ilk dəfə Sonxeber.az saytına deyil, məhz Azerinfo.az saytına təqdim olunub. Baş verən olayla bağlı araşdırma aparıb, işıq üzü görən açıqlamaya, yayılan səs yazısına qarşı tərəfi dinləmədən, yalnız Araz Salamonovun köməkçisi Dərya Fazılin açıqlamasını yerləşdirmək, nə dərəcədə məntiqə uyğundur? Yəni, atılan belə bir addım Azerinfo.az saytını zərbə altında qoymaq demək deyilmi? Bəyəm, işıq üzü görən açıqlama, yayılan səs yazısı başdan-başa ağyalandır? Ən əsası isə, Sonxeber.az saytının atdığı addım hər kəsdə belə bir fikrin formalaşmasına da səbəb olur ki, Azerinfo.az saytı şantajla və həqiqəti ifadə etməyən açıqlamaları yaymaqla da məşğul olur. Odur ki, bütün xəbər portallarının əməkdaşlarını diqqətli olmağa, atacaqları addımları yüz ölçüb bir piçməyə dəvət edirik. Diqqətli olmaq, həm də ən böyük nümunədir.



HƏMİN SƏS YAZISINI TƏQDİM EDİRİK:

Tədris Cərrahiyyə Klinikasının həkimi, pasientini hansı problemlə üz-üzə qoyub?
30-11-2016, 14:08
Geri dön