DataLife Engine / Zaqatala rayonu Mərkəzi Xəstəxanasının doğum şöbəsi etibarlı əllərdədir

Zaqatala rayonu Mərkəzi Xəstəxanasının doğum şöbəsi etibarlı əllərdədir

Zaqatala rayonu Mərkəzi Xəstəxanasının doğum şöbəsi etibarlı əllərdədir






Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ana, işində yorulmaz həkim, nümunəvi şöbə müdiridir. Bu şəxs kimidir? Bu şəxs hər kəsin dostu sadə azərbaycanlı Zaqatala rayonu Mərkəzi Xəstəxanasının doğum şöbəsinin müdiri Rəna Sultanovadır. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, maddi-mənəvi problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir. Bu insan, O qədər məsuliyyətli və diqqətçildirki, hansı xəstəxanada işləməyinə baxmayaraq, həmin xəstəxanada tərəqqisi yolunda əlindən gələni əsirgəmir.

Zaqatala rayonu Mərkəzi Xəstəxanasının doğum şöbəsinə müdir gəldiyi gündən Rəna Sultanova vəzifəsini daşıdığı rayonda görülən işlərin siyahısına nəzər salanda isə Xəstəxanada həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Əməkdaşımızı doğum şöbəsinin müdiri Rəna Sultanova qarşıladı. Ayaqüstü söhbət etdikdən sonra onun iş otağına keçdik. Ana və uşaq ölümünün sayı ilə maraqlandığımızı bilən kimi bu barədə bizi də məlumatlandırdı: Bu il ana ölümü olmayıb. İki uşaq ölümü olub ki, onlar da Perinatal ölümlərdir. Birində ana ikinci dəfə idi ki, uşağı bətnində ölü olaraq şöbəmizə daxil olmuşdur. Yəni bu anada hamiləlik dövründə uşaq ana bətnində ölür, bunun səbəbini bilmək üçün isə həmin ölü uşağın yarılması və ümumiyyətlə müayinəsini təşkil etmişik. Digər xəstəmizdə də hamiləliyinin 39-cu həftəsində uşaq ana bətnində ölü olaraq doğuş şöbəsinə gətirilmişdir. Bizdəki uşaq ölümləri əsasən yarımçıq doğulanlardır.

Hazırda şöbəmizdə yeni doğulan körpələrimiz var, hamısı da sağ-salamatdırlar. Bizim şöbəmizdə çox güclü həkimlərimiz var,

Amma təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ölkə başçısının Zaqatala rayonu Mərkəzi Xəstəxanasında aparılan bu işlərə verdiyi yüksək qiyməti bu gün bəzi mətbuat orqanları və saytlar həzm edə bilmir, hec bir həqiqətə söykənməyən, qərəzli məlumatlar yayaraq özlərini reklam etməyə, bu eybəcər yolla oxucu toplamağa çalışırlar. Lakin bu qısqanclığın bircə adı var ki, o da öz peşəsini bilməmək, jurnalistikadan uzaq olan bəzi insanların bu sahədə çalışmalarıdır. Bütün bunlara baxmayaraq, Zaqatala rayonu Mərkəzi Xəstəxanası yeni-yeni uğurlara imza atmaqda davam edəcək.
8-12-2016, 13:20
Geri dön